SOCAR-ın milyardlarla dollar sərmayə qoyduğu "Petkim" yerində "sayır"

petkim.jpg

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2008-ci ildə 2,5 milyard dollar ödəyərək səhimlərinin 51%-ni satın aldığı Türkiyənin yeganə neft-kimya istehsalçısı olan "Petkim Petrokimya Holding" şirkəti ötən il Türkiyənin ən böyük şirkətləri arasında 32-ci sırada qərarlaşıb və son bir ildə 1 pillə geriləyib.

Yeniavaz.com fortuneturkey.com saytında yer alan "Fortune 500 Türkiye" adlı hesabata istinadən bildirir ki, SOCAR-ın son illər milyardlarla dollar sərmayə yatırdığı "Petkim"in 2015-ci illə müqayisədə 2016-cı ildə ixrac etdiyi məhsullar dəyər ifadəsində 1,4% və ya 20 milyon Türkiyə lirəsi həcmində azalıb. Türkiyənin ən çox məhsul ixrac edən şirkətləri arasındakı mövqeyi isə 27-ci sıradan 32-ci sıraya geriləyib. Eyni zamanda "Petkim"ə milyardlarla dollar sərmayə yatırılmasına baxmayaraq bu şirkətdə işçilərin sayında da azalma baş verib. 2015-ci ildə "Petkim"də 2471 nəfər işlədiyi halda, ötən il işçilərin sayı 76 nəfər azalaraq 2395 nəfərə düşüb. Şirkət üzrə satışların həcmi isə dəyişməz qalıb.

Əlaqəli xəbərlər