samirserifov12"Ortamüddətli xərclər çərçivəsi ilə bağlı bir sıra təkliflər Hesablama Palatasının rəyində əksini tapıb. Bu, pilot layihədir. Biz bunu hazırda pilot layihə olaraq tətbiq edirik ki, tam bu prosesə hazırlanaq".

araz.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

"Hökumətin əsas məqsədi – büdcəni məhz nəticə əsaslı etməkdir. Bu, çox uzun, vaxt aparan prosesdir", - nazir bildirib.

araz.az xəbər portalı.