benzin78Dünya bazarında neftin qıymətinin kəskin artması ABŞ-da yanacaq böhranına səbəb olub, artıq hər gallon üçün 4,17 dollara çatıb.

araz.az bildirir ki, bu barədə “TASS” yanacağın maya dəyərinə nəzarət edən Amerika Avtomobil Assosiasiyasına (AAA) istinadən xəbər verir.

Təşkilatın məlumatına görə, martın 8-i səhərə qədər ABŞ-da bir qallon benzinin qiyməti 4,173 ABŞ dollarına çatıb - bu rəqəm tarixdə yanacağın ən yüksək orta qiyməti olub.

Əvvəlki antirekord 2008-ci ilin iyulunda ABŞ yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin 1 qallon üçün 4,11 ABŞ dollarına çatdığı vaxt qeydə alınıb. Bir il əvvəl istehlakçılar üçün benzinin qiyməti 2,7 ABŞ dolları idi.

araz.az xəbər portalı.