Azərbaycanın sığorta bazarı: KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ?

dashinmaz-emlak_s.jpg


Azərbaycanın sığorta sektoru tam milliləşdi. Araz.az xəbər verir ki, AXA-nın öz payını satması ilə bu bazardan sonuncu xarici investor da getdi. 

Halbu ki, müxtəlif dövrlər üzrə Azərbaycanda 6-dan çox xarici investisiyalı sığorta şirkəti fəaliyyət göstərib.

Bunlar aşağıdakılardır:

Başak-İnam Sığorta Şirkəti – lisenziyası ləğv edilib, səhmdarlarından biri türk sərmayəli Başak Sığorta Şirkəti idi.

İran-Asiya Sığorta şirkəti – İran kapitalı ilə fəaliyyətə başlamışdı və artıq çoxdandır ki, faəliyyətini dayandırıb.

London Gate Sığorta – İngilis kapitallı bu şirkət Azərbaycan bazarına gələn ilk xarici kapitallı investorlardan biri olub və bir müddət işlədikdən sonra bazarı tərk edib.

Temz Insurance – Yenə də ingilis sərmayəsi ilə Azərbaycan bazarına daxil olub və bir müddət sığorta xidmətləri təqdim edib.

Lukoil – Atəşgah Sığorta şirkətinin səhmdarlarından biri olub və sonradan payını sataraq sektordan çıxıb.

AXA Sığorta – Azərbaycan bazarındakı payını artıq satdığını elan edib.
 
Anadolu Sığorta – “Günay-Anadolu” Sığortanın səhmdarlarından biri olub. Uzun müddət Azərbaycan bazarında çalışıb, sonra isə səhmdar kimi fəaliyyətini dayandırıb və hazırda bu şirkət “Günay Sığorta” kimi fəaliyyətini davam etdirir.
 

Sığortaçı Xəyal Məmmədxanlının fikrincə, xarici kapitallı şirkətlər investisiya yatırımından çox, bazara yeni təcrübə qazandırıb. Çünki Azərbaycanın sığorta bazarı cavandır və onun öyrənməli olduğu təcrübə və biliklər, trendlər də çoxdur. Bu baxımdan xaricilərin Azərbaycanda qurduqları sığorta sistemi təkmilliyi ilə seçilib və yerli kadrlarımız onlardan öyrəniblər. Cənab Məmmədxanlı xüsusən də AXA-nın bazardan getməsinə böyük təəssüf hissə ilə yanaşdı: “AXA özü ilə Azərbaycana innovasiyalar gətirmişdi və müştərilər bu şirkətdən həmişə razı olublar”.

Sığortaçı ölkəmizdə bu sahənin gələcəyinə optimist baxır. Onun sözlərinə görə, ötən ilin yekun nəticələri göstərir ki, sektorda 10% artım var. Xüsusən də qeyri-icbari sığorta məhsulları üzrə dinamika başlayıb: “Könüllü sığorta növləri məhsullarında qeydə alınan durğunluq aradan qalxıb. Bu isə yaxşı tendensiyadır”. fed.az

Əlaqəli xəbərlər