fitch-ratings-1.jpg

““Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır.

”APA-Economics” xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.

Agentliyin hesablamalarına görə, Azərbaycan tədricən neft və qazdan asılılığına son qoyacaq, çünki Sovet dövründən qalan neft yataqları artıq hökuməti yeni gəlir mənbələrini inkişaf etdirməyə sövq edir: “OPEC-lə əldə olunan razılaşmaya əsasən 2017-ci ildə neft hasilatı azaldılıb. “2018-ci ildə reallaşacaq “Şahdəniz-2” layihəsi nəticəsində isə gələcək inkişafa nail olunacaq. Layihənin strateji əhəmiyyəti gələcəkdə onun transsərhəd mahiyyəti, o cümlədən daxili öhdəliklərin və tranzit ölkələri, Avropa Birliyi və istehlakçıların siyasi dəstəyi ilə möhkəmlənəcək. 2045-ci ilədək artıq qaz ehtiyatlarının böyük hissəsi Avropa birliyi və Türkiyə hökuməti tərəfindən alınıb. Eyni zamanda, 2017-ci ildə “Cənub Qaz Dəhlizi” aşağıdakı beynəlxalq maliyyə təşkilatlarından birbaşa vəsait cəlb edib: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (İBRD) 0,4 milyard dollar, Asiya İnfrastruktur və İnkişaf Bankından (AİİB) 6 milyard dollar, Asiya İnkişaf Bankından (ADB) 1 milyard dollar, Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) 0,5 milyard dollar həcmində dövlət zəmanətli kredit cəlb olunub”.