Pandemiyadan zərər çəkən fərdi sahibkara 12,3 mln. manatdan çox maliyyə dəstəyi göstərilib

valyuta manat 02369Kabineti tərəfindən fərdi sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 2-ci mərhələ çərçivəsində pandemiyadan zərər çəkən sahibkara 12 332,3 min manat vəsait ödənilib.

APA bildirir ki, avqustun 13-nə olan məlumata görə, 2-ci mərhələ çərçivəsində 49 329 fərdi sahibkara maliyyə dəstəyi göstərilib. 

Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi alan vergi ödəyiciləri üzrə həyata keçirilir.

araz.az

Əlaqəli xəbərlər