Bağlanmış banklarda avqustun 14-dən əmanətlərin qaytarılmasına başlanılacaq

parla az d08a443957ca7c3437f3301f82fafc18 8pbg4w152ma9osu0c7eq 640x336Ləğv prosesində olan “Atabank”, “NBCBank” və “AGBank”-da təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan “ATABank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlərlə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş müraciət əsasında Azərbaycan Nazirlər Kabinetinin sorğusuna əsasən Azərbaycan Konstitusiya Məhkəməsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilib.

Fonddan verilən məlumata görə, Konstitusiya Məhkəməsinin qərarına əsasən? ləğv prosesində olan “ATABank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılan və şərtləri dəyişdirilən əmanətlər qorunan əmanət hesab edilib, həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanan sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb.

Sözügedən əmanətlərin qaytarılmasına avqustun 14-dən başlanılacaq.

araz.az

“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – FOTO

117467236 597138014338739 2492445069796773933 n“Azərsu” sədri Qorxmaz Hüseynovun oğlu Araz Hüseynli Füzuli rayonunun Haramı ərazisində 2700 hektar ərazini ələ keçirib.

Bu fikirləri araşdırmaçı-jurnalist Cavanşir Həsənli yazıb.

“20 ildən bəri o torpaqlar üzərində sahiblik hüququ olan sahibkarların səslərini eşidən belə olmayıb, icra başçısı həmin əraziləri öz marağından və kefindən o adamların əlindən alıb Natural Aqro MMC-yə verib. Heç kimdən və heç nədən qorxmayan Qorxmaz əfəndi “Azərsu”nun resurslarını oğlunun təsərrüfatlarında bütün gərəkli infrastrukturları yaratmağa səfərbər edib, yeraltı su boruları çəkdirib, müasir pivot suvarma sistemi quraşdırıb, nasosxana və hidratlar qurdurub, Yuxarı Mil kanalının suyunu Haramı düzünə – oğlunun əkin sahələrinə və badam bağlarına yönəldib”-deyə C.Həsənli bildirib.

 

“Sahibkarlara yardım üçün ayrılan vəsait çox azdır” - Açıqlama

fot1278y656"Avqust ayında sahibkarlara yardım paketi çərçivəsində 98 milyon manat vəsait ayrılıb. Amma bu, çox azdır".

Yenisabah.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, dəstəyin fərqli formalarda həyata keçirilə biləcəyini diqqətə çatdırıb:

"Bura ola bilər ki, vergi güzəştlərinin davam etdirilməsi aid edilsin, yaxud da ola bilər ki, bank kreditlərinə də müəyyən güzəştlər var idi, onların davamı ilə bağlı müəyyən addımlar atıla bilər. Yəni, gözləntilər var ki, müəyyən qədər dəstək olunacaq. Amma bunun həcmi o qədər azdır ki, hansı formada həyata keçirilməsi, kimlərə çatacağı indidən ciddi suallar doğurur. Çünki biznesə böyük yardım paketləri lazımdır ki, həyatda qala bilsinlər, ümumiyyətlə, post-pandemiya dövründə tez iqtisadi aktivliyini bərpa edə bilsinlər. Çox təəssüf ki, problemin hansı dərinliklərə qədər endiyini deyəsən hökumət tam ölçə bilməyib. Ona görə də bax belə problemlər yaranır".

araz.az

AZAL şefinin ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı – (SİYAHI)

azal 2“Cahangir Əsgərovun AZAL-I zərərlə işlətməsinin bir səbəbi var: başı öz şirkətlərinin qazancına qarışıb. “Premium Bank” ASC 2019-cu ildə 11 milyon manat, “İpək Yolu Sığorta” ASC isə 1 milyon manat balans mənfəəti götürüb”.

AzToday.az-ın xəbərinə görə, bu barədə jurnalist Hafiz Babalı məlumat yayıb.

H.Babalı Cahangir Əsgərovun ailəsi və Zaur Sənan oğlu Axundov vasitəsilə nəzarət etdiyi şirkətlərin bir hissəsinin adını açıqlayıb.

1. SW Airways, INC.

2. SW G650 VIP Jets S.A

3. SW CARGO, INC.

4. SW G650 BUSINESS JETS, S.A

5. SW BUSINESS JETS, INC.

(Bu 5 şirkət 28 dekabr 2007-ci il-11 aprel 2008-ci il tarixlərində Panamada, ofşor zonada yaradılıb).

6. International Handling Company Limited ( Pasea Estate, Read Town, Tortola, BVI)

7. Silk Way Airlines (Lüksemburq) Şirkət nömrəsi: B161559 http://www.etat.lu/memorial/2011/C/Pdf/c1899198.pdf

8. SİLKWAY KARGO TAŞIMACILIĞI VE TURİZM LİMİTED ŞİRKETİ (İSTANBUL DÜNYA TİCARET MERKEZİ A2 BLOK KAT.9 NO.306 YEŞİLKÖY)

9. “Silk Way Holding” MMC

10. “Silk Way Development” MMC

11. “Silk Way Connect” MMC

12. “Silk Way West Aviaşirkəti” MMC

13. “Silk Way East Aviaşirkəti” MMC

14. “Silk Way İnvestment” MMC

15. “Silk Rovv Travel” MMC

16. “Silk Way Aviaşirkəti” MMC

17. “ASG Business Aviation” MMC

18. “ASG Servis” MMC

19. “ASG Helicopter Services” MMC

20. “Duty Free. AZ” MMC

21. “Hotels Qrup” MMC

22. “Azbiznesservis” MMC (“Garabag Resort and Spa ” oteli)

23. “İpək Yolu Sığorta” ASC (Cəmilə və Məlahət Əsgərovalar, hər biri – 38,74% və “Silk Way Aviaşirkəti” MMC – 19,05%)

24. “Premium Bank” ASC. Zərifə Həmzəyeva – 84,46%

25. “Şüvəlan P.F.K” MMC

26. “Turan Air” MMC

27. “VIP Aviasiya Xidmətləri” MMC (benefisiar sahiblik)

28. “Silk Way Cargo Services FZE” (Birləşmiş Ərəb Əmirlikləri)

29. “Silk Way Cargo UA” LLC (Ukrayna) –Benefisiar sahibi kimi Zaur Axundov təqdim olunur.

30. “Cargo Hub” LLC (Ukrayna) – Benefisiar sahibi kimi Zaur Axundov təqdim olunur.

31. Özəl Şirkəti “IEVROAZIIA” (Ukrayna)

Rəsmi məlumata görə, AZAL 2017-ci ildə 41 milyon 568 min manat zərər edib. Dövlət şirkətinin zərərlərinin ümumi məbləği 2018-ci ilin əvvəlinə 1 milyard 433 milyon 577 min manat təşkil edirdi. Nəticədə AZAL-ın kapital çatışmazlığı 505 milyon manata qalxmışdı. Son iki ildə şirkət güman ki zərərini bir az da artırıb. Əks halda prezident İlham Əliyev “gəlir hara gedir” deyə ritorik sual verməzdi.

araz.az

AZAL-dakı milyard manatlıq maxinasiyalar... - ŞOK FAKTLAR

resize 1

 

Koronavrus pandemiyası təkcə insanların immunitetini yox, həm də ölkələrin iqtisadi dayanıqlığını sınağa çəkdi. Bu sınaqdan az itki ilə çıxmaq üçün Azərbaycan dövləti də öz imkanlarını yenidən təhlil edir, paralellər aparır. Və bəlli olur ki, bəzi dövlət qurumları hələ pandemiyaya qədər dövlət üçün ağır yükə çevrlib. Həmin qurumlardan biri də AZAL-dır.

Qeyd edək ki, AZAL hava nəqliyyatında inhisarçı bir qurumdur. Bəs elə isə nəyə görə bütün xərcləri dövlət tərəfindən ödənilən inhisarçı bir qurum ziyanla işləyir?!… Bunu öyrənmək üçün ilkin olaraq Dövlət Statistika Komitəsinin elektron məlumat bazasına daxil olduq.

Öyrəndiklərimiz bizi xeyli təəccübləndirdi. Belə ki, son 3 ilin statistikası göstərir ki, AZAL əməlli-başlı çökdürülüb. Dövlət üçün əlavə yükə çevrilib.

Məsələn, 2016-cı ildə hava nəqliyyatı ilə daşımalara dövlət tərəfindən 975 milyon 35 min manat vəsait xərclənib. Əvəzində isə 1 milyard 53 milyon 949 min manat gəlir əldə olunub. Cəmi 90 milyon manat mənfəət.

Azdır təbii ki… Amma bu AZAL-ın ən son uğurlu göstəricisidir. Növbəti ildə nə baş verirsə, birdən-birə qurumun gəlirləri əriyir (daha doğrusu əridilir). Gəlirlərin azalması bir yana, xərclər də sürətlə artır (və yaxud şişirdilir). Belə ki, 2017-ci ildə dövlət tərəfindən hava nəqliyyatına 1 milyard 626 milyon 498 min manat vəsait xərclənir. Əvəzində isə 1 milyard 647 milyon 341 min manat gəlir əldə edir. Vur-tut 21 milyon manat mənfəət.

Növbəti ildə isə maya gəliri yeyir. Belə ki, 2018-ci ildə AZAL-a 2 milyard 187 milyon 832 min manat dövlət vəsaiti ayrılıb. Əvəzində isə həmən il AZAL 2 milyard 66 milyon 918 min manat qazanc edib. Beləcə, qurum 2018-ci ili 121 milyon manat ziyanla başa vurub.(!)

Qəribə burasıdır ki, 2018-ci ildə ölkəmizin sosial-iqtisadi həyatında elə bir fövqəladə dəyişiklik, infilyasiya olmayıb. Bəs elə isə bu ziyan hardan qaynaqlanır? Hələ onu demirik ki, son iki il ərzində AZAL-ın xərcləri birdən-birə 100 faiz artır. Xərclərdəki bu qədər sıçrayışınsa heç bir iqtisadi əsası yoxdur. Bu sadəcə gəlirlərin mənimsənilməsi ilə izah edilə bilər. Bunun başqa izahı yoxdur. Çünki son illərdə istər yük, istərsə də sərnişin daşımasında dinamika qeydə alınıb.

Belə ki, 2016-cı ildə hava nəqliyyatı ilə 160 min ton yük, 3 milyon 549 milyon sərnişin daşındığı halda 2017-ci ildə AZAL 173 min ton yük, 5 milyon 601 min sərnişin daşıyıb. 2018-ci ildə isə hava nəqliyyatı ilə 208 ton yük, 5 milyon 199 min sərnişin daşınıb. Göründüyü kimi, iki il ərzində yük daşımalarında 25 faiz, sərnişindaşımada isə təxminən 30 faiz artım qeydə alınıb. Amma AZAL "ziyana düşür”.

Azərbaycan Hava Yolları QSC maddi-texniki bazasının imkanlarına və müasirliyinə görə regionun ən öndə gedən aviaşirkətidir. Üstəlik AZAL-ın təqdim etdiyi qiymətlərlə qonşu dövlətlərin aviaşirkətlərinin daşıma qiymətləri arasında yerlə-göy qədər fərq var. Məsələn, Bakıdan Londona gediş və qayıdış üçün biznes-klass paketində AZAL 1 nəfər üçün 3 643 manat, ekonom-klassda isə 1269 manat təklif edir. Tiflisdən isə bu sifarişi "Georgian Airways” cəmi 640 manata yerinə yetirir. Fərq 6 və 2 dəfə yüksəkdir…

Və yaxud Bakıdan-Barselonaya (İspaniya) bir nəfərin biznes-klassda gediş və gəlişi üçün AZAL 2 min 606, ekonom-klassda isə 1063 manat təklif etdiyi halda, "Georgian Airways” bunun üçün cəmi 604 manat tələb edir. Qiymət fərqi yenə də 4 və 2 dəfə yuxarıdır.

Maraqlıdır, AZAL-da biletlərin qiyməti nəyə görə bu qədər yüksəkdir? Ümumiyyətlə, AZAL qiymətləndirməni hansı metodologiya ilə aparır? Bu qədər qiymət fərqi müqabilində bəs nəyə görə AZAL ziyanla işləyir? Deməli, AZAL-ın ziyanla "işləməsinin” özəl səbəbləri var. Amma bu "səbəblər” Azərbaycan dövlətini içindən yeyib, parçalayır.

Əslində AZAL aysberqinin görünən bəzi tərəfləri var. Məsələn, bu gün daşımaları birbaşa özü yox, özəl bir şirkət aparır. Bu , "Silk Way Holding” şirkətlər qrupudur. Holdinqə isə bir-neçə şirkət daxildir. Bunlar "Silkway Airlines” MMC, "Silkway Business Aviation” MMC, və eləcə də 2011-ci ildə yaranmaqla dərhal təbii inhisarçıya çevrilən "VIP Aviasiya Xidmətləri Şirkəti” MMC-dir. Bu şirkətlər AZAL-ın Bakı, Gəncə və başqa şəhərlərdəki yüz milyonlarla dollar dövlət sərmayəsi hesabına başa gələn infrastrukturundan pulsuz-parasız istifadə edir. Özəl şirkətlər AZAL-a göstərdikləri xidmətin qiymətini qaldırır, AZAL isə balansında olan aktivlərdən həmin şirkətlərin istifadə edilməsini qarşılıqlı hesablaşmalarda nəzərə almır. Bu isə milyardların mənimsənilməsi üçün geniş imkanlar yaradır. Amma bu AZAL da həyata keçirilən böyük maliyyə maxinasiyasının bir hissəsidir. /Konkret.az

35 -dən səhifə 50

Əlaqəli xəbərlər