“Özəlləşdirmə çekləri ilə bağlı oyunlar hələ davam edir, “era bitməyib”

cek-ozellesdirme.jpg"Fırıldaqçılar çeklərdən böyük mülklər qazandılar”

Professor Çingiz Qasımov"Bizim yol” redaksiyasına məktubla müraciət edərək ölkəmizdə bir zamanlar dövriyyəyə buraxılmış vauçerlər, özəlləşdirmə çekləri ilə bağlı insanların hüquqlarının pozulduğunu bildirib. Çingiz müəllim məktubunda yazır.

7 milyonluq zavodun 1900 manatlıq velosipedi: İstehsal niyə dayanır? - AÇIQLAMA

velosiped-zavodu.jpgBu il İsmayıllı Velosiped Zavodu istehsala başlamayıb. Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb. Komitənin məlumatına görə, zavod ilin ilk yarısında 1417 ədəd idman velosipedi satıb, müəssisənin anbarlarında bu məhsuldan 2146 ədəd qalıb.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan zavod təsis edilərkən yerli məhsul olan “Isma Bikes”in istehsal həcminin 30 minə çatdırılması nəzərdə tutulurdu. Ərazisi 8 hektardan ibarət olan zavodun tikintisi və avadanlıqların quraşdırılmasına 7 milyon manat yatırılıb. Burada velosipedlərlə yanaşı, əlil arabaları və digər xəstəxana avadanlıqlarının istehsalı planlaşdırılırdı. Həmçinin zavod istehsalata başladığı zaman gələcəkdə detalların 50 %-nin yerli istehsaldan ibarət olacağı bildirilirdi.

Azərbaycanda daha bir bank bağlanma təhlükəsində - "AmrahBank" "qırmızı zolaqda"

Amrahbank.jpgAzərbaycan bank sektorunda kredit portfelinin 70 faiz azalaraq 25 milyard manatdan 11.5 milyard manata düşməsi ən çox aktivləri az olan banklara təsir edir.
 
araz.az EkoNews-a istinadən xəbər verir ki, hazırda banklar içərisində ən az aktivə sahib bank "AmrahBank"dır. Bankın aktivləri 196 milyon manat təşkil edir.

“Banklar vətəndaşdan 7 faizlə aldığı manatı digərinə 4 dəfə bahasına təklif edir” - İQTİSADÇI

Vuqar Bayramov 01Azərbaycan banklarının əmanət və kredit faizləri arasındakı fərq son aylar daha daha dərinləşməkdədir.

Muxalifet.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, aparıcı banklar artıq xarici valyutada olan əmanətlərə illik 0.1 faiz dividend təklif edirlər.

“Bəzi banklarda hətta avro depozitləri dividendsiz qəbul olunur. Manat əmanətləri də cəlbediciliyi itirməkdədir. İllik əmanətlər 7 faiz gəlir gətirir. Bununla belə, illik 7 faizlik əmanət qəbul edən banklar gündəlik tələbat kreditlərinin faizini 30-dək yüksəldiblər”, – deyə ekspert bildirib.

5 -dən səhifə 24

Əlaqəli xəbərlər