Ağstafa kəndliləri etiraz edir: “Sahibkar artesian quyusunu mənimsəyib, bizə su vermir” -VİDEO

c0a5c591e3cf8f8777f865b62dc2e27d.jpg


 Ağstafa rayonunun Poylu kənd sakinləri otlaq və örüş sahələrində yaranan su qıtlığı ilə bağlı etiraz ediblər. Onlar dövlət vəsaiti hesabına qazılan artezian quyularının ayrı-ayrı sahibkarlar tərəfindən mənimsənildiyini bildirirlər.

Kəndlilər iddia edir ki, sahibkar Əlləz Bayramov saxta sənəd təqdim edərək, örüş sahələrinin suvarılması üçün vurulan artezian quyularının onun otlaq sahəsinə məxsus olduğunu bildirib:

“Yeganə qazanc yerimiz heyvandarlıqdan və əkinçilikdəndir. Su olmadığından otlaq və örüş sahələrini əkə bilmirik. Çünki Ağstafa çayında su yoxdur, dövlətin vəsaiti ilə vurulan artezianlar isə sahibkarların örüş sahələrinə vurulur. Təsəvvür edin ki, Ağstafa çayının giriş yolunu satıblar. Kənd əhalisinin torpaqları isə susuz qalıb, bu səbəbdən də heç biri əkilməyib. Örüş sahələrimiz zəbt olunub. Sahibkar Bayramov Əlləz saxta sənəd təqdim edir ki, guya artezian quyusu onundur. Belə çıxır ki, dövlət 2 hektar otlaq sahəsi üçün 50-60 min manat vəsait xərcləyib, artezian quyusu qazıb? Əlləz Bayramovun sahəsi ilə artezian quyusunun arası 500 metrdir. Əgər ona artezian lazımdırsa, niyə öz torpağının yaxnlığında artezian qazdırmayıb?

Poylu kəndində 590 hektar örüş-otlaq sahəsi var. Bunların məqsədi örüş sahələrini əkilməyən, boş ərazi kimi qələmə verib, artezian quyuları yaxınlığındakı torpaqları satmaq və yaxud icarəyə verməkdir. Mal-heyvan susuz qalıb, kilometrlərlə yol gedirik ki, heyvanlar su işsin. Bir sözlə, bu artezianların kənd camaatı üçün heç bir faydası yoxdur. Son beş ildə otlaq sahələrində üçüncü artezian quyusu qazılıb, lakin ayrı-ayrı insanların şəxsi otlaqlarına xidmət edib”.

Poylu kənd sakini Elmar İsmayılov məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini bildirdi : “Maddi durumumuz çox pis vəziyyətdədir. Heyvanlarımızı otarıb, ailələrimizi saxlaya bilmirik. Bu barədə çoxsaylı müraciətlərimiz olub, lakin heç bir nəticəsi olmayıb. Rayon icra başçısının qəbuluna getməkdən dabanımız yara olub. Nə şikayətə baxan var, nə də camaatın qayğısını çəkən…Bir neçə gün öncə icra başçısnın qəbuluna düşmək istədik, lakin icra müavini Ramiz Tatarov qəbula buraxmadı, bizi qovdurdu”.
Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.

Musavat.com

 

Mülkiyyət hüququnda inqilabi dəyişiklik - YENİ BİNALARDA MƏNZİL ALANLARA ŞAD XƏBƏR

1517900598_1444846473_yenisumqayit.az-8.jpg


 İqtisadçı-ekspert Əkrəm Həsənov Mülki Məcəlləyə edilmiş son dəyişiklikləri şərh edib.

 
Araz.az xəbər verir ki, ekspert məcəllədəki yenilikləri mülkiyyət hüququndakı inqilab kimi dəyərləndirib. O bildirib ki, Azərbaycanda mənzil mülkiyyətçilərinin hüququ bundan sonra tam təmin olunacaq: "Dünən Mülki Məcəlləyə böyük əhəmiyyətə malik olan dəyişikliklər dərc edildi. Tikintisi başa çatmayan binalar, yəni tikintisinə icazə alınmış, lakin istismarına icazə verilməmiş binalardakı mənzillərə və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququna dair. Məlum olduğu kimi bu sahədə 2 əsas problem mövcuddur. Birincisi, tikinti şirkətləri mənzilləri eyni zamanda bir neçə nəfərə satırdı, İkincisi isə tikinti şirkətləri mənzillərə görə ödənişi alır, amma tikintini başa çatdırmır, yaxud proses çox uzanırdı. Məcəlləyə edilən dəyişikliklər bu problemlərə son qoyacaq”.
 
 
 
 Əkrəm Həsənov qanundakı dəyişikliklərin aşağıdakı məsələlərə müsbət təsir edəcəyini sadalayıb:
 
1. Belə ki, əvvəla, tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq ("kupça”, yəni çıxarış veriləcək). Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq. Beləliklə də bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsə, onu başqası ilə əvəz etmək mümkün olacaq.
 
2. Tikinti şirkəti mənzil mülkiyyətçilərinin podratçısı (işçisi) hesab olunacaq. Yəni onun işi sırf binanı tikib, təhvil verməkdən ibarət olacaq. Özü də pulunu da qabaqcadan tam ala bilməyəcək, hissə-hissə almalıdır. Qanuna əsasən müqavilədə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər:
 
- torpaq-qazma işlərinin başlanılmasından sonra - müqavilə məbləğinin 30 faizi;
 
- tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra - müqavilə məbləğinin 10 faizi;
 
- dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 8 faizi;
 
- istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
 
- su xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
 
- elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
 
- pəncərələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;
 
- daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 6 faizi;
 
- birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra - müqavilə məbləğinin 3 faizi;
 
- fasad işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;
 
- su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra - müqavilə məbləğinin 9 faizi;
 
- bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi.
 
Ekspert deyib ki, bundan sonra tikinti şirkəti sahibləri əhalidən pulu yığıb yoxa çıxa bilməyəcək: "Dəyişikliklər əsasən bu il iyulun 1-dən qüvvəyə minəcək. Beləliklə də Azərbaycanda nəhayət ki, bu problemlər həll olunacaq və insanlarımız əminliklə yeni binalarda mənzil ala biləcək. Eyni zamanda bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də yavaş-yavaş "vahid daşınmaz əmlak” institutu formalaşacaq. Yəni daşınmaz əmlak ilk növbədə torpaqdır, üstündəki isə onun tərkib hissəsidir". BakuPost

Milyonlarla Manat Zərərlə Işləyən “Muğan Bank” Necə Rəqabətə Davam Gətirir? – İqtisadçıdan CAVAB

1498056136.jpg

“Muğan Bank” 2017-ci ili 6,341 milyon manat xalis zərərlə başa vurub. “Renkinq”in məlumatına görə, bankın maliyyə hesabatında 2017-ci il il ilə müqayisədə 2016-cı ili 54,7% daha az zərərlə başa vurub. Bu barədə fins.az saytı məlumat yayıb.

Ötən il “Muğan Bank”ın faiz gəlirləri 42,812 milyon manat, faiz xərcləri 16,193 milyon manat, qeyri-faiz gəlirləri 10,897 milyon manat, qeyri-faiz xərcləri 24,844 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 19,013 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Muğan Bank”ın aktivləri 480,177 milyon manat olub ki, bu da illik müqayisədə 2% çoxdur. Bunun 349,071 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 0,9% böyüyüb.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 0,9% artaraq 411,16 milyon manat olub. Bunun 201,754 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il bankın depozit portfeli 5% böyüyüb.

İl ərzində “Muğan Bank”ın balans kapitalı 9,1% artaraq 69,017 milyon manata, nizamnamə kapitalı isə 13,3% artaraq 85 milyon manata çatıb.

Maraqlıdır, 2 ildir zərərlə işləyən bank bazarda necə rəqabətə davam gətirə bilər?

İqtisadçı-alim Vüqar Bayramov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. 

Vüqar Bayramov Muğan Bank

Bankın mənffətlə işləməsi daha məqsədəuyğun və vacib olduğunu deyən V.Bayramovun sözlərinə görə, bu zaman istənilən qurum bazarda daha uzunmüddətli fəaliyyət göstərə bilir: 

“Bu zaman bankın rekvizitliyini də təmin etmək mümkündür. Lakin bankın zərərlə işləməsi heç də o anlama gəlmir ki, onun lisenziyasını ləğv etmək lazımdır. Bank funksiyalarını, məcburi kapitalla bağlı öhdəliklərini yerinə yetirə bilmədikdə onun lisenziyasını ləğv etməklə bağlı qərar qəbul edilə bilər. Həmçinin əmanətlərin qaytarılması ilə bağlı problem varsa, hesabatlılıq yoxdursa, daimi olaraq hesabatlar ictimaiyyətə təqdim olunmursa, bu halda hər hansı bankın lisenziyasının ləğv edilməsi məsələsi gündəmə gələ bilər. Lakin sözügedən bankın da monitorinqinin aparılmasına ehtiyac var. Eyni zamanda bankın digər öhdəliklərinin necə yerinə yetirməsi araşdırılmalıdır. Bankların sağlamlaşdırılması ilə bağlı ayrıca proqramın işlənməsinə ehtiyac var”. 

V.Bayramov bildirib ki, bankların müflis elan edilməsi yolu ilə problemdən çıxış, arzuolunan addım deyil: “Bankların birləşdirilməsi, sağlamlaşdırılması daha məqsədəuyğundur”.  Reportyor.az

AZAL-ın fəaliyyətində nöqsanlar aşkar edilib

 

azal-300x200.jpg

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

Araz.az bu barədə Hesablama Palatasının 2017-ci ilin İş Planı üzrə “Azərbaycan Hava Yolları”nda həyata keçirilən auditin nəticələri barədə məlumata istinadən xəbər verir.

“Azərbaycan Hava Yolları” maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə maliyyə hesabatlarının ictimailəşdirilməsi, gəlirlər və xərclər smetalarının tərtib olunması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, fəaliyyətin zərərlə nəticələnməsinin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi, bəzi aktivlərin istifadə vəziyyəti ilə əlaqədar uçot və hesabatlılıq işlərinin aparılması, dövlət əmlakının istifadəyə verilməsi üzrə icarə haqlarının müəyyənləşdirilməsi, daxili audit sisteminin funksionallığının təmin olunması sahəsində bir sıra nöqsanlar aşkar edilmiş, eləcə də kommersiya fəaliyyətindən daxilolmalar, əsaslı vəsait qoyuluşu xərcləri hesabına dövlət büdcəsindən ayrılan vəsaitlər və cəlb olunan kredit vəsaitlərinin əsasən eyni hesablaşma hesabına mədaxil edilərək xərclənməsi müşahidə olunub ki, bu da vəsaitlərin təyinatı üzrə istifadəsində müəyyən risklərin yaranmasına səbəb olub.

Auditlə həmçinin, avans qaydasında ödənişlərin həyata keçirilməsi səbəbindən əvvəlki illərdən qalan uzunmüddətli debitor borcların mövcud olması və əsasən hava gəmilərinin alınması ilə əlaqədar maliyyə-kredit təşkilatları qarşısındakı kreditor borcların artmasının likvidlik qabiliyyətinə mənfi təsir göstərməsi müəyyən edilib.

Hesablama Palatasının Kollegiyası tərəfindən nöqsan və çatışmazlıqların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə alınmaqla digər kənarlaşmaların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə məlumat verilməsi məqsədilə “Azərbaycan Hava Yolları” QSC-yə Kollegiya Qərarının surəti və Təqdimat, səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına məktublar göndərilib, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə məlumat təqdim edilib. PRESSDAY.az 

“Dünyanın Ən Nüfuzlu 500 Müsəlmanı” siyahısına daxil olan azərbaycanlı iqtisadçı

164242.jpg

UNEC-də “Ayın məzunu” layihəsi davam edir. Layihə çərçivəsində hər ay bir UNEC məzununu tanıyacaq, onun uğur hekayəsini oxuyacaqsınız.
 
Yanvar ayının məzunu qürurla təqdim edirik!
 
Araz.az bildirir ki, Vüqar Bayramov 1975-ci il iyunun 13-də anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə, 1997-ci ildə isə aspiranturaya daxil olub. 2003-cü ildə fəsləfə elmləri doktorluğu üzrə elmi işini müdafiə edib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Vaşinqton Universitetində davam etdirib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) qurucusu və sədri olan tanınmış alim makro-iqtisadiyyat sahəsi üzrə bir sıra araşdırmaların müəllifidir. Əsərləri ABŞ, Belçika, Yaponiya, Cənubi Afrikada, Böyük Britaniyada çap edilib və ümumilikdə dünyanın 19 dilinə tərcümə olunub. 40-dan çox elmi məqalənin müəllifi olan V.Bayramov dünyanın 35-dən artıq universitetində mühazirə oxuyub. 2010-ci ildə adı “Dünyanın Ən Nüfuzlu 500 Müsəlmanı” siyahısına daxil edilib.
 
2014-cü ildən UNEC-in dissertantıdır.
 
İqtisadçı alim öz uğur hekayəsini UNEC tələbələri ilə bölüşür:
 
Azərbaycan Dövlət İqtisad Universiteti mənə baza təhsili verdi və mən onu ABŞ-da inkişaf etdirdim. O vaxtlar hədəfim dünyanın ən aparıcı beyin mərkəzlərindən birinin qurucu olmaq, fərqli ölkələrdə proqramlar hazırlamaq, akademik nəşrlərdə Azərbaycanla bağlı tədqiqatları çap etdirmək və imparkt faktorlu jurnallarda ölkəmizin mövqeyinin gücləndirilməsi idi. Bu gün arzularıma nail olub əzmlə yeni hədəflərə doğru addımlayıram.
 
Hələ ABŞ-da təhsil alarkən Azərbaycandakı mövcud tədqiqat mərkəzləri ilə universitetlərin imkanlarını qiymətləndirib, bu qərara gəldim ki, ölkəmizdəbeyin mərkəzinə ehtiyac var. Düşünün, ABŞ-ın aparıcı universitetləri Harvard, Yel, Prinston həm də kifayət qədər ciddi beyin mərkəzi kimi fəaliyyət göstərirlər.14 min tələbəsi, 6 minə yaxın professor-müəllim heyəti olan Yel Universiteti tələbələrin 45 faizinə təqaüd təklif edir.Amma gəlirlərinin əhəmiyətli hissəsini fərqli beyin mərkəzi kimi istehsal etdiyi məhsullar hesabına qazanır. Ümumiyyətlə, ABŞ-da beyin mərkəzlərihəm Amerika, həm də qlobal siyasətə təsir etmək imkanına malikdirlər.Buna görə də düşündüm ki, Azərbaycandamüstəqil, məsələlərə obyektiv yanaşan, həm də təbii ki, elmi tədqiqat aparılması üçün geniş imkanı olan beyin mərkəzinə ehtiyac var. Buna görə də təhsilimi başa vurub vətənə qayıdan kimi İqtisadi və Sosial İnkişaf Mərkəzini yaratdım.
 
İlk dövrlərdə asan deyildi, çünki Azərbaycanda ənənəvi QHT-lər daha fəal idilər. Buna rəğmən biz beyin mərkəzimizin strategiyasını müəyyən etdik və qısa zamanda bizim məhsula həm yerli, həm də qlobal səviyyədə tələbin artdığını müşahidə etdik. Bu gün qürurla deyirəm ki, beynəlxalq təsnifatda Azərbaycanda ilk beyin mərkəzi kimi tarixə düşdük. Biz 7 ildir Amerikanın Pensilvaniya Universitetinin BMT-nin dəstəyi ilə hazırladığı qlobal beyin mərkəzləri reytinqində Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəziyik. İllik büdcəsi 5 milyondan az olan ən güclü, dünyada ən yaxşı idarə edilən 5, dünyanın ən yaxşı və məşhur müstəqil 10 beyin mərkəzindən biriyik.Əslində bu müddət elə uzun müddət deyil, amma qısa zamanda bizim mərkəz dünyada CESD brendi kimi tanındı vəqəbul edilməyə başlandı.
 
Sözsüz ki, CESD yalnız beynəlxalq arenada deyil, ölkədə də ciddi nüfuz qazandı.Nəticədə çox fərqli proqramların hazırlanmasına cəlb edildik. İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi kimi ciddi qurumlarla xüsusi proqramların hazırlanmasında əməkdaşlıq etdik. Beyin mərkəzi olaraq yeni iqtisadi modelin – Strateji Yol Xəritəsinin hazırlanmasında yaxından iştirak etdik və mən sevinclə bildirirəm ki, belə əhəmiyyətli bir sənədin müəlliflərindən biriyəm.
 
Eyni zamanda CESD həm də yerli və xarici media ilə yaxından əməkdaşlıq edir, mütəmadi olaraq Nyu York Times, Euronews, CNBCkimi nüfuzlu media orqanlarında mövqe nümayiş etdirir.
 
Bir sözlə, qısa zamanda CESD sözün həqiqi mənasında bir məktəbə çevrildi. Bizim beyin mərkəzində çalışan və təcrübə keçən insanlar dünyanın müxtəlif ölkələrində kifayət qədər aparıcı mövqelərə sahibdirlər. Məsələn, Harvard Universitetinin Baltik ölkələr üzrə proqramında çalışan aparıcı söz sahibi CESD məzunudur.
 
Bu gün dünyanın ən yaxşı və məşhur müstəqil 10 beyin mərkəzindən birinin rəhbəri olaraq deyə bilərəm ki, bu sektorda olmaq çox faydalıdır.Öz potensialını dövlətin və cəmiyyətin inkişafı naminə istifadə etmək,iqtisadi siyasətə töhfə vermək, fərqli ölkələrdə dövlət proqramlarının hazırlanmasına cəlb edilmək böyük üstünlükdür. Mən iqtisadçı kimi müxtəlif ölkələrinhökümətlərilə əməkdaşlıq etmişəm.Adım Corc Vaşinqton və İordaniyanın Kral Akademiyasının hazırladığı“Dünyanın Ən Nüfuzlu 500 Müsəlmanı” siyahisına (elm və innovasiya kateqoriyası üzrə) ilk azərbaycanlı iqtisadçı kimi daxil olub.
 
Beyin mərkəzi sektoru mənim üçün çox cəlbedicidir. Bura tək iqtisadi siyasətlə məşğul olmaq deyil, həm də elmi tədqiqatlar aparmaq imkanı verir. CESD qlobal akademik jurnallara çıxış imkanları əldə edib. Dekabr ayında iki məqaləm “Thomson Reuters” bazasına daxil olan jurnallarda dərc edilib. Bu il isə impakt faktorlu jurnallarda 5-ə yaxın məqalə dərc etdirməyi düşünürük. Yəni qlobal amademik jurnallarda fikirlərini bölüşmək,ölkədaxiliprosesləri dünya elm platformasında təhlil etmək və iqtisadi siyasətə töhfə vermək baxımından da bu sektor bir üstünlükdür.
 
Məzunu olduğum universitetə baxanda bu gün onun çox fərqli mövqedə dayandığını görürəm. Mən Azərbaycan Dövlət İqtisad Universitetində təhsilimi başa vurduqdan sonra bir müddət müəllim kimi də çalışmışam. Etiraf etmək lazımdır ki, bəzi qruplarda dərs demək əslində vaxt itkisi idi və bu da stimul yaratmırdı. Ancaq indi UNEC cəlbedici bir məkana çevrilir. Aparılan islahatlar xüsusi ilə tələbələrin potensialına təsir edir. İndi həm təhsildəki şəffaflıq, həm də tələbələrin potensialının yüksəldilməsi gələcəkdə UNEC-də müəllim kimi çalışmaq imkanını çox cəlbedici edir.
 
Hesab edirəm ki, UNEC brendini müəyyənləşməsi İqtisad Universitetinin ən ciddi uğurlarından biridir. Təhsil ocağının həm yerli, həm də qlobal arenayadaxil olmasına ehtiyac var idi. Bu gün təhsil sektorunda sərhədlər itib və rəqabət kifayət qədər güclüdür. Bu baxımdan UNEC-də aparılan islahatlar onun rəqabət bazarında güclü mövqe qazanacağının təminatçısıdır. UNEC-də aparılan islahatlar, xüsusi ilə də şəffaflığın artırılması, korrupsiyaya qarşımübarizənin gücləndirilməsi təqdirəlayiqdir. Düşünürəm ki, UNEC növbəti mərhələdə də təhsilin keyfiyyətinin artırılmasınıvə beyin mərkəzinə çevrilməyi əsas hədəf kimi seçməlidir. Təhsilin keyfiyyətikeyfiyyətli kadrlardan və müəllimlərdən asılıdır.UNEC keyfiyyətli kadrların universitetə cəlb edilməsi prosesini davam etdirməlidir.Bu gün xaricdə təhsil alan, kifayət qədər potensialı olan tədqiqatçılarUNEC-də pedaqoji fəaliyyətə başlayıblar.Etiraf etmək lazımdır ki, son 4 ildə UNEC çox ciddi bir mərhələyə qədər qoyub və bu təcrübəsi göstərir ki, elmi tədqiqat mərkəzinə çevrilmə mərhələsinə də uğurla addımlayacaq.
 
Bu gün gənclər arasında Bill Qeyts və Mark Zukerberqin ali təhsilləri olmaya-olmaya nail olduqları uğurları nümunı çəkmək dəbi var. Tələbələrlə görüşdə həmişə deyirəm ki, etiraf etmək lazımdır ki, siz Bill Qeyts ola bilməyəcəksiniz. Kim ola biləcəksinizsə hədəflərinizi o istiqamətə yönləndirməlisiniz. Əvvəlcə hədəf müəyyən edilməli, sonra ona çatmaq üçün plan qurulmalıdır. Hədəflərimizəancaq təhsillə çata bilərik, ən dayanıqlı metod budur. Tələbəlik dövründə konkret hədəf müəyyən edəndə ona çatmaq daha da asan olur. Tövsiyə edirəm ki, UNEC tələbələrinin bəlli hədəfləri olsun və zamanın idarəedilməsini yaxşı öyrənsinlər. bu iki vacib amil olmadan təhsildəuğur əldə etmək mümkün deyil. Moderator.az

45 -dən səhifə 58

Əlaqəli xəbərlər