“İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanacaq

152.jpg

Azərbaycan prezidenti İlham Əliyev investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Araz.az-ın Oxu.Az-a əsasən məlumatına görə, Nazirlər Kabineti, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni “İnvestisiya fəaliyyəti haqqında” qanunun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.

Habelə qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, xüsusilə aşağıdakı məsələlər tənzimlənməlidir:

- investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri;

- investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu;

- investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası;

- mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla);

- investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası.

Qanun layihəsi Azərbaycan prezidentinə təqdim olunarkən, ona əlavə olunacaq normativ hüquqi aktın zərurətinin əsaslandırılmasında və məcburi hüquqi ekspertiza rəyində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.3.4-cü maddəsinə və həmin Konstitusiya qanununa əlavə edilmiş məcburi hüquqi ekspertiza rəyinin strukturuna uyğun olaraq ləğv edilməli, dəyişikliklər edilməli, habelə layihəsi hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı verilməlidir.

Manatın bu günə olan rəsmi MƏZƏNNƏSİ

manat-1415150499341516282089.jpg

Mərkəzi Bank Manatın yanvarın 19-na olan məzənnəsi açıqlanıb.

Araz.az xəbər verir ki, Mərkəzi Bankdan Modern.az-a verilən məlumata görə, 19.01.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, 2018-ci il yanvarın 18-də də USD/AZN rəsmi məzənnəsi 1,7001 manat təşkil edib.

1 ABŞ dollarıUSD1.7001

1 AvroEUR2.0734

1 Avstraliya dollarıAUD1.3539

1 Argentina pesosuARS0.0902

1 Belarus rubluBYN0.8516

1 Braziliya rialıBRL0.5276

1 BƏƏ dirhəmiAED0.4629

1 Cənubi Afrika randıZAR0.138

100 Cənubi Korea vonuKRW0.1588

1 Çexiya kronuCZK0.0817

100 Çili pesosuCLP0.2806

1 Çin yuanıCNY0.2641

1 Danimarka kronuDKK0.2785

1 Gürcü larisiGEL0.668

1 Honq Konq dollarıHKD0.2174

1 Hindistan rupisiINR0.0266

1 İngilis funt sterlinqiGBP2.35

100 İndoneziya rupiasıIDR0.0127

100 İran rialıIRR0.0041

1 İsveç kronuSEK0.2113

1 İsveçrə frankıCHF1.7626

1 İsrail şekeliILS0.4937

1 Kanada dollarıCAD1.3655

1 Küveyt dinarıKWD5.6541

1 Qazaxıstan tengəsiKZT0.0052

1 Qırğız somuKGS0.0245

100 Livan funtuLBP0.1124

1 Malayziya rinqqitiMYR0.4295

1 Meksika pesosuMXN0.0906

1 Moldova leyiMDL0.101

1 Misir funtuEGP0.0961

1 Norveç kronuNOK0.2159

100 Özbək somuUZS0.0209

1 Polşa zlotasıPLN0.4976

1 Rusiya rubluRUB0.0299

1 Sinqapur dollarıSGD1.2836

1 Səudiyyə Ərəbistanı rialıSAR0.4533

1 SDR (BVF-nun xüsusi borcalma hüquqları)SDR2.4457

1 Türk lirəsiTRY0.4466

1 Tayvan dollarıTWD0.0575

1 Tacik somonisiTJS0.1926

1 Yeni türkmən manatıTMT0.4857

1 Ukrayna qrivnasıUAH0.0593

100 Yapon yeniJPY1.5267

1 Yeni Zelandiya dollarıNZD1.2374

QızılXAU2256.5682

GümüşXAG28.9609

PlatinXPT1698.3319

PalladiumXPD1896.6656

 

Pensiyalar nə qədər artacaq? (MƏBLƏĞ)

tequd.jpg

Araz.az xəbər verir ki, cari ildə pensiyaların nə qədər artacağı sual olaraq qalır. Qeyd edək ki, hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin indeksləşdirilməsi aparılırdı. Aparılan islahatlar nəticəsində pensiya məbləğlərində baza hissə anlayışı aradan qalxdığından əmək pensiyalarının bütöv məbləğinin ölkə üzrə əməkhaqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin olunacaq. 

 
İqtisadçı-ekspert Vüqar Bayramov oxu.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2 faiz artıb:
 
"Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək. Yəni, pensiya məbləğləri bu ay 6.2 faiz artacaq. Yeni pensiya qanunvericiliyinə əsasən, indeksasiyada iki əsas dəyişiklik var. Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi inflyasiya məbləğinə deyil, orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq "keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq.
 
Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə artıq bu anlayışdan istifadə edilmir. Yeni ildən isə bu, məbləğindən asılı olmayaraq, bütün pensiya məbləğinə tətbiq ediləcək. Bu isə o deməkdir ki, 250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq”.
 
V.Bayramovun sözlərinə görə, baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək bu ay alacağı pensiyanın yeni məbləğini hesablaya bilər: 
 
"Əvvəllər də qeyd etdiyimiz kimi, indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq, bu il pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”.
 
O da məlum olub ki, artımlar yanvar ayından hesablanacaq.

Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinə ZƏRBƏ, ticarətçilərə DƏSTƏK

1447150220_sed.jpg

Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

Gələn məlumatlarda yeni nazirin sahibkarlara “yaşıl işıq” yandıracağı əminliklə vurğulanır. Həm də ona görə ki, bu barədə prezident İlham Əliyev dəfələrlə  “sahibkarlara normal fəaliyyət göstərmələri üçün şərait yaradılmalı, bürokratik əngəllər aradan qaldırılmalıdır” göstərişlərini verib.

Araz.az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, hətta bu tədbirlər çərçivəsində illərdir “Binə” və “Sədərək” ticarət mərkəzlərində yaşanan kassa aparatları probleminə də nöqtə qoyulacağı söylənilir.

Qeyd edək ki, Vergilər Nazirliyi “Binə” və “Sədərək” ticarət yarmarkalarındakı ticarət sahələrinin kassa aparatları ilə təmin edilməsi üçün həmin mərkəzlərin rəhbərləri ilə hələ 2012-ci ildən iş aparır. Həmin ildə sahibkarlar və Vergilər Nazirliyi rəsmilərinin iştirakı ilə müşavirə keçirilib və onlara uçotun başa çatdırılması üçün daha bir il müddət verilib. Yəni 2013-cü ilin sonunadək “Binə” və “Sədərək”dəki sahibkarlar qeydiyyata alınmalı, mağazalarda kassa aparatları quraşdırılmalı, əmək müqavilələri bağlanmalı və 2013-cü ildən etibarən vergi qanunvericiliyinə əməl edilməli, vergilər dövlət büdcəsinə ödənilməli idi.

Lakin problem bugünədək həllini tapmayıb. Məsələ burasındadır ki, “Binə” və “Sədərək” yarmarkalarında ticarətlə məşğul olan sahibkarlar vergi ödəyirdilər, amma dövlətə deyil, bu obyektlərin sahiblərin. Ticarət obyektlərində yerləri sahibkarlara icarəyə verən “Binə” və “Sədərək”in rəhbərləri isə onlardan topladıqları böyük pulların müqabilində dövlətə daha az vəsait ödəyirdilər.

Qanunvericiliyə görə isə sahibkar icarə haqqı ilə yanaşı, kassa aparatına çek vurmalı və gəlirlərindən vergini özü dövlətə ödəməlidir.

2015-ci iin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra ölkədə baş verən sürətli bahalaşma “Binə” və “Sədərk” ticarət mərkəzlərinin fəaliyyətinə də ciddi ziyan vurdu. Xaricdən valyuta ilə alınan malların qiyməti avtomatik olaraq bahalaşdı. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, üstəgəl dövlət və qanunla müəyyən olunmayan əsassız vergilər sahibkarları çıxılmaz vəziyyətdə qoydu.

İndi isə bütün ümidlər yeni vergilər naziri Mikayıl Cabbarova dikilib…

Məlumatlara görə, “Binə” və “Sədərk” ticarət mərkəzlərindəki obyektlərdə indiyədək 8000 ədəd kassa aparatı quraşdırılıb. Vergilər Nazirliyinin “Binə” və “Sədərək”lə əlaqədar başlatdığı bu iş sözügedən obyektlərin rəhbərlərin qeyri-qanuni əməllərinə zərbə, orada ticarətlə məşğul olan orta və xırda sahibkarlara isə dəstək olacaq. Belə ki, icarəyə verilmiş mağazaları işlədənlərin bundan sonra gəlirlərdən vergiləri artıq “Binə” və “Sədərək”in rəhbərlərinə deyil, birbaşa dövlətə ödəyəcəyi bildirilir. Bu ödənişlərin həm də əvvəlkindən daha az olacağı qeyd edilir…

Antiinhisar Siyasəti Dovlət Xidmətinin rəisi Zahid İsayevə sərt ittiham-YENİLƏNİR

 big_1515769126_s.jpg
Yaxud, «Saxta “Baranovara” yağını Azərbaycana kimlər gətirir?
Dövlətin və onun vətəndaşlarının istehlakçı hüquqlarını qorumalı Antiinhisar Siyasəti və İstehlakşıların Hüquqlarının Müdfiəsi Dovlət Xidmətinin rəisi Zahid İsayevin komandası lazımi səviyyədə çalışsaydı, yəqinki Azərbaycanın dükan və bazarları saxta məhsullarla dolub-daşmazdı…
Araz.az-ın tezadlar.az-a istinad xəbərinə görə bilənlər bilir ki, Sovet hakimiyyəti illərində kolxoz və sovxozlar var idi və bu təsərrüfatlarda südlük mal-qara saxlanılardı, hər il dövlətə plan üzrə artıqlaması ilə süd və süd məhsulları təhvil verilərdi. Üstəgəl, əhalinin kənd yerlərində saxladığı və gündəlik ərzaq istehlakında istifadə etdiyi südlük mal-qaranı da bura əlavə etsək, mənzərə aydın olar…

Bu qədər kərə yağı indii necə peyda olub?

…Və kimsə dana bilməz ki, xatırladığımız həmin illərdəki smetanın, kərə yağının, südün, pendirin… dadını artıq çoxdan itirmişik. Daha doğrusu, bəzi üzdəniraq sahibkarlar bizi çoxdan bu dadı itirməyə məcbur ediblər… Məsələn, indi həmin kolxoz və sovxozlar yox ikən, dükan-bazarlarımızdakı bu qədər kərə yağı harda və necə istehsal olunur? Bəli, bəzi bölgələrdə fermer təsərrüfatları var, amma Sovet dönəmində görməyə alışdığımız mal-qara, qoyun-quzu sürülərini indi kim görür???
Bəs belə isə, Azərbaycandakı ticarət şəbəkələrində aşıb-daşan kərə yağı necə əldə edilir? Hazırda 1 kq-nın qiyməti 15-25 manat arası dəyişən kərə yağlarının qiyməti artsa da, onların təbii dadı təəssüflər olsun ki, yoxa çıxıb. Dəfələrlə deyilməsinə baxmayaraq, yağ saxtakarlarının qarşısını alan yoxdur. «Təzadlar» dəfələrlə yazıb: ölkədə şəkər və ürək-damar xəstələrinin sayının durmadan artmasının baiskarı məhz sintetik-saxta yağ istehsalçılarıdır. Azırbaycanda isə hələki İstehlakçıların Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Eyyub Hüseynov var və sədr istehlakçıların deyil, bəzən istehsalçıların hüquqlarının müdafiəçisi kimi tanınır. Ya da hərdən «ATV-nin «Yoxlama»sının baş dequstatoru qismində çıxış edir…


Antiinhisar Siyasəti Dovlət Xidmətinin rəisi Zahid İsayevə sərt ittiham-YENİLƏNİRSallaqxanalardakı qoyun piyi niyə son vaxtlar yoxa çıxıb???-ŞOK

Bu yaxınlarda özəl şirkətlərin birində kərə yağı istehsalı üzrə mütəxəssis kimi çalışmış oxucumuz bizə dəhşətli faktlardan bəhs etdi. Onun söylədiklərindən məlum olurdu ki, indi kərə yağı kimi əhaliyə sırıdılan yağların böyük bir qismi sallaxanalardakı qoyun piyinin və quyruq yağının xüsusi kimyəvi maddələr və texnologiyalar əsasında bərk yağa-kərə yağına çevrilməsində istifadə olunur. 
Müsahibimizlə dialoqdan. Deyir:
-Son vaxtlar fikir vermisinizmi, qoyun-mal kəsimi sexlərində (sallaqxanalarda) həmişə yığılıb qaldığını müşahidə etdiyimiz piy və quyruqlar yoxa çıxıb…
-Hə, müşahidə etmişik…
-Səbəbini bilirsiniz?
-Yox…
-Səbəbi odur ki, bəzi yağ fırıldaqçıları bütün günü həmin piylərin yığılması ilə məşğuldur. Həmin piylər xüsusi gizli sexlərdə kimyəvi proseslərdən keçirilir və tərkibinə xüsusi maddələr vurularaq onardan kərə yağı istehsal edərək əhaliyə satırlar… Və belə təbii olmayan yağlar isə şəkər, ürək-damar xəstəliklərinin səbəbkarıdır. Allah-Təala insanı elə yaradıb ki, onun bədən temperaturunda əriyən və qana sovrula bilən yağları yaradıb. Məsələn, kərə yağı, təbii bitki yağları… Lakin sintetik yağlar bədən temperaturunda belə həzmə getmir. Kanalizasiya borularına axıdılan yağlı sulardakı yağ boruların divarını necə tutursa, damarlarımızda da bu sintetik və saxta yağlar elə bir mənzərə yaradır. Bu da qan təzyiqini, şəkər xəstəliyini, ürək-damar və s. xəstəlikləri sürətləndirir…

 

Bəs saxta “Baranovara” yağını Azərbaycana kimlər gətirir?

Antiinhisar Siyasəti Dovlət Xidmətinin rəisi Zahid İsayevə sərt ittiham-YENİLƏNİRAzərbaycanda idxal edilən yağ bazarında isə hazırda «it yiyəsini tanımır» desək yanılmarıq. Təkcə dünən 5 iri supermarketdə 23 növ kərə yağına rast gəldik. Əslində isə, onların 70-80 faizinin üzərindəki kağız-etiketi fərqli idi, tərkibi isə müxtəlif qarışıqlardan ibarət eyni saxta yağlar. Belə fırıldaqçıların isə hələki qarşısını kəsən, millətin-xalqın genefondunun məhvinə hesablanmış bu təxribatın nə məqsədlə edildiyini soruşan yoxdur. Niyə? Biz nə vaxta kimi saxta məhsullarla nəfsimizin təminatını təmin edərək vətəndaşlarımızın həmişəlik xəstə salınmasına baiskar olacağıq???

 

 

 

 

 

 

 

 

 

Antiinhisar Siyasəti Dovlət Xidmətinin rəisi Zahid İsayevə sərt ittiham-YENİLƏNİR

Mətləbə keçək: bu günlərdə Şuşa rayonundan məcburi köçkün, hal-hazırda Sumqayıt şəhərində məskunlaşmış Orucov Nazim Gəncəli oğlu redaksiyamıza gəldi. O, Baş Prokuror Zakir Qaralova, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakşıların Hüquqlarının Müdfiəsi Dovlət Xidmətinin rəisi Zahid İsayevə və “Təzadlar” qəzeti redaksiyasına ünvanlı şikayət məktubunu bizə təqdim etdi. Şikayət ərizəsində onun bu günlərdə Sumqayıtdakı iri ticarət şəbəkələrindən («Səda», «Ən ucuz market», «Ən ucuz gipermarket» və s.) aldığı saxta kərə yağından bəhs olunurdu. Şikayətçi həmin yağın bir nümunəsini də bizə təqdim edərək dadına baxmağımızı xahiş etdi. Dadına baxmasaq da, iyindən dərhal hiss etdik ki, burnumuza saxtakarlığın «ətri» gəlir…
Ərizədən sitat:
-Çox hörmətli cənab Baş Prokuror Zakir Qaralov!
Hörmətli Zahid müəllim!
Hörmətli redaksiya!
Ərizəmlə yazıb Sizə bildirirəm ki, təqdim etdiyim xüsusatlar əslində, ən ağır cinayətlər kateqoriyasına aid edilməlidir. Belə ki, bir nəfər cinayətkar ölümə süi-qəsd edərək kimisə öldürürsə, bu bir nəfərin həyatdan məhrum edilməsidir. Lakin saxta ərzaq məhsulu ilə minlərlə insanın sağlamlığını məhv etmək zənnimcə, daha bağışlanılmaz cinayətdir.
Cənab Prezident İlham Əliyevin gözəl bir sözü var: «Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər». Ancaq bu o demək deyildir ki, hər bir sahibkar bu sözlərdən yaralanaraq nə istəs onu edə bilər, keyfiyyətindən asılı olmayaraq necə gəldi isdədiyi məhsulu-malı Respublikamıza gətirə bilər. Gərək sahibkarlar da əvvəlcə öz vicdanı qarşısında hesabat verərək kimisə aldatmasın, gətirdiyi mal üçün məsuliyyət daşısın. 
Ancaq çox təəsüf ki, elə sahibkarlar var vicdanını, bir müsəlman kimi Allahımızı unudaraq necə gəldi millətimizi aldatmaqla öz şəxsi qazancını artırmaqla məşğuldurlar. Onu da qeyd etmək istəyirəm ki, bu tək sahibkarların işi deyil. Onalara himayədar olan digər rəhbər vəzifələrdə işləyənlərin işidir. 
Mən 30.12.2017-ci il tarixdə Sumqayıt şəhərində yerləşən iri ticarət dükanlarının birindən “Baranovara” kərə yağı adlı 2,606 kq çəkidə yağ aldım. 31.12.2017-ci ildə bu yağdan istufadə edəndə yağın kərə yağı olmadığını dərhal bildim və bu barədə mağazaya müraciət edərək satmış olduqları yağın keyfiyyət sertifikatını istədim. Bir çox bəhanələrlə sertifikatın mağazada olmadığını, baş ofislərində olduğunu bildirdilər. Get-gəllər olsa da, nəhayət, 04.01.2108-ci il tarixdə yenidən mən həmin mağazaya getdim və sertifikatı istədim. Mağazanın əməkdaşı baş ofislə əlaqə saxlayaraq mənə 055-299-72-74 telefon nömrəsini verdi ki, bu yağı onlara gətirən Zaur adlı şəxdir, özü əlaqə saxlayım. «Biz sənə sernifikat verə bilmərik», -dedilər. Mən isə öz növbəmdə onlara bildirdim ki, axı, mən yağı Zaurdan yox, sizdən almışam, cavabdeh də sizsiniz və s. Evə qayıdıb yağın üzərindəki etiketə göz gəzdirdim. Orada göstərilən telefonlarla istehsalçıya, yəni Ukraynadakı zavoda zəng vurdum. Telefon qəsdən səhv yazılmış idi. Sonra internet vasitəsi ilə “Baranovskiy” süd məhsulları zavodunun rəsmi internet səhifəsini tapdım və zavodun özü ilə birbaşa əlaqə saxladım (http://www.tph-food.com/ru/, otdel prodaj (moloçnaə produküiə) tel.: +38 067 760 50 26, e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.). Zavodun rəsmi nümayəndəsi bildirdi ki, «Bizim zavodda Məmmədov Zaur Həsən oğlunun (VÖEN: 2301132472) gətirdiyi “Baranovski” adlı kərə yağı istehsal edilmir».

Sonra onlar mənə bu təqdimatı göndərdilər: Zavodumuz aşağıdakı formada məhsul istehsalı ilə məşğuldur: 
«-ООО «Барановский Молокозавод» Барановский Молокозавод – крупный производитель масложировой продукции в Украине. Производственный потенциал – 50 тонн в сутки готовой продукции.
Ассортимент продукции:
-масло сливочное
-спреды 
-смеси из сливочного и растительного масел
Завод производит продукцию под такими ТМ:
-Молочный Фермер
-МЫЛК ФАРМЕР».

Antiinhisar Siyasəti Dovlət Xidmətinin rəisi Zahid İsayevə sərt ittiham-YENİLƏNİRHörmətli cənab Baş Prokuror! Hesab edirəm ki, Zaur adlı şəxsin Azərbaycana gətirdiyi bu yağ heç gömrükdən keçməyib, çünki orada yağın sertifikatındakı saxtakarlıq dərhal üzə çıxa bilərdi. Həmin yağ Bakıda, məsələn, hardasa, Keşlədə, «NZS», yaxud başqa gizli sexlərdə istehsal olunur. Şübhələr kifayət qədərdir. Odur ki, yaranmış vəziyyətin obyektiv araşdırılması, “Baranovski” kərə yağının hansı yolla gətirildiyi, necə keyfiyyət sertifikatı verildiyi, gömrük nəzarətindən necə keçirildiyi, heç bir yoxlama aparılmadan mağazalara necə satışa çıxarılması barəsində araşdırma aparılmasını Sizdən xahiş edirəm. İnanıram ki, düzgün, obyektiv araşdırma apararaq belə möhtəkirlərə qarşı lazımı tədbirlər görəcəksiniz».
*** 
…Şikayətçi ilə bu gün əlaqə saxladıq. Bildirdi ki, İqtisadiyyat Nazirliyinin qaynar xətinə etdiyi zənglə bağlı bir həftədən sonra, yəni bu günlərdə ona elektron məktub göndərilib ki, darıxma, araşdırıb tədbir görüləcək… 
Şikayətçi Nazim Orucov isə deyir: «Qaynar xətt ondan ötrüdür ki, operativ tədbir görülsün. Çünki saxta məhsul əhaliyə satılmamış onun yığışdırılması vacibdir. Lakin şikayətimdən sonra hər gün həmin dükanları izləmişəm və yağ rahatca satılıb. İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakşıların Hüquqlarının Müdafiəsi Dovlət Xidmətinin rəisi Zahid İsayevin rəhbəri olduğu, dövlətin və onun vətəndaşlarının istehlakçı hüquqlarını qorumalı bir Dövlət xidməti belə işləyirsə, Azərbaycanın dükan və bazarları saxta məhsullarla niyə dolub-daşmasın???».
Mövzunu özümüz də araşdırırıq və bizi izləyin. Çünki saxta yağ istehsal edən iki sexin izinə özümüz düşmüşük…
«Təzadlar»ın Araşdırma Qrupu

49 -dən səhifə 56

Əlaqəli xəbərlər