ARDNF bu il hərraclarda 2,5 mlrd. dollar satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) sentyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 252,2 mln. dollar məbləğində vəsait satılıb.