Hansı ölkədə sürücülər daha çox benzin ala bilir? - CƏDVƏL

Clip_512082018.jpgDünən Azərbaycanın aparıcı xəbər saytlarının birində ölkəyə idxal olunan "Premium Euro-95" ("Aİ-95") markalı avtomobil benzininin qiyməti ilə bağlı yazı yayımlanıb. Həmin yazıda qeyd olunub ki, ölkəyə idxal olunan benzinin hər litri hazırda orta hesabla təxminən 1,3 manata (76 sent) başa gəlir və bu daxili bazarda satılan qiymətdən (74 sent) bahadır. Xəbər sayıtı bəzi qonşu ölkələrdə "Aİ-95" markalı benzinin Azərbaycanla müqayisədə baha olduğunu da xüsusi olaraq vurğulayıb. Qonşu Gürcüstan və Türkiyədəki qiymətləri nümunə olaraq göstərib. Lakin nədənsə digər qonşu ölkələrdki qiymətləri və hətta Gürcüstan və Türkiyədə əhalinin alıcılıq qabiliyyətini qeyd etməyib.

Azərbaycan işıqsız qalanda xaricə ucuz qiymətə elektrik enerjisi satılıb

enerji.jpgMəlum olduğu kimi, ötən ay Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzadan sonra ölkə ərazisində elektrik enerjisinin verilməsində ciddi problemlər yaşandı. Paytaxt Bakı və regionlarda saatlarla elektrik enerjisi olmadı. Həmçinin aparılan təmir işləri ilə əlaqədar iyul ayı ərzində elekrik enerjisinin verilməsində uzun fasilələr yarandı. Maraqlıdır ki, iyul ayında ölkədə elektrik enerjisi ilə bağlı ciddi problemlərin yaşanmasına baxmayaraq xarici ölkələrə satılan elektrik enerjisinin həcmi dəfələrlə artıb və eyni zamanda qiyməti daxili bazarda əhaliyə satılan qiymətdən aşağı olub.

Azərbaycanın xarici dövlət borcu açıqlandı - 10 MİLYARD DOLLARA YAXINLAŞIB

Dollar

2018-ci il 1 aprel tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 14,2 mlrd. dollar kredit sazişləri imzalanıb.

Araz.az apa-ya istinadən xəbər verir ki, bu barədə 2018-ci il 1 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərinə dair məlumatda öz əksini tapıb.

7 -dən səhifə 24

Əlaqəli xəbərlər