“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ölkəmiz üçün yeni mərhələnin başlanğıcıdır” - Mikayıl Cabbarov

mikayil8

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ölkəmiz üçün yeni mərhələnin başlanğıcıdır”.

araz.az  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.

“Bir il əvvəl Qarabağ savaşı oldu, lakin artıq sürətlə infrastruktur layihələri həyata keçirilir. Qazanılmış zəfər nəticəsində bölgədə yeni reallıqlar, yeni imkanlar yaranıb. Region ölkələrinin iqtisadi maraqları ilə yanaşı bölgədə sabitlik , təhlükəsizlik, interqasiya və əməkdaşlıq mühitini gücləndirərək, strateji layihələrin həyata keçirilməsi üçün imkanlar ortaya çıxıb. Artıq Ağdamda Sənaye Parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”nın yaradılmasına dair qərarlar verilib. Bu ərazilər bölgənin iqtisadi imkanlarının reallaşdırılması istiqamətində mühüm layihələrin icrasına şərait yaradacaq”, - o qeyd edib.

Nazir həmçinin əlavə edib ki, 1995-ci ildən keçirilən və bu gün Azərbaycanın ev sahibliyi etdiyi IBF ölkəmizin investisiya imkanlarının tanıdılması baxımından mühüm platformadır.

 

araz.az xəbər portalı.

Samir Şərifov: “Azərbaycandakı tariflər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır”

samirserifov45

Dünyada qiymətlərin dəyişməsinə heç kim zəmanət verə bilməz".

araz.az  Report-a istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında Azərbaycanda elektrik enerjisinin, təbii qaz tariflərinin, bəzi məhsulların bahalaşmasından danışarkən bildirib.

“Bilirsiniz ki, Azərbaycana bəzi məhsullar xaricdən gətirilir. Bunların qiymətinə Azərbaycan hökuməti hansısa formada təsir edə bilirmi? Xeyr! Azərbaycana kommunal sahəyə aid olan idxal məhsulları var. Bu isə istər-istəməz maya dəyərinin formalaşmasına təsir edir. Maya dəyəri bahalaşırsa, məhsulu satan şirkət də bunu satdığı məhsulun qiymətində əks etdirir”,- deyə Samir Şərifov əlavə edib.

Nazir dünya bazarlarında neftin qiymətinin bahalaşması fonunda Azərbaycandakı bahalaşmanın səbəblərini də izah edib:

“İlkin mərhələdə budcə proqnozlarıda neftin qiyməti aşağı səviyyədə tutulmuşdu. Ona görə də neft ucuzlaşanda biz tarifləri aşağı salmırdıq. Hazırda bizdəki tariflər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır. Təbii qazın qiyməti baxın görün ki, dünyada hansı səviyyədədir, bizdə hansı səviyyədə”, - deyə Samir Şərifov bildirib.

 

araz.az xəbər portalı.

Etibar Məmmədov “Azərsu" ASC-yə sədr gətirilir?

etibar 1yen

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifədən azad edilməsindən 5 ay ötür. "Azərsu" ASC-nin sədri vəzifəsinə bu ötən 5 ay ərzində təyinatın gecikməsi həm cəmiyyətdə, həm də siyasi kluarlarda geniş müzakirə mövzusuna çevrilib.

araz.az  AzFakt.com-a istinadən bildirir ki, "Azərsu" ASC-nin sədri vəzifəsinə iddialı namizədlərdən biri uzun müddətdir sədrin müavini vəzifəsində çalışan Etibar Məmmədovdur.

Etibar Məmmədov sabiq spiker Oqtay Əsədovun ən sadiq kadrlarından hesab edilir. Düzdür, hazırda Oqtay Əsədovun ölkənin siyasi rəhbərliyinin yanında nüfuzu ciddi formada aşağı düşsə də, E.Məmmədovun böyük nüfuza sahib xeyli sayda yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğu vurğulanır.

Etibar Məmmədovun ən şanslı namizəd kimi zəif tərəflərinin də olduğu deyilir.

Belə ki, sədr müavinin adı bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun oğlunun farel balığı gölünə Gəncə şəhərinə çəkilən magistral su xəttindən ayrıca xətt verməsi məsələsində hallanır.

E.Məmmədov uzun illərdir ki, "Azərsu" ASC-nin sifarişçi olduğu tenderlərdə də xüsusi payının olduğu iddia edilir. İddialara görə məhz bu amillər sədr müavinin sözün əsl mənasında oliqarxa çevirə bilib.

"Azərsu" ASC sistemində uzun illərdir ki, qohum-əqrabalarından, dost-tanışlarından ibarət özünə əhatə yığa bilən E.Məmmədovun böyük sərvətə malik olduğu bildirilir. Paytaxt Bakıda və ölkənin şimal rayonlarından tutmuş qərb rayonlarındadək sədr müavinin çoxsaylı mülkləri var.

Maraqlı məqam isə budur ki, E.Məmmədov "Azərsu" ASC-də sədr olmasa belə, strukturda yaratdığı böyük klanın gücü ilə hazırkı postunu qoruyub saxlaya biləcək.

araz.az xəbər portalı.

Azərbaycanda daha bir məhdudiyyət tətbiq edildi

bakiyeni

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Almaniya Federativ Respublikasının Şlezviq-Holşteyn vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

araz.az  bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən  verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Almaniyanın Şlezviq-Holşteyn vilayətindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtaların, quş əti, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsulları (OİE-nin Quruda Yaşayan Heyvanların Sağlamlıq Məcəlləsinin 10.4.23-cü və 10.4.25-ci maddələrinə uyğun olaraq, quş qripi viruslarının məhv edilməsini təmin edən emala məruz qalan mallar istisna olmaqla) quş yemləri və quş üçün yem əlavələri (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, o cümlədən diri quşların tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

 

araz.az xəbər portalı.

Maliyyə Nazirliyindən artırılan rüsumlarla bağlı açıqlama

maliyye

“Hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır. Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə olan dəyişikliklərdir”.

araz.az-ınməlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

“Məsələn, əvvəlki rüsumlar köhnə pasportlar üçün nəzərdə tutulmuşdu. Yeni pasportlar isə biometrik pasportlardır. Təbii ki, bunun xərci əvvəlki ilə uyğun gəlmir. Yəni onsuz da bu gün bizdə 1 yaşına qədər olan uşaqlara pasportlar maya dəyərindən aşağı qiymətə verilir. Hətta 15 manata qaldıranda da belə bu rəqəm maya dəyərindən aşağı səviyyədədir”, - deyə nazir müavini bildirib.

A. Bayramov qeyd edib ki, rüsumlarda əməliyyatlar üçün həyata keçirilən dövrilik də nəzərə alınacaq: “Məsələn, nikahların bağlanması üçün əvvəlki rüsum 15 il bundan əvvəl müəyyən olunub. Həmin dövrdən sonra kağızın özünün qiyməti, çapı və s. da qalxıb. Bu, normal haldır. İnsanın həyatında 1 dəfə həyata keçirilən əməliyyatdır. Bu baxımdan bu rəqəmlərə baxmaq zəruridir”.

 

araz.az xəbər portalı.

8 -dən səhifə 55

Əlaqəli xəbərlər