Azərbaycanın böyük məbləğdə vəsaiti təhlükədədir

1519543537_ma.jpg


 

Neft Fondunun qonşu ölkəyə yatırdığı milyonların geri götürülməsi təklif olunur

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Rusiyadakı yatırımları təhlükəli vəziyyətdədir. Bu ölkəyə yatırılan 633 milyon dolların 38 faizi artıq əldən çıxıb. 

Məlumat üçün bildirək ki, Dövlət Neft Fondu 2012 və 2013-cü illərdə Rusiyada daşınmaz əmlaka 133 milyon dollar (Moskva şəhərində yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi satın alınıb), “Bank VTB”-nin səhmlərinə isə 500 milyon dollar investisiya qoyub. Rus rublunda ifadə olunan aktivlərə üst-üstə 633 milyon dollar məbləğində investisiya yatırılıb.

Azərbaycanın böyük məbləğdə vəsaiti təhlükədədir

Natiq Cəfərli: “Rusiyadakı yatırımları indidən çıxarmaq ən məqbul variantdır”

İqtisadçı Natiq Cəfərli “Reytinq”ə deyib ki, Neft Fondu öz vəsaitlarini çoxçeşidli və çoxşaxəli yatırım adı altında bir çox ölkələrdə daşınmaz əmlaka və qiymətli kağızlara qoyub. Onun sözlərinə görə, bəzi ölkələrdə - əsasən Avropada, Sinqapurda, Yaponiyada daşınmaz əmlaka qoyulan yatırımlar illik 4-5 faiz artımla müşahidə olunsa da, bunu Rusiyaya qoyulan yatırımlar barədə demək mümkün deyil: 

“2012-2013-cü illərdə Rusiyada daşınmaz əmlaka 135-140 milyon civarında yatırım qoyuldu. Ticarət evi alındı, amma sonradan Rusiyada baş verən proseslər, neftin qiymətinin düşməsi, rus rublunun dəyərinin azalması və ölkədə gedən proseslər daşınmaz əmlakın qiymətlərinə də təsir elədi. Çünki bu prosesdən sonra Rusiyada daşınmaz əmlak ucuzlaşmağa başladı”. 

N. Cəfərli bildirib ki, ikinci böyük yatırım VTB Rusiyanın səhmləri ilə bağlıdır. Ora da təxminən 500 milyon dollar vəsait qoyulub: 

“Son iki ildə VTB-nin səhmlərində də ciddi enmələr müşahidə olundu. Yəni, Rusiyaya qoyulan yatırımların təxminən 30-35 faizinin dəyərdən düşdüyünü söyləmək mümkündür. Buradan da o nəticə çıxır ki, Neft Fondunun Rusiyaya etdiyi yatırımlar uğurlu deyil”.

Ekspert qeyd edib ki, Neft Fondu gələcəkdə hər hansı ölkəyə yatırım etməzdən öncə ciddi düşünməlidir. “Bu məsələdə siyasi yox, iqtisadi məntiqli qərarlar verilməlidir. Rusiyaya qoyulan yatırımların iqtisadi məntiqi yox idi. Ora ancaq siyasi maraqlardan çıxış edərək yatırım qoymaq olardı ki, bunun da mənfi nəticələri ortadadır. Rusiya ilə müəyyən iş birliyinin olmasını göstərmək, əlaqələri sıxlaşdırmaq üçün belə bir seçim edildi. Amma iqtisadiyyat siyasi maraqlarla deyil, iqtisadi məntiqlə idarə olunmalıdır. İqtisadi məntiqlə Rusiya daşınmaz əmlakına, səhm bazarına belə yatırımlar qoymaq olmaz. İndi də Rusiya çox ciddi təzyiq altındadır, sanksiyaların getdikcə artacağı gözlənilir. Yəni, vəziyyət getdikcə pisləşir. Ona görə də Rusiyadakı yatırımları indidən çıxarmaq ən məqbul variantdır”, - deyə N.Cəfərli fikirini tamamlayıb. 

Azərbaycanın böyük məbləğdə vəsaiti təhlükədədir

Nemət Əliyev: “Xalqa məxsus sərvətlərin iqtisadi təhlükəsizliyini təmin etmək çətin olacaq”

İqtisadçı ekspert Nemət Əliyev isə bir qədər sərt mövqe ifadə edib. O bildirib ki, Neft Fondunun rəhbərliyi batan milyonlara görə xalqa izahat verilməlidir. Onun qənaətincə, Neft Fondunun Müşahidə Şurasının sədri, baş nazir Artur Rasi-zadə də bu məsələyə aydınlıq gətirməlidir: 

“Neft Fondunun 31.12.2017-ci il tarixə açıqladığı rəsmi məlumatlardan məlum olub ki, rus rublunda ifadə olunan aktivlərin dəyəri 394 milyon dollara (21,783 milyard rubla) düşüb. Deməli, Neft Fondunun 633 milyon dollar məbləğində investisiya etdiyi daşınmaz əmlak və səhmlər öz ilkin dəyərini üst-üstə 239 milyon dollar məbləğində itirib (633–394=239). İtki 38 faizə yaxındır (239/633x100%≈38%). İtkilərin 56 faizi 2017-ci ilin payına düşür”. 

N. Əliyev itkilərin bununla bitmədiyini qeyd edib: “Yarım milyarddan artıq maliyyə vəsaiti Rusiya bazarlarına investisiya edilərkən planlar tökülmüşdü, hesaba alınmışdı ki, bu layihədən milyonlarla qazanc əldə olunacaq. Nəzərdə tutulan milyonlarla gəlir də əldən çıxıb. İtkilər çox böyükdür”.

Ekspertin fikrincə, Neft Fondu Rusiyaya investisiya etdiyi maliyyə vəsaitlərinin nəinki iqtisadi təhlükəsizliyini qoruya bilməyib, hətta mayanı batırıb: “Rusiya bazarlarına investisiya qoymağın çox riskli olmasına dair zamanında peşəkar iqtisadçılar tərəfindən edilən müxtəlif çağırışlar nəzərə alınsaydı, heç olmasa, mayanı qoruyub saxlamaq mümkün olardı. Odur ki, Neft Fondunun çox riskli sayılan bu layihədə inadkarlıq etməsinin həqiqi səbəblərinə aydınlıq gətirilməli və buna görə həm də fərdi məsuliyyət tələb olunmalıdır. Əks halda, xalqa məxsus sərvətlərin iqtisadi təhlükəsizliyini təmin etmək çətin olacaq. İtirilən milyonları bundan sonra çətin ki, bərpa etmək mümkün olsun. Heç olmasa, ibrət almalı və ziyanın yarısından dönmək lazımdır”. 

N. Əliyev qeyd edib ki, “Bank VTB”nin adı yaxın gələcəkdə Rusiyaya tətbiq olunması gözlənilən əlavə sanksiyalar siyahısına daxil edilib. Sanksiyalar gerçəkləşərsə (ehtimalı yüksəkdir), rus rublunda ifadə olunan aktivlərin daha sürətlə dəyər itirəcəyi şübhə doğurmur. O zaman Neft Fondunun itkiləri daha artacaq. 

Reyting.az

Azərbaycanın sığorta bazarı: KİMLƏR GƏLDİ, KİMLƏR GETDİ?

dashinmaz-emlak_s.jpg


Azərbaycanın sığorta sektoru tam milliləşdi. Araz.az xəbər verir ki, AXA-nın öz payını satması ilə bu bazardan sonuncu xarici investor da getdi. 

Halbu ki, müxtəlif dövrlər üzrə Azərbaycanda 6-dan çox xarici investisiyalı sığorta şirkəti fəaliyyət göstərib.

Bunlar aşağıdakılardır:

Başak-İnam Sığorta Şirkəti – lisenziyası ləğv edilib, səhmdarlarından biri türk sərmayəli Başak Sığorta Şirkəti idi.

İran-Asiya Sığorta şirkəti – İran kapitalı ilə fəaliyyətə başlamışdı və artıq çoxdandır ki, faəliyyətini dayandırıb.

London Gate Sığorta – İngilis kapitallı bu şirkət Azərbaycan bazarına gələn ilk xarici kapitallı investorlardan biri olub və bir müddət işlədikdən sonra bazarı tərk edib.

Temz Insurance – Yenə də ingilis sərmayəsi ilə Azərbaycan bazarına daxil olub və bir müddət sığorta xidmətləri təqdim edib.

Lukoil – Atəşgah Sığorta şirkətinin səhmdarlarından biri olub və sonradan payını sataraq sektordan çıxıb.

AXA Sığorta – Azərbaycan bazarındakı payını artıq satdığını elan edib.
 
Anadolu Sığorta – “Günay-Anadolu” Sığortanın səhmdarlarından biri olub. Uzun müddət Azərbaycan bazarında çalışıb, sonra isə səhmdar kimi fəaliyyətini dayandırıb və hazırda bu şirkət “Günay Sığorta” kimi fəaliyyətini davam etdirir.
 

Sığortaçı Xəyal Məmmədxanlının fikrincə, xarici kapitallı şirkətlər investisiya yatırımından çox, bazara yeni təcrübə qazandırıb. Çünki Azərbaycanın sığorta bazarı cavandır və onun öyrənməli olduğu təcrübə və biliklər, trendlər də çoxdur. Bu baxımdan xaricilərin Azərbaycanda qurduqları sığorta sistemi təkmilliyi ilə seçilib və yerli kadrlarımız onlardan öyrəniblər. Cənab Məmmədxanlı xüsusən də AXA-nın bazardan getməsinə böyük təəssüf hissə ilə yanaşdı: “AXA özü ilə Azərbaycana innovasiyalar gətirmişdi və müştərilər bu şirkətdən həmişə razı olublar”.

Sığortaçı ölkəmizdə bu sahənin gələcəyinə optimist baxır. Onun sözlərinə görə, ötən ilin yekun nəticələri göstərir ki, sektorda 10% artım var. Xüsusən də qeyri-icbari sığorta məhsulları üzrə dinamika başlayıb: “Könüllü sığorta növləri məhsullarında qeydə alınan durğunluq aradan qalxıb. Bu isə yaxşı tendensiyadır”. fed.az

Sahibkarların böyük məbləğdə borcu silinəcək

 

1519209253_1519206160_3.jpg


Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Əmək və sosial siyasət komitəsinin birgə iclasında müzakirə olunub.

Müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev də iştirak edib. Qanun layihəsi barədə ətraflı məlumat verilib və müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib. Layihə Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Ölkə başçısının təqdim etdiyi layihə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla yanaşı hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir.

Layihədə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsini nəzərdə tutur.

Həmin borcları təhlil etdikdə ötən 12 il ərzində borcu olan sığortaedənlərin heç də hamısının borclarını ödəməyə cəhd göstərmədiyi və ya belə bir imkana malik olmadıqları aydın olur. Bu sahədə görülmüş tədbirlər nəticəsində məhkəmə qərarları vasitəsilə gözlənilən məqsədə kifayət qədər nail olunmayıb.

Hesabat məlumatlarına görə, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat borcundan yalnız 50 faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci il tarixinədək ödənilib. Beləliklə, sığortaedənlər üzrə 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir.

Ümumilikdə isə "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi ilə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur. 
Bundan əlavə, qanun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcək.

Sahibkarların böyük məbləğdə borcu silinəcək

Reyting.az-ın xəbərinə görə, iqtisadçı-ekspert Vüqar Bayramovazvision.az-a bildirib ki, borcların silinməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə imkan yaradacaq. Onun sözlərinə görə, bu addım sahibkarlarla dövlət arasında münasibətlərin inkişaf etməsi və tərəfdaşlığın formalaşması baxımından olduqca önəmlidir:

"Sahibkar borclu olmursa, dövlətlə uğurlu tərəfdaşlıq qura bilir. Bu, həm sahibkarlar, həm də dövlət üçün vacibdir. Burada qazanan tərəf sahibkarlardır. Qanun imkan verəcək ki, sahibkarlar borcların çox az hissəsini ödəməklə əhəmiyyətli hissəsindən azad ola bilsinlər. Sahibkarların borc probleminin həll edilməsinə ciddi yardım ediləcək. Borcun silinməsi hər bir sahibkar üçün vacibdir və onların fəaliyyətinin genişləndirilməsinə dəstək kimi qiymətləndirilməlidir”.

Ekspert əlavə edib ki, borcların silinməsi büdcəyə yeni vəsaitlərin daxil olmasına imkan verəcək: "Borcların silinməsi dövlətə imkan verir ki, büdcəyə və sosial fondlara əlavə vəsait cəlb edə bilsin. Dövlət gəlirlərinin artırılması baxımından mühüm addımdır. Qanun layihəsi sahibkarlıq fəaliyyətini təşviq etməklə yanaşı büdcəyə əlavə vəsaitlərin daxil olmasına imkan yaradacaq. Bu addım ölkədə sahibkarlığın təşviq edilməsi üçün mühüm əhəmiyyətə malikdir və yüksək qiymətləndirirəm”, – deyə V.Bayramov vurğulayıb.

 

«AXA» Azərbaycandan niyə gedir? – TƏFƏRRÜATLAR

AXA.jpg


 Xəbər verildiyi kimi azərbaycanlı iş adamı Elxan Qəribli Fransanın “AXA” Sığorta Qrupunun Azərbaycandakı törəməsi “AXA MBASK” Sığorta Şirkəti ASC-nin 100% səhmlərini əldə edəcək. FED.az-a sığorta dairələrindən verilən məlumata görə, əslində bu alqı-satqı “AXA” brendinin Azərbaycanı tərk etməsi ilə nəticələnəcək. Belə ki, alqı-satqının sonunda şirkət «AXA» brendi altında deyil, çox güman ki, «Mbask» brendi ilə fəaliyyət göstərəcək. Alqı-satqı və şirkətin rəhbər menecmentinin dəyişməsi prosesinin təqribən 3-4 ay çəkəcəyi bildirilir.

Məsələnin ən maraqlı tərəfi «AXA Mbask»ın ölkənin sığorta bazarını tərk etməsinin səbəbləridir. Məsələ bundadır ki, bir qədər əvvəl «AXA Mbask» kapitalını artırmışdı və ölkədən getmək barədə düşünmürdü.

FED.az-a verilən məlumata görə, şirkət rəhbərliyi səhmləri satmaq (yəni sadə desək, Azərbaycan bazarını tərk etmək) barədə qərarı AXA-nın nümayəndələrinin Bakıda keçirdiyi görüşlərdən sonra verib. Bu görüşlərdə şirkətin fəaliyyəti, gələcək planları və iş prinsipləri müzakirə obyekti olub. Amma görünür görüşün nəticələri şirkəti qane etmədiyinə görə, AXA bazarı tərk etmək qərarına gəlib.

Eləcə də bax: Elxan Qəribli "AXA MBASK"ı alır

Qeyd edək ki, «AXA Mbask»ın tənzimləyici qurumlarla münasibətləri o qədər də yaxşı deyildi. Bir neçə ay bundan əvvəl - 27.09.2017-31.10.2017 aralığında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) şirkətdə yoxlama aparıb. Həmin vaxt Palatanın yaydığı məlumatda bildirilirdi ki, aparılmış yoxlama nəticəsində nöqsanlar aşkar edilib və onların aradan qaldırılması məqsədilə “Sığorta fəaliyyəti haqqında” Qanununun 102-ci maddəsinə əsasən Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-Təqdimat verilib. Bir neçə ay əvvəl isə Vergilər Nazirliyi «AXA Mbask»ın hesablarına həbs qoymuşdu.

Şirkətə qarşı əsas iradlar sığorta agentləri ilə iş prinsipi – daha dəqiqi onlara ödənilən komissiyanın məbləği, sığorta hadisələrinin araşdırılması və sair idi.

Xatırladaq ki, «AXA» şirkəti dünyanın sığorta bazarının lideridir, şirkətin adı isə artıq bir neçə ildir ki, dünyanın bir nömrəli sığorta brendi sayılır. Bir neçə il əvvəl şirkət Azərbaycanda fəaliyətini daha da genişləndirmək, hətta həyat sığortası şirkəti yaratmaq niyyətində idi. Amma sonradan bu baş tutmadı. Belə yüksək reytinqə və nüfuza malik olan şirkətin ölkənin maliyyə sektorunu tərk etməsi Azərbaycan üçün olduqca mənfi siqnaldır.

Bununla yanaşı, qeyd edək ki, son bir neçə ay ərzində AXA şirkətinin yeni rəhbərliyi yeni siyasət yürütməyə başlayıb.Bu yanaşmaya görə, şirkət o qədər də böyük olmayan bazarlardan (ölkələrdən) çıxaraq daha iri bazarlara fokuslanır. Bu siyasətin nəticəsi olaraq AXA artıq Sinrapur, Rumıniya və Serbiya kimi ölkələri tərk edib. 

Hökumətdən inanılmaz addım: hər bir şəxsə 510 manat BAĞIŞLANACAQ

1519153962_15176299281096731184_1000x669.jpg


 Ölkənin dövlət büdcəsi 9,6 milyard dollar əlavə gəlir əldə edib. Hökumət artıq qalan pulu vətəndaşlarına bağışlamağa qərar verib.

Beləliklə, dövlət 21 yaşdan yuxarı vətəndaşlarına 100-300 dollar məbləğində pul paylayacaq. İllik gəliri 28 000 dollar olan şəxslər 300 (təxminən 500 manat), 28 000-dən 100 000-ə qədər olanlar isə 100 dollar əlavə pul alacaq.

Büdcənin artıq qalan hissəsinin ilin sonunadək paylanacağı və bu işin dövlətə 700 milyon dollara başa gələcəyi bildirilib.
Sinqapur hökuməti maraqlı və təəccüblü bir addım atıb.

Sinqapurun maliyyə naziri Henq Svi Keat büdcənin paylanması ilə bağlı verdiyi açıqlamada "bu addım "Sinqapurun inkişafının barını sinqapurlularla paylaşacağıq" vədinin bir hissəsidir" sözlərini işlədib.

Qeyd edək ki, Sinqapur 2011-ci ildə də vətəndaşlarına 100-800 dollar civarında pul bağışlamışdı.//a24.az

9 -dən səhifə 24

Əlaqəli xəbərlər