«AXA» Azərbaycandan niyə gedir? – TƏFƏRRÜATLAR

AXA.jpg


 Xəbər verildiyi kimi azərbaycanlı iş adamı Elxan Qəribli Fransanın “AXA” Sığorta Qrupunun Azərbaycandakı törəməsi “AXA MBASK” Sığorta Şirkəti ASC-nin 100% səhmlərini əldə edəcək. FED.az-a sığorta dairələrindən verilən məlumata görə, əslində bu alqı-satqı “AXA” brendinin Azərbaycanı tərk etməsi ilə nəticələnəcək. Belə ki, alqı-satqının sonunda şirkət «AXA» brendi altında deyil, çox güman ki, «Mbask» brendi ilə fəaliyyət göstərəcək. Alqı-satqı və şirkətin rəhbər menecmentinin dəyişməsi prosesinin təqribən 3-4 ay çəkəcəyi bildirilir.

Məsələnin ən maraqlı tərəfi «AXA Mbask»ın ölkənin sığorta bazarını tərk etməsinin səbəbləridir. Məsələ bundadır ki, bir qədər əvvəl «AXA Mbask» kapitalını artırmışdı və ölkədən getmək barədə düşünmürdü.

FED.az-a verilən məlumata görə, şirkət rəhbərliyi səhmləri satmaq (yəni sadə desək, Azərbaycan bazarını tərk etmək) barədə qərarı AXA-nın nümayəndələrinin Bakıda keçirdiyi görüşlərdən sonra verib. Bu görüşlərdə şirkətin fəaliyyəti, gələcək planları və iş prinsipləri müzakirə obyekti olub. Amma görünür görüşün nəticələri şirkəti qane etmədiyinə görə, AXA bazarı tərk etmək qərarına gəlib.

Eləcə də bax: Elxan Qəribli "AXA MBASK"ı alır

Qeyd edək ki, «AXA Mbask»ın tənzimləyici qurumlarla münasibətləri o qədər də yaxşı deyildi. Bir neçə ay bundan əvvəl - 27.09.2017-31.10.2017 aralığında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) şirkətdə yoxlama aparıb. Həmin vaxt Palatanın yaydığı məlumatda bildirilirdi ki, aparılmış yoxlama nəticəsində nöqsanlar aşkar edilib və onların aradan qaldırılması məqsədilə “Sığorta fəaliyyəti haqqında” Qanununun 102-ci maddəsinə əsasən Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-Təqdimat verilib. Bir neçə ay əvvəl isə Vergilər Nazirliyi «AXA Mbask»ın hesablarına həbs qoymuşdu.

Şirkətə qarşı əsas iradlar sığorta agentləri ilə iş prinsipi – daha dəqiqi onlara ödənilən komissiyanın məbləği, sığorta hadisələrinin araşdırılması və sair idi.

Xatırladaq ki, «AXA» şirkəti dünyanın sığorta bazarının lideridir, şirkətin adı isə artıq bir neçə ildir ki, dünyanın bir nömrəli sığorta brendi sayılır. Bir neçə il əvvəl şirkət Azərbaycanda fəaliyətini daha da genişləndirmək, hətta həyat sığortası şirkəti yaratmaq niyyətində idi. Amma sonradan bu baş tutmadı. Belə yüksək reytinqə və nüfuza malik olan şirkətin ölkənin maliyyə sektorunu tərk etməsi Azərbaycan üçün olduqca mənfi siqnaldır.

Bununla yanaşı, qeyd edək ki, son bir neçə ay ərzində AXA şirkətinin yeni rəhbərliyi yeni siyasət yürütməyə başlayıb.Bu yanaşmaya görə, şirkət o qədər də böyük olmayan bazarlardan (ölkələrdən) çıxaraq daha iri bazarlara fokuslanır. Bu siyasətin nəticəsi olaraq AXA artıq Sinrapur, Rumıniya və Serbiya kimi ölkələri tərk edib. 

Hökumətdən inanılmaz addım: hər bir şəxsə 510 manat BAĞIŞLANACAQ

1519153962_15176299281096731184_1000x669.jpg


 Ölkənin dövlət büdcəsi 9,6 milyard dollar əlavə gəlir əldə edib. Hökumət artıq qalan pulu vətəndaşlarına bağışlamağa qərar verib.

Beləliklə, dövlət 21 yaşdan yuxarı vətəndaşlarına 100-300 dollar məbləğində pul paylayacaq. İllik gəliri 28 000 dollar olan şəxslər 300 (təxminən 500 manat), 28 000-dən 100 000-ə qədər olanlar isə 100 dollar əlavə pul alacaq.

Büdcənin artıq qalan hissəsinin ilin sonunadək paylanacağı və bu işin dövlətə 700 milyon dollara başa gələcəyi bildirilib.
Sinqapur hökuməti maraqlı və təəccüblü bir addım atıb.

Sinqapurun maliyyə naziri Henq Svi Keat büdcənin paylanması ilə bağlı verdiyi açıqlamada "bu addım "Sinqapurun inkişafının barını sinqapurlularla paylaşacağıq" vədinin bir hissəsidir" sözlərini işlədib.

Qeyd edək ki, Sinqapur 2011-ci ildə də vətəndaşlarına 100-800 dollar civarında pul bağışlamışdı.//a24.az

Diqqət! Banka qoyduğunuz pul qorunmayan əmanətə çevrilə bilər (VİDEO)

10.jpg


Sığortalı hesab etdiyiniz depozitiniz qorunmayan əmanətə çevrilə bilər. Əksər hallarda müştərinin bundan xəbəri olmur və bank bağlanan zaman əmanətə yatırılan pulları geri qaytarmaq mümkün olmur. Bəs bu proses necə baş verir və problemlə qarşılaşmamaq üçün nə etmək lazımdır?
 
Araz.az-ın məlumatına görə, banklara qoyulan sığortalı əmanətlər bir müddət sonra qorunmayan əmanətlər qrupuna daxil edilə bilər.
 
Bank bağlanacağı halda həmin əmanətlər geri qaytarılmır.
 
Müştərilərin böyük əksəriyyəti depozit yerləşdirən zaman manatla 15 faizə, xarici valyuta ilə 3 faizə qədər olan sığortalı əmanətlərə üstünlük verir. Müqaviləyə əsasən son tarixə qədər əmanət siğortalı hesab edilir. Lakin əmanətin müddəti bitdiyi vaxt müştəri banka gəlmirsə, depozit avtomatik yenilənir. Burda isə şərtlər dəyişə, sığortalı əmanət qorunmayan əmanətə çevrilə bilər. Baxmayaraq ki, ilkin müqavilədə əmanət siğortalı olub.
 
Digər bir hal isə ondan ibarətdir ki, problemlə qarşılaşmamaq üçün vətəndaşlar müqavilənin bitdiyi vaxtda banka gedib mütləq əmanətin şərtlərini yenidən gözdən keçirməlidirlər.
 
Ekspertlər tövsiyə edirlər ki, əvvəlki dövrdə əmanət yerləşdirənlər hansı bankda olmasından asılı olmayaraq anlaşma müddəti başa çatandan sonra banka yaxınlaşıb yeni müqavilə bağlasınlar.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xezerxeber.az

“Azmeat” brendi ərəb ölkələrinin bazarını fəth etməyi planlaşdırır

28176312_1623989814383873_1477588605_n.jpg


 18-22 fevral tarixlərində Dubayda 23-cü “Gulfood-2018” beynəlxalq sərgisi keçirilir.

Araz.Az xəbər verir ki, bu il dünyada qida sənayesi və içki istehsalı üzrə ən böyük və nüfuzlu sərgidə Azərbaycanın “Azmeat Production” şirkəti də iştirak edir.

Azmeat şirkətinin əsas fəaliyyət istiqaməti bütün gigiyenik standartlara cavab verən halal ət məhsullarının istehsalıdır. Bu məhsullara isə müsəlman ölkələri, xüsusilə də Yaxın Şərq ölkələrində böyük tələbat var.

“Şirkətimiz halal ət məhsullarının istehsalı ilə məşğuldur və artıq bu gün ət məmulatlarını İrana ixrac edirik, bunun üçün İran Baytarlıq Təşkilatı tərəfindən müvafiq lisenziya almışıq. 

Gulfood-2018 sərgisində “Azmeat” ziyarətçilərə məhsulları haqqında kataloqlarla tanış olmağı təklif edir. Məqsədimiz “Made in Azerbaijan” brendi altında Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələrinə ət məhsullarını ixrac etməkdir.

Bu məqsədlə “Azmeat” sərgi çərçivəsində BƏƏ-nin Standartlaşdırma və Metrologiya Xidməti və Ətraf Mühit Nazirliyi ilə görüşlər keçirir. Biz, BƏƏ bazarına ət məhsullarının ixracına dair lisenziya almağı nəzərdə tuturuq”, - deyə, şirkətdən bildiriblər. 

Qeyd edək ki, illik “Gulfood” sərgisi dünyada, o cümlədən Fars körfəzi və Yaxın Şərq regionda ən böyük ixtisaslaşmış sərgidir. “Gulfood”a xüsusilə də region ölkələri arasında böyük maraq var, çünki körfəz ölkələrində qida məhsullarının 95%-dən çoxu idxal olunur və bu, sərgini mühüm tədbirə çevirir.

Hər il sərgidə dünyanın 120 ölkəsindən 5000-dən artıq şirkət və 170 ölkədən 95000-dən artıq ziyarətçi iştirak edir.

50-dən çox ölkədən halal məhsul istehsalı üzrə ixtisaslaşmış şirkətlərin yüzlərlə mütəxəssisi sərgi içində ən böyük sərgi - “Halal World Food”da – dünyada ən böyük halal məhsul sərgisində iştirak edirlər.

oxu.az

Vaxtı keçmiş kreditlər 1 milyard 626,7 milyon manata çatıb

1518942776_kre.jpg


 2018-ci il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 milyard 757,8 milyon manat təşkil edib.


Araz.az-ın məlumatına görə, ümumi kredit portfelinin 9 milyard 656,5 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,4 faizi banklar, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manata çatıb və ümumi kredit portfelinin 13,8 faizini təşkil edib.

Trend.az

10 -dən səhifə 24

Əlaqəli xəbərlər