Dövlət Gömrük Komitəsinin Akademiyasında “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib

Copy of 1.jpg

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC və Akademiyanın birgə təşkil etdiyi “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib.

Səfər Mehdiyev: "Bütün dövlət qurumları gələcək risklərin müəyyən edilməsi və onun təsirlərinin aradan qaldırılması üçün işlər aparırlar"

Sefer mehdiyev00001

Son 15 ildə Azərbaycanda aparılan uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatına 230 mlrd. ABŞ dollarından artıq investisiya yatırılıb.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşkilatçılığı ilə keçirilən “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyevin sözlərinə görə, bu investisiyaların 50%-ə qədəri xarici investisiyalardır:

Gömrük Akademiyası Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyi ilə saziş imzalayıb

0001.jpgDövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Türk Standartları İnstitutu (TSİ) tərəfindən Akademiyanın şəxsi heyəti üçün təlimlərin keçirilməsi məqsədilə sözügedən İnstitutun Azərbaycandakı nümayəndəliyi ilə saziş imzalanıb.
Araz.az xəbər verir ki, tədbirdə Akademiyanın rəisi Qulu Novruzov, TSİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu, TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi Arif Qani və Akademiya kollektivi iştirak ediblər.
Akademiyanın rəisi Qulu Novruzov Gülhan Yüzereroğlunu və Arif Qanini Akademiyada görməkdən məmnunluğunu ifadə edib. O, Gülhan Yüzereroğluna DGKA ilə əməkdaşlığa görə minnətdarlığını bildirib.

"Kölgə iqtisadiyyatı"na ağır zərbə vurulub - Komitə sədri

sefer-mehdiyev_4.jpgSadəcə malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və bəyan edilməsi, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı köklü islahatların həyata keçirilməsi nəticəsində 1 milyarddan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub.
Muxalifet.az xəbər verir ki, bunu bu gün keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” adlı forumda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib.

2 -dən səhifə 24

Əlaqəli xəbərlər