“Azərbaycanda hər doğulan körpənin 3490 manat borcu var” – Qubad İbadoğlu

qubad-ibadoglu-450x250.jpg


 “Azərbaycanda doğulan hər körpə 2054 dollar və ya 3490 manat borcla dünyaya gəlir”.

 Bunu iqtisadçı ekspert Qubad İbadoğlu yazıb. Maliyyə Nazirliyi xarici borcların həcmi ilə bağlı açıqladığı son rəqəmləri şərh edən Q. İbadoğlu deyir ki, əgər həmin məlumata inansaq, 01 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz təşkil edib.
2017-ci ildə Azərbaycanın dövlət borcunun ÜDM-də payı 22,8 deyil, 48,8 faiz olub. 2017-ci il üçün hesablanmış ÜDM-in 70,135.1 milyon manat təşkil etdiyini nəzərə alanda, dövlət borcunun Maliyyə Nazirliyinin açıqladığı kimi 15,9 milyard manat deyil, 34,2 milyard manat və yaxud hazırkı məzənnə ilə 20,1 milyard dollar olduğu məlum olur. Belə olan halda Azərbaycanda doğulan hər körpə 2054 dollar və ya 3490 manat borcla dünyaya gəlir.
 Orta statistik ailənin (4,5 nəfərlik ev təsərrüfatının) borcu isə 9243 dollar və ya 15705 dollar təşkil edir. Burda diqqəti çəkən əsas məqamlardan biri də odur ki, dövlət borcunun ÜDM-də payı kritik hesab edilən 40 faizi ötməsi və son illər onun artım tempinin sürətlənməsidir. Məlumat üçün qeyd edim ki, dövlətin borcuna hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər daxil edilir. Yəni bu halda neft şirkətinin dövlət zəmanəti olmadan aldığı borclar hesablanmış məbləğə daxil deyildir”.
 

Banklar əmanətə xəyanət edir?- BANKLARDA ƏMANƏT FAİZLƏRİ

99b179db-bfa7-468e-8198-e6b0eef361d7.jpg


Bu günlərdə bir çox insanların pullarını investisiya kimi banklara yatırırlar. Yəni bank depozitlərinə yatırım edirlər. Bəs görəsən bu nə qədər sərfəlidir. Gəlin ilk öncə ölkədə fəaliyyət göstərən 30 bankın depozit faizləri və müddətləri ilə tanış olaq.

Accsessbank

Depozitə qoyulmalı olan minimal məbləğ 50 manatdır. Əmanətin müddəti əmanət növündən asılı olaraq  1-60 aydır. Manatda maksimal faiz dərəcəsi 11%-dir. Dollarda 1%, avroda isə 0.5%-dir. Əmanət faizlərinin ödənişi aylıq,rüblük,yarımillik,illik və ya müddətin sonunda olur.

AFB Bank

AFB Bankda manatda olan müddəti 6 ay olan əmanətlərə 4%, 12 ay müddətinə yatırılan manat əmanətinə isə 7% gəlirlik təklif olunur.

Dollar və avroda olan əmanətlərə görə 6 aydan 12-aya kimi 1% 12 ay və daha artıq olanda 1.5% təklif olunur.

AGB Bank

AGB Bankda manatda əmanət faizləri müddətindən asılı olaraq 11-13% arasında dəyişir. Valyutada əmanət faizləri isə 1-3% arasında dəyişir. Qeyd edək ki, yüksək faizli əmanətlər uzun müddətə yatırılanda və müddətin sonunda götürüləndə  bu faizlər  verilir müştərilərə.  Minimal məbləğ isə 100 dollar və ya 100 manatdır.

Amrahbank

Amrahbankda minimal əmanət məbləği 50 manat və 50 dollardan az olmamalıdır. Manatda olan əmanətlərə görə maksimum 10% gəlirlik faizi verilir. 10% maksimum müddətə qoyulduqda əldə etmək mümkündür. Dollarda isə 1-2% gəlirlik mümkündür. Avroda isə faiz gəlirliyi 0.5-0.75% arasında dəyişir.

Ata Bank

Ata Bankda minimal məbləğ  500 manat,500 dollar və ya 500 avro olmalıdır. Dollarda bir illik əmanət 3%,avroda illik gəlir 2%, manatda 60 aylıq əmanət isə 13% təşkil edir.

Azərbaycan Beynəlxalq Bankı

Bankda əmanətlərin faizlərinə əsasən fərdi olaraq yanaşılır. Yatırılacaq əmanətin məbləği isə 500(manat,dollar,avrodan)aşağı olmamalıdır. Əmanətlər isə 3-6-12 aylıq müddətə yatırıla bilər.

Azərbaycan Sənaye Bankı

Azərbaycan Sənaye Bankı nda manatla əmanət faizləri müddətdən asılı olaraq 5-12% arasında dəyişir. Faizlər isə müddətin sonunda ödənilir. Dollarda isə yalnız bir illik yatırılan əmanətlərə 1% gəlirlilik hesablanır. Avroda da yalnız 12 aylıq əmanətlərə faiz verilir. Bu zaman isə gəlirlilik faiz 0.5% təşkil edir.

Azər Türk Bank

Azər Türk Bankın standart əmanəti isə olduqca aşağı əmanət faiz verən banklardandır. Belə ki, standart əmanət yatırımda manata illik 3% gəlirlilik mümkündür. Dollarda isə bu faiz göstəricisi illik 1%dir. Faizləri yalnız müddətin sonunda götürmək mümkündür. Qoyulacaq əmanət isə 500-dən aşağı olmamalıdır. Bundan başqa stadart əmanətçilərə kart verilir ki,bu zaman vaxtından əvvəl pozulan müqavilə zamanı, müştəri  kartın pulunu ödəməli olur.

Bank Avrasiya

Bank Avrasiya əmanətçilərinə manatda aylıq 2% illik isə 10% gəlirlilik vəd edir. Dollarda bu göstəricilər aylıq 0.25% illik isə 2.25%-dir. Avroda yatırılan əmanətlərə isə ən tez 12 ayın sonunda faiz verilir ki, bu göstərici də 0.5% təşkil edir. Bu banka yatırılacaq minimal məbləğ isə min (manat,dollar,avro) olmalıdır. Qeyd edək ki,əmanətin faktiki müddəti 6 ay olduqda əmanətçiyə faiz verilmir. Həmçinin bu bankda qoyulan əmanətin məbləği də artırıla bilməz. Əmanətin faizi isə 6 aydan 12-aya kimi olduqda əmanət faizinin 50% ödənilir.

Bank BTB

Bu bankda  31-91gün ərzində nə manatda nə də avroda yatırılan əmanətlərə faiz verilmir. Bank BTB-də manatda müddətli əmanətlərə maksimum 8%, dollarda isə 1% gəlirlilik hesablanır. Məlumat üçün bildirək ki, 300 min dollarda və ya artıq məbləğdə əmanət yatırmaq istəyənlərin faiz dərəcəsinə fərdi baxılır.

Bank Respublika

Bank Respublika fiziki şəxslərə illik manatda yatırılan əmanətlərə aylıq 2%,6 aylıq əmanətin müddətində isə 3%- lik gəlirlik ödəyir. İllik manatda yatırılan əmanət aylıq faizi 7%,illik müddətin sonunda isə 8% təşkil edir. Dollarda isə bu rəqəmlər 0.5% təşkil edir. 500 min manatdan yuxarı məbləğdə əmanət yatırmaq istəyənlərin faiz göstəricilərinə fərdi baxılır.

Bank Silk Vay

Bu bankda əmanət yatırmaq istəsəz minumum ya 500 min manatınız, dollarınız və ya avronuz olmalıdır. Bu zaman manatda olan zəmanətlərə illik 2%,dollarda isə 1.5% gəlirlilik hesablanır. Avro ilə yatırılan əmanətlərin faizlilik gəlirliyi isə razılaşma yolu hesablanır. 

Bank VTB Azərbaycan

Bank VTB-də manata maksimum illik faiz 10.5%dir. Aylıq faiz isə 2%-dir. Dollarda bu göstərici isə maksimum 1%-dir. Dollarda isə aylıq ödəniş maksimum  faizi 0.9%-dir.

ExpressBankda klassik əmanət növündə 12 aylıq manat əmanətində hər ay 10% gəlirlilik,dollarda isə bir illik əmanət yatırımında hər ay 1% gəlirlilik əldə etmək mümkündür. Müddətin sonunda isə manat 10.4% manatda,1.5% isə dollarda mümkündür.

GunayBank

Gunaybanka pul əmanət etmək istəyənlərin ən azı ya 500 manatı,bu məbləğdə dolları, ya da ki, avrosu olmalıdır. Bir illik yatırılacaq manatla əmanətə bank müddətin sonunda 12%,dollarda illik əmanətə isə 3%gəlirlilik verir. Qeyd edək ki, əmanətçi əmanətini vaxtından qabaq götürərsə bu zaman toplanmış faizlər müştərilərə ödənmir. 6 aydan tez götürülən əmanətlər görə isə müştəri 10 manat cərimələnir.

Xalq Bank

Xalq Bankda müddətli əmanət növündə minumum yatıracağınız əmanətin məbləği min manat olmalıdır. 3 aya qədər olan manatda əmanətlərə faiz ödənilmir. Bu müddət üçün dollar əmanətinə faizdən isə danışmağa dəyməz. 3 yadan 6 aya qədər olan manat əmanətləri üçün 1.5% ödənilir. Dollarda isə bu müddət üçün əmanət faizi nəzərdə tutulmayıb. Xalq Bankın müddətli əmanət növündə 6-9 ay üçün manatda 3%, dollarda isə 0.5%-dir. 9-12 ay müddətinə isə manatda 4.5%,dollarda 0.75%, avroda isə 0.375% gəlir faiz təklif olunur. Ümumilikdə bank manatda maksimum 6%, dollarda 1%, avroda isə 0.5% gəlir təklif edir.

Kapital Bank

Kapital Bankda kapital depoziti  bir illik manat əmanətlərinə aylıq 8%,18 aylıq manat əmanətlərinə aylıq 8.5% təklif edilir. Dollarda olan əmanətlərə bu müddətə aylıq faiz gəlirliyi təklif olunmur. Dollarda əmanətlərə yalnız 24 aylıq yatırıma aylıq 0.2%,36 aylıq yatırıma isə ayda 0.4% təklif olunur. Manatda göstərilən bu müddətlərə isə aylıq müvafiq olaraq 9% və 9.5% gəlirlilik təklif olunur. Kapital depoziti əmanət növündə 36 aya maksimum 10%, dollarda isə maksimum 0.5% verilir. Əmanətin azaldılması - vaxtından əvvəl çıxarılan əmanətlər üzrə faizlər milli valyutada (AZN) illik 1% ilə ödənilir. Xarici valyutada (USD) vaxtından əvvəl çıxarılan əmanətlər üzrə illik azaldılan hissə min. 100 AZN/USD, əmanət 100 AZN/USD qalanadək azaldıla bilər. Otuz (30) təqvim günündən tez çıxarılan milli valyutada yerləşdirilən əmanətlərə faiz ödənilmir. Əmanətin rəsmiləşmə tarixindən on beş (15) təqvim günü ərzində əmanət tam çıxarıldığı halda müştəridən 5 manat komissiya tutulur.

 Bank Melli İran

Bu bankda əmanət yatırmaq istəyənlərin minumum 5 min manatı olmalıdır. Qeyd edək ki, bank digər valyutada əmanət qəbul etmir. Əmanət 6 və 12 ay müddətinə yerləşdirilə bilər . Manatda 6 aylıq müddətinə yerləşdirilən əmanətlərə ayda 5%, müddətin sonunda isə 6% gəlirlilik ödənilir. 12 aylıq manat əmanətində isə hər ayın sonu 8%,müddətin sonunda isə 10% gəlirlilik təklif olunur.

MuğanBank

MuğanBank  minumum əmanət olunacaq məbləğ 500 manatdır. Manatda maksimum illik faiz 12.5% dollarda isə maksimum faiz gəlirliyi illik 3%-dir. Qeyd edək ki müqavilə vaxtından əvvəl pozularsa 6 aya qədər əmanətin 1% 6 aydan sonrakı müddətdə pozularsa məbləğin 2%-i  gəliri verilir.

NaxçıvanBank

Əmanətin minumum həddi 100 manatdır. İllik gəlirliyi 2%dir. Həmçinin bir çox banklardan fərqli olaraq NaxçıvanBank hesaba əlavə vəsaitin qəbul olunmasını və ya əmanətlərin hissə dənilməsinə icazə verir. NaxçıvanBankda  illik maksimum gəlirlik 4% dir.

NBC Bank

NBC  bankda  12 aylıq əmanət olunan manata illik maksimum 13%, dollarda illik əmanətə isə maksimum 3% ödənilir. Qeyd edək ki bu göstəricilər bankın maksimum depozit əmanət növündə təklif olunur və bu zaman qoyulacaq əmanət minumum 200 manat olmalıdır.

Nikoil Bank

Bu bankda əmanət edəcəyiniz məbləğin minumum məbləği 100 manat olmalıdır. Mnatda əmanət olunan məbləğin illik faizi 10.5% aybaay götürüləcək fiaz isə 10% təşkil edir. Dollarda qoyulan əmanətə ay sonunda 1.5% gəlir, müddət sonunda isə 2% gəlir əldə etmək olar.

Paşa Bank

Məlumat üçün bildirək ki, Paşa Bankın müştərisi olmayanlar bu banka pul yatırmq üçün ən azı 100 min manatları olmalıdır. Bu zaman faiz göstəricilərinə fərdi yanaşılır. Paşa Bankın müştəriləri olanlar isə 20-30 min arası depozit yatırmalıdır.  Bu zaman manatda ayabaay  faiz gəlirliyi 8.10%, ilin sonunda isə 8.50% olacaq. Dollarda aybaay faiz gəlirliyi 0.35%, müddətin sonunda isə 0.40% təklif olunur.

RabitəBank

Rabitəbankda minimum qoyulacaq məbləğ  200 manatdır. Bankın 24 aylıq manatda qoyulan əmanətə illik faizi 10% dollarda isə 1.5% dir. Aybaay manat depozitlərinin maksimum 3%-dir. Dollarda isə aylıq faiz ödənişi  0.5%-dir.

Turanbank

Turanbankda minimum qoyulacaq əmanət 100 manatdır. Illik manatda olan əmanətlərə aylıq 11% müddətin sonunda isə 11.40% ödənilir. Dollarda olan əmanətlərə isə aybaay 2%, müddətin sonunda isə 2.5% ödənilir.

Unibank

Unibankda minumum yatırmalı olduğunuz əmanət məbləği 50 manat,dollar və ya avro olmalıdır. Manatda yatırılacaq əmanəti aybaay götürmək istəyənlər illik 10%,müddətin sonunda isə 11% qazanacaqlar. Dollarda əmanət yatıranlar aybaay faizlərini götürmək istəsələr illik 1.5% müddətin sonunda isə 2% qazanc əldə etmiş olacaqlar.

Yapı Kredi Bank

Yapı Kredi Bankda qoyulacaq minimum məbləğ 250 manat olmalıdır. Bank manatda 36 aya yerləşdirilən əmanətə müddətin sonunda 10.50%, dollarda 0.50%,avroda isə 0.25% gəlir təşkil edir.

Ziraat Bank

Ziraat Bankda yatırılmalı olan minumum məbləğ min manatdır. Manat əmanətçilərinə Aylıq, üç ayda bir və müddət sonunda 1%, dollarda əmanəti olanlara isə 0.1% gəlir təklif olunur.

Məlumat üçün bildirək ki, Bank of Baku və Pakistan Milli Bankı əmanət qəbul etmirlər.

Aparılan araşdırmadən belə bəlli olur ki, bank depozitləri manatda maksimum 13%, dollarda isə 3% gəlir təklif edə bilirlər. Onu da qeyd edək ki, bu maksimum göstəriclərdi. Lakin heyfislənməyə dəyməz belə ki, bank əmanətləri ilə müqayisədə daha sərfəli dövlət istiqrazları var. Belə ki, dövlət istiqrazları bank depozitləri ilə müqayisədə daha çox 8-15% lik gəlir təklif edir. Dövlət istiqrazlarının əldə edilməsi ilə bağlı sualları olanlar 012 310 33 30 telefon nömrələrilə əlaqə saxlamaqla AzFinance İnvestisiya şirkətindən ətraflı məlumat əldə edə bilərlər. MOderator.az

Azərbaycanda sahibkarların şikayət etdikləri orqanların adları AÇIQLANDI

suleyman-i.jpg


 2017-ci ildə hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.

Araz.az bildirir ki, bu barədə Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

Onun sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirib.

“Yanar Dağ Qapalı Səhmdar Cəmiyyəti, “Telko Qafqaz”, “Metals LTD”, “N-Link İNTELLİGENT SOLUTİONS”, “Qlobal Finans”, “Qartal-A”, “İnter Qarden”, “Relax” məhdud məsuliyyətli cəmiyyətlərin, “İnkomservis” firmasının rəhbərləri və başqaları məhz Vergilər Nazirliyinin onların fəaliyyətinə mane olduğunu yazıb, bir çox kiçik sahibkarlar, həmçinin bəzi vətəndaşlar nazirliyin Gəncə, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Göyçay idarə və departamentləri işçilərinin onlara qarşı əsassız təzyiqlərindən şikayətləniblər", - Süleyman ismayılov vurğulayıb. PRESSDAY.az 

Ağstafa kəndliləri etiraz edir: “Sahibkar artesian quyusunu mənimsəyib, bizə su vermir” -VİDEO

c0a5c591e3cf8f8777f865b62dc2e27d.jpg


 Ağstafa rayonunun Poylu kənd sakinləri otlaq və örüş sahələrində yaranan su qıtlığı ilə bağlı etiraz ediblər. Onlar dövlət vəsaiti hesabına qazılan artezian quyularının ayrı-ayrı sahibkarlar tərəfindən mənimsənildiyini bildirirlər.

Kəndlilər iddia edir ki, sahibkar Əlləz Bayramov saxta sənəd təqdim edərək, örüş sahələrinin suvarılması üçün vurulan artezian quyularının onun otlaq sahəsinə məxsus olduğunu bildirib:

“Yeganə qazanc yerimiz heyvandarlıqdan və əkinçilikdəndir. Su olmadığından otlaq və örüş sahələrini əkə bilmirik. Çünki Ağstafa çayında su yoxdur, dövlətin vəsaiti ilə vurulan artezianlar isə sahibkarların örüş sahələrinə vurulur. Təsəvvür edin ki, Ağstafa çayının giriş yolunu satıblar. Kənd əhalisinin torpaqları isə susuz qalıb, bu səbəbdən də heç biri əkilməyib. Örüş sahələrimiz zəbt olunub. Sahibkar Bayramov Əlləz saxta sənəd təqdim edir ki, guya artezian quyusu onundur. Belə çıxır ki, dövlət 2 hektar otlaq sahəsi üçün 50-60 min manat vəsait xərcləyib, artezian quyusu qazıb? Əlləz Bayramovun sahəsi ilə artezian quyusunun arası 500 metrdir. Əgər ona artezian lazımdırsa, niyə öz torpağının yaxnlığında artezian qazdırmayıb?

Poylu kəndində 590 hektar örüş-otlaq sahəsi var. Bunların məqsədi örüş sahələrini əkilməyən, boş ərazi kimi qələmə verib, artezian quyuları yaxınlığındakı torpaqları satmaq və yaxud icarəyə verməkdir. Mal-heyvan susuz qalıb, kilometrlərlə yol gedirik ki, heyvanlar su işsin. Bir sözlə, bu artezianların kənd camaatı üçün heç bir faydası yoxdur. Son beş ildə otlaq sahələrində üçüncü artezian quyusu qazılıb, lakin ayrı-ayrı insanların şəxsi otlaqlarına xidmət edib”.

Poylu kənd sakini Elmar İsmayılov məsələ ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini bildirdi : “Maddi durumumuz çox pis vəziyyətdədir. Heyvanlarımızı otarıb, ailələrimizi saxlaya bilmirik. Bu barədə çoxsaylı müraciətlərimiz olub, lakin heç bir nəticəsi olmayıb. Rayon icra başçısının qəbuluna getməkdən dabanımız yara olub. Nə şikayətə baxan var, nə də camaatın qayğısını çəkən…Bir neçə gün öncə icra başçısnın qəbuluna düşmək istədik, lakin icra müavini Ramiz Tatarov qəbula buraxmadı, bizi qovdurdu”.
Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz.

Musavat.com

 

Mülkiyyət hüququnda inqilabi dəyişiklik - YENİ BİNALARDA MƏNZİL ALANLARA ŞAD XƏBƏR

1517900598_1444846473_yenisumqayit.az-8.jpg


 İqtisadçı-ekspert Əkrəm Həsənov Mülki Məcəlləyə edilmiş son dəyişiklikləri şərh edib.

 
Araz.az xəbər verir ki, ekspert məcəllədəki yenilikləri mülkiyyət hüququndakı inqilab kimi dəyərləndirib. O bildirib ki, Azərbaycanda mənzil mülkiyyətçilərinin hüququ bundan sonra tam təmin olunacaq: "Dünən Mülki Məcəlləyə böyük əhəmiyyətə malik olan dəyişikliklər dərc edildi. Tikintisi başa çatmayan binalar, yəni tikintisinə icazə alınmış, lakin istismarına icazə verilməmiş binalardakı mənzillərə və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququna dair. Məlum olduğu kimi bu sahədə 2 əsas problem mövcuddur. Birincisi, tikinti şirkətləri mənzilləri eyni zamanda bir neçə nəfərə satırdı, İkincisi isə tikinti şirkətləri mənzillərə görə ödənişi alır, amma tikintini başa çatdırmır, yaxud proses çox uzanırdı. Məcəlləyə edilən dəyişikliklər bu problemlərə son qoyacaq”.
 
 
 
 Əkrəm Həsənov qanundakı dəyişikliklərin aşağıdakı məsələlərə müsbət təsir edəcəyini sadalayıb:
 
1. Belə ki, əvvəla, tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq ("kupça”, yəni çıxarış veriləcək). Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq. Beləliklə də bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsə, onu başqası ilə əvəz etmək mümkün olacaq.
 
2. Tikinti şirkəti mənzil mülkiyyətçilərinin podratçısı (işçisi) hesab olunacaq. Yəni onun işi sırf binanı tikib, təhvil verməkdən ibarət olacaq. Özü də pulunu da qabaqcadan tam ala bilməyəcək, hissə-hissə almalıdır. Qanuna əsasən müqavilədə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər:
 
- torpaq-qazma işlərinin başlanılmasından sonra - müqavilə məbləğinin 30 faizi;
 
- tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra - müqavilə məbləğinin 10 faizi;
 
- dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 8 faizi;
 
- istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
 
- su xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
 
- elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;
 
- pəncərələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;
 
- daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 6 faizi;
 
- birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra - müqavilə məbləğinin 3 faizi;
 
- fasad işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;
 
- su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra - müqavilə məbləğinin 9 faizi;
 
- bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi.
 
Ekspert deyib ki, bundan sonra tikinti şirkəti sahibləri əhalidən pulu yığıb yoxa çıxa bilməyəcək: "Dəyişikliklər əsasən bu il iyulun 1-dən qüvvəyə minəcək. Beləliklə də Azərbaycanda nəhayət ki, bu problemlər həll olunacaq və insanlarımız əminliklə yeni binalarda mənzil ala biləcək. Eyni zamanda bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də yavaş-yavaş "vahid daşınmaz əmlak” institutu formalaşacaq. Yəni daşınmaz əmlak ilk növbədə torpaqdır, üstündəki isə onun tərkib hissəsidir". BakuPost

11 -dən səhifə 24

Əlaqəli xəbərlər