Xarici pasportların alınmasına və itirilməsinə görə olan rüsumlar artırılır

passport1Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği artırılır.

araz.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 30 manatdan 35 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 40 manatdan 60 manata qaldırılır.

Ümumvətəndaş pasportları beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 60 manatdan 75 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 80 manatdan 120 manata qaldırılır.

Ümumvətəndaş pasportları bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, 1 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 80 manatdan 115 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 120 manatdan 155 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 160 manatdan 210 manata qaldırılır.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılır.

Belə ki, ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə, rüsum 1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manatdan 40 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 18 səkkiz yaşına çatmış vətəndaşlar üçünsə 50 manatdan 75 manata qaldırılır.

Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən beş iş günü müddətində verildikdə, dövlət rüsumu 1 yaşınadək uşaqlar üçün 30 manatdan 40 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manatdan 70 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manatdan 100 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 90 manatdan 135 manata qaldırılır.

Ümumvətəndaş pasportları itirilmə və ya korlanması ilə əlaqədar yenidən bir iş günü müddətində verildikdə, rüsum bir yaşınadək uşaqlar üçün 50 manatdan 65 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manatdan 125 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manatdan 165 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 170 manatdan 220 manata qaldırılır

Eyni zamanda qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 11 manatdan 14 manata qaldırılır.

Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı rüsumlar tətbiq olunacaq:

- 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat (əvvəl bu məbləğ 4 manat nəzərdə tutulmuşdu)

- 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat (əvvəl bu məbləğ 20 manat nəzərdə tutulmuşdu)

- 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 manat (əvvəl bu məbləğ 25 manat nəzərdə tutulmuşdu).

Layihəyə əsasən, Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə tətbiq edilən rüsum 3 manatdan 5 manata qaldırılır.

Bundan başqa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum 10 manatdan 20 manata, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 6 manatdan 10 manata, Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında sənədlərin verilməsinə görə rüsum 6 manatdan 10 manata, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə “Qaçqın vəsiqəsi”nin və ya “Yol sənədi”nin verilməsinə görə rüsum 5 manatdan 10 manata qaldırılır.

Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.

Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.

 

araz.az xəbər portalı.

Sürücülük vəsiqəsinin verilməsi rüsumlar artırıldı

modern

Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar dəyişir.

araz.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.

Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.

Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu məbləğ 5 manat idi.

Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif edilir.

Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.

Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün 12 manat rüsum müəyyənləşir.

 

araz.az xəbər portalı.

Türk lirəsi rekord həddə ucuzlaşıb, bəs Bakıda Türkiyə məhsulları niyə ucuzlaşmır? - Ekspert

1634658276 ena fdd037c0e1d1bcdbe4c42470b oTürkiyənin milli valyutası olan lirə dəyər itirməkdə davam edir. Dünən səhər saatlarında 1 dollar rekord həddə - 9,1234 lirəyə çatıb. Bununla da tarixi rekord yenilənib. Təbii olaraq, bu da Azərbaycanda satılan Türkiyə məhsullarının qiymətini yenidən aktuallaşdırır. Müşahidələrə görə, Bakıda türk mallarının qiymətində heç də ucuzlaşma yoxdur. 


araz.az  bildirir ki, bunun səbəblərini iqtisadçı Natiq Cəfərli  açıqlayıb:


“Türk lirəsinin tarixi minimuma qədər ucuzlaşması son həftələrdə daha da sürətlənib. İndi lirə ən aşağı göstəricilərindədir. Məntiqlə yanaşdıqda  Türkiyədə ixrac olunan və Azərbaycana gətirilən məhsulların qiymətində  dəyişiklik olmalı idi. Təəssüf ki, biz bu dəyişiklikləri görə bilmirik. Bunun da iki izahı var- birincisi odur ki,  qiymətlərin idxala təsir etməsi üçün bir müddət keçməlidir. İş adamları deyir ki, bizim aldığımız və bu gün realizə olunan məhsullar məzənnənin yuxarısındadır, yəni türk lirəsinin daha baha olduğu dövlərdə alınıb. Ola bilər ki, bir müddətdən sonra qiymətlərin  dəyişməsinin şahidi olaq. Onların dediyi vəziyyətə görə qiymətlərin aşağı düşməmə səbəblərindən biri də xərclərin yuxarı qiymətlərinin kəskin artmasıdır ki, bu da Azərbaycandan qaynaqlanır.  Azərbaycandakı bir neçə karqo şirkətləri var ki, onlar bazara nəzarət edirlər. Karqo  şirkətləri tərəfindən ölkəyə mal gətirilərkən qiymətlər hər ay artırılır.  Bu da gətirilən malların maya dəyərinə təsir göstərir. 


Digər tərəfdən isə Azərbaycan ilə Türkiyə arasına bu xüsusda 15 yeni müqavilə imzalanıb, orada qeyd olunur ki, ikili vergi və gömrük rüsumlarından azad olunması ilə bağlı iddialar gerçəkləşməlidir. Hələ ki, o müqavilələr effektiv çalışmır. Müqavilələr normal çalışmağa başlasaydı, həm gömrük, həm də vergi rüsumu ilə bağlı müəyyən dəyişikliklər olmalı idi.  Yəni  ucuzlaşma və daha az ödəmələr olmalı idi, ancaq biz bunu da görmədik. Digər səbəb isə ondan ibarətdir ki, əsasən yüngül sənaye məhsullarına - pal-paltara aiddir ki, Türkiyədən gətirilən məhsulların həcminə, çəkisinə  görə gömrük rüsumlarını ödəmək təcrübəsi var idisə, indi istənilən məhsul tək-tək rəsmiləşdirilir, rüsuma tabe edilir. Bu, həm vaxt aparır, həm də əlavə xərc tələb edir. Belə olduqda iş adamlarının xərci artdıqca da onlar da mal və xidmətlərin qiymətini qaldırır. Bu kimi məsələlərə görə Türkiyədən gətirilən məhsulların qiyməti təəssüf ki, ucuzlaşmır”

 

araz.az xəbər portalı.

"Yeni tarif dəyişiklikləri yanacaq-enerji sektorunda aparılan islahatların tərkib hissəsi hesab edilə bilər"

aydin

“Uzun illərdir ki, təbii qaz, elektrik enerjisi, yaxud su satışı xidmətlərini göstərən dövlət kommersiya şirkətləri satdıqları mal, göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlərlə öz xərclərini təmin edə bilmirlər. Bunun əsas səbəblərindən biri istehsal və tədarük etdikləri malın maya dəyəri ilə satış tarifi arasındakı tərs mütanasiblikdir”.

araz.az  Modern.az-a istinadən xəbər verir ki, bunu Tarif Şurasının işıq və qazın qiymətində dəyişikliklər etməsinin iqtisadi əsaslarından danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, yeni tariflər dəyişiklikləri əsas etibarilə yanacaq-enerji sektorunda liberal bazar prinsiplərinin təmin edilməsi və müasir bazar qaydaları əsasında xidmətlərin səmərəliliyinin təşkili ilə bağlı aparılan islahatların tərkib hissəsi hesab edilə bilər:

“Azad bazar iqtisadiyyatının əsas tələblərindən biri mal və xidmətlərin satışı ilə məşğul olan təsərrüfat subyektlərinin liberallığıdır. Azərbaycanda dövlət kommersiya şirkətləri zərərlə işləyir. Məsələn, qaz tədarükçüsü olan SOCAR (“Azəriqaz” İb bu qurumun tabeliyindədir) təbii qazın maya dəyərinin daxili bazardakı satış qiymətlərindən aşağı olması səbəbindən zərərlə işləyir, yaxud topdansatış və pərakəndə satış əmsalları real xərc dəyərlərini ödəyə bilmir. Nəticədə zərəri örtmək üçün dövlədən dotasiya alır. Bu digər, dövlət şirkətlərində də xarakterik hallardan biridir. Məsələn, “Azərişıq” elektrik enerjisi üzrə mövcud tariflər əsasında işləyə bilmirdi. Bazar iqtisadiyyatı subsidiyalaşmanın azalmasını, minimallaşmasını tələb edir. Büdcə subsidiyası hesabına heç bir şirkət dayanıqlı fəaliyyət göstərə bilməz, özünün investisiya siyasətini yürüdə bilməz. Beləliklə, yanacaq-energetika sektorunda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və abonentlərin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq məqsədilə enerjinin tarif tənzimlənməsi qaçınılmaz idi. Ona görə də, bu quqrmların satdıqları mal  və xidmətlərin özünütənzimləmə prinsipləri əsasında nizamlanmasına ehtiyac var idi, Tarif Şurasının bu qərarı da məhz həmin siyasətə xidmət edir.
Yeni tarif siyasəti qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin fəaliyyətinin optimallaşdırılmasına imkan yaradacaq, onların liberal bazar oprinsipləri əsasında qarşılıqlı tənzimləmə siyasəti həyata keçirməsini stimullaşdıracaq. Beləliklə, dövlət yanacaq-enerji sektoruna büdcədən  il ərzində xərclədiyi 100 milyonlarla manat həcmində subsidiyanı büdcənin əsas xərc bölmələrindən biri olan sosial sahəyə istiqamətləndirəcək. Büdcənin sosialyönümlü tədbirlərinin maliyyələşdirmə əhatəsi genişlənəcək, bu vəsaitlər isə ilk növbədə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcəkdir. Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı əməkhaqlarının, sosial müavinət və təqaüdlərin, digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıması məhz bu baxımından büdcədənin artan imknaları hesabına sosial siyasətin gücləndirilməsinə xidmət edir. Büdcəmizdə sobsidiyaların azalması sayəsində yaranan maliyyə vəsaitləri, eyni zamanda, iqtisadi artım nəticəsində büdcənin gəlirlərinin yüksəlməsi sosial müdafiə sahəsinə daha böyükhəcmdə maliyyə ayrılmasına əlverişli təminat verir”.

İqtisadçı deputat düşünür ki, sosial müdafiə sahəsində yeni addımlar növbəti sosial paketin hazırlanması üçün fundamental dövlət sənədi hesab oluna bilər:

“Bu addım ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün aparılan sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir və bir daha təsdiləyir ki, ölkəmizdə yürüdülən sosial rifah strategiyası davamlı xarakter daşıyır.

Qeyd edək ki, ölkəmizdə pandemiyadan əvvəl güclü iqtisadi artım meyilləri və büdcənin artan imkanları nəticəsində 2019-cu ildə əhalinin 3 milyon nəfərini əhatıə edən 2 sosial paket qəbul olunmuşdu. Bu siyasət davamlı olduğundan növbəti illərdə də nəzərdə tutulmuşdu. COVİD-19 pandemiyası səbəbindən bu soisla tədbirlər yubandı. Hazırda isə real maliyyə imkanlarının artması hesabına həmin sosial siyasətin davam etdirilməsi üçün əsaslı zəmin yaranıb.

Beləliklə, dövlət başçısının yeni Sərəncamı beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Yəni, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Beləliklə, 2022-ci il yanvarın 1-dən ölkə üzrə 1 milyon 800 min nəfərədək vətəndaşın rifahının daha da yaxşılaşdırılmasını nəzərdə tutur, əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunması təmin ediləcək”.

 

araz.az xəbər portalı.

Rövnəq Abdullayev: "SOCAR Gürcüstanda biznes fəaliyyətinin inkişafı ilə yanaşı...

rovneqabdullayev1"SOCAR Gürcüstanda biznes fəaliyyətinin inkişafı ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu ölkədə yaşayan soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması məqsədilə də bir sıra layihələr həyata keçirir".

araz.az  xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, şirkətin təqaüdü əsasında minlərlə soydaşımız Gürcüstanın ali məktəblərində dövlət dilində təhsil alıb və bu proqram gürcüdilli azərbaycanlı kadrların yetişdirilməsində böyük rol oynayıb.

R.Abdullayev hazırda bu proqram çərçivəsində 1200-ə yaxın azərbaycanlı tələbənin ali təhsil aldığını qeyd edib.

O bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların sosial rifahının yüksəldilməsi ölkə rəhbərliyi tərəfindən SOCAR şirkəti qarşısında qoyulan əsas vəzifələrdən biridir.

“Gürcüstan hökuməti də azərbaycanlıların sıx yaşadığı bölgələrin inkişafına böyük diqqət ayırır, həmçinin SOCAR-ın layihələrini dəstəkləyir və reallaşdırılması üçün şərait yaradır", – deyə, R.Abdullayev vurğulayıb.

Qeyd edək ki, sentyabrın 18-də SOCAR-ın dəstəyi ilə Marneuli rayonunun İlmazlı kəndinə təbii qazın verilməsi mərasimi, Qızılhacılı kəndində inşa olunan idman kompleksinin və Laqodexi rayonunun Qabal kəndidə tikilən uşaq bağçasının açılışı olub.

Hər iki sosial obyekt şirkət tərəfindən Gürcüstan hökumətinə təmənnasız təqdim olunub.

 

 

araz.az xəbər portalı.

12 -dən səhifə 58

Əlaqəli xəbərlər