“Palmali”nin gəmi yalanı üzə çıxdı

agsu.jpg

“PAL SHIPPING TRADER THREE” şirkətinin mülkiyyətində olan “Ağsu” tankerinin Danimarkanın Kalundborq limanında müfəttişlər tərəfindən saxlanılması barədə xəbər Azərbaycan mətbuatında geniş yer alıb.

Araz.az-ın məlumatına görə, bundan sonra şirkət rəsmiləri bu xəbəri yayan “Dəniz Xəbər Agentliyi”ni yalan informasiya yaymaqda ittiham ediblər.

Hətta Azərbaycan mətbuatına açıqlama verən “Palmali” Şirkətlər Qrupunun rəsmiləri “Dəniz Xəbər Agentliyi”ni onlar barədə sifarişli xəbər yazmaqda və agentliyin səhmlərinin 50 faizinin azərbaycanlı iş adamına beş milyon dollara satıldığını iddia ediblər.

“Palmali”nin gəmisi Danimarkada 16 gün həbsdə qalıb

19 yanvarda “Dəniz Xəbər Agentliyi” “PAL SHIPPING TRADER THREE” şirkətinin mülkiyyətində olan “Ağsu” tankeri Danimarkanın Kalundborq limanında saxlanıldı” başlığı ilə yaydığı xəbərdə bildirirdi ki, 2008-ci il istehsalı olan “Ağsu” tankerində  danimarkalı müffətişlər tərəfindən Paris Memorandumu (Paris MoU) çərçivəsində yoxlamalar başlanıb və gəmi nəzarətə götürülüb. “Ağsu” tankerinin səfərə çıxmasına qadağa qoyulduğu və həbs qoyulması barəsində sənəd tərtib edildiyi vurğulanıb. 

Bu xəbərin Azərbaycan mediasında geniş yayılmasından sonra “Palmali Rostov” şirkətinin rəhbərliyi gəminin Rusiya bayrağı altında üzdüyünə görə qəsdən yoxlanıldığını bildirib.

Şirkətin bu açıqlamasından sonra “Dəniz Xəbər Agentliyi” Danimarkanın Kalundborq limanının müfəttişlərinə sorğu göndərib.

Sorğuda “Ağsu” tankerinin Rusiya bayrağı altında üzdüyünə görə həbs edilməsi məsələsinə aydınlıq gətirilməsi xahiş olunub.

“Statoil Kalundborq” limanından “Dəniz Xəbər Agentliyi”nin sorğusuna cavab məktubu göndərilib.

Məktubda deyilir:

“Ağsu” tankerinin Rusiya bayrağı altında üzdüyünə görə həbs edilməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır. Tanker aşkarlanmış texniki nasazlığa görə saxlanılıb. Gəmi heyəti tərəfindən bu nasazlıqlar gec aradan qaldırıldığına görə 16 gün müddətinə limandan çıxmasına icazə verilməyib”.

“Ağsu” tankeri üç ay əvvəl Latviyada da həbs olunubmuş

“Palmali” Şirkətlər Qrupuna aid “PAL SHIPPING TRADER THREE” şirkətinə məxsus “Ağsu” tankeri Paris Memorandumu (Paris MoU) çərçivəsində 28 oktyabr – 5 noyabr 2017-ci il tarixləri arasında Riqa limanında yoxlanılıb və gəminin səkkiz gün səfərə çıxmasına icazə verilmədiyi bəlli olub. 

Son bir ildə “Palmali” şirkətinə məxsus altı gəmi yeddi dəfə səfərdən məhrum edilib

“Dəniz Xəbər Agentliyi”nin araşdırmaları nəticəsində məlum olub ki, son bir ildə “Palmali” şirkətinə məxsus altı gəmi yeddi dəfə səfərdən məhrum edilib.

Paris Memorandumu (Paris MoU) çərçivəsində Avropa limanlarına səfər edən “Palmalı” Dənizçilik Şirkətinə məxsus beş gəmi yoxlamalar çərçivəsində altı dəfə həbs olunub.

Bundan başqa, “Palmali Voyager” adlı gəminin Ağdəniz Memorandumu çərçivəsində Misirə səfərinə icazə verilməyib. oxu.az

Azərbaycanda 10 təşkilatda 2,3 milyon manat mənimsənilib

_4626-.jpg

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə aparılan maliyyə nəzarəti tədbirlərinin nəticələri haqqında məlumatı açıqlayıb.

Araz.az bildirir ki, nazirlikdən verilən məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 14 rayon və şəhər icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların və şəhərlərin abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 1 şəhər ərazi nümayəndəliyinə, həmçinin 11 təhsil, 10 səhiyyə, 1 meliorasiya və su təsərrüfatı müəssisələrinə, 1 statistika müəssisəsinə, 1 mərkəzi icra hakimiyyəti orqanına, 2 diplomatik nümayəndəliyə, regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, 2 açıq səhmdar cəmiyyətdə suvarma layihələrinin icrası üzrə monitorinq aparılıb.

2017-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına aşkar olunan 7 mln. 367,9 min manat məbləğində artıq ödənişlərin 4 mln. 673,7 min manatının yoxlamaların gedişində, 81,8 min manatının isə cari ilin əvvəlində bərpası təmin edilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılan ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Hesabat dövründə ümumilikdə aşkar edilən yuxarıda qeyd edilən artıq ödənişlərin 10 təşkilat üzrə 2 mln. 331,8 min manat hissəsinə dair yoxlama materiallarında məniməsəmə əlamətləri müşahidə edildiyindən bu nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilib.

Aşkar edilən əsassız ödənişlərin 4 təşkilat üzrə 280,6 min manat hissəsinə dair yoxlama materialları isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib.

Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubları ilə Maliyyə Nazirliyinə göndərilən prokurorluq orqanlarının qərarlarına əsasən 8 təşkilatda prokurorluq orqanlarının qərarlarında qeyd olunan suallar yoxlanılıb, aşkar edilən 678,3 min manat məbləğində artıq və əsassız ödənişlərin 57,6 min manat hissəsi yoxlamaların gedişində bərpa edilib, yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

2017-ci il ərzində müxtəlif dövlət orqanlarına ünvanlanan və həmin orqanlar tərəfindən Maliyyə Nazirliyinə göndərilən, habelə birbaşa Maliyyə Nazirliyinə daxil olmuş və araşdırılması Dövlət Maliyyə Nəzarəti Xidmətinə həvalə edilən 260-dan çox vətəndaş müraciətləri ölkə başçısının tapşırıqlarına uyğun olaraq daha diqqətlə öyrənilərək araşdırılıb, müraciətlərdə qaldırılan məsələlərin xeyli hissəsi təsdiqini tapıb və vətəndaşların hüquqları bərpa edilib. Bu səpkili 20 müraciətin araşdırılması zamanı aşkar edilən nöqsanların ciddiliyi nəzərə alınaraq araşdırılmaların nəticələrinə dair tərtib edilən sənədlər həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib.

Aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 760 vəzifəli şəxsə ümumilikdə 639,0 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda aparılan yoxlamalarla aşağıdakı xarakterik nöqsanlar aşkar olunub:

- abadlıq və təmir işlərinin podratçı təşkilatlar tərəfindən dəyərinin əsassız olaraq artırıldığı və bu hesaba onlara artıq büdcə vəsaitinin ödənildiyi, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə zidd olaraq satınalma metodlarından istifadə etmədən malların, iş və xidmətlərin satın alınması hallarına yol verildiyi;

- bəzi rayon icra hakimiyyətlərində malların dəyərinin ödənilməsi üçün nəzərdə tutulan vəsaitlərin işçilərdən birinin plastik kartına köçürüldüyü və sonradan plastik kartdan nağd qaydada çıxarılaraq pərakəndə satış məntəqələrindən nağd ödənişlə malların alınmasının həyata keçirildiyi;

- əməkhaqlarının əsassız olaraq artırıldığı və əsassız olaraq artırılan hissəsinin baş mühasiblərin və onlara yaxın adamların plastik kartlarına köçürülərək israf edildiyi;

- ali və orta ixtisas təhsili müəssisələrində tələbələrdən təhsil haqqının yığılaraq vaxtında mədaxil edilmədiyi və borcların mühasibat uçotunda düzgün əks etdirilmədiyi, artıq kafedraların və fakultələrin saxlanıldığı, maddi-məsul şəxslərin öhdələrində material qiymətliləri üzrə xeyli məbləğdə çatışmazlıqlara yol verildiyi;

- xəstəxanalarda növbəti illər üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə vakant qalmış ştat vahidlərinin nəzərə alınmadığı və nəticədə bütün illərdə proqnozlaşdırılmış ştat vahidlərinin xeyli hissəsinin vakant qaldığı və bu hesaba ənəkhaqqı fondunda yaranmış böyük məbləğdə sərbəst vəsaitin işçilərə əlavə haqq kimi ödəndiyi;

- müvafiq qaydada müəyyən edilmiş normadan artıq ştat vahidlərinin saxlandığı, digər təşkilatlarda öz iş yerlərində işləyən və əmkhaqqı alan işçilərin eyni dövrdə xəstəxanalarda stasionar rejimdə müalicə olunduqlarının sənədləşdirildiyi və onlara əmək qabiliyyətini müvəqqəti itirməyə görə xəstəlik vərəqələrinin verildiyi;

- statistika idarələrində müvafiq qaydada müəyyən edilmiş normadan artıq ştat vahidlərinin saxlanıldığı, məzuniyyətdə olan sürücülərin adlarına əməkhaqlarının yazıldığı;

- mövcud qaydalara uyğun olaraq kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi zamanı bu işlərə məşğulluq xidmətlərində iş axtaran və işsiz kimi qeydə alınmış alı və orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisləri cəlb edilməli olduğu halda, peşə ixtisasları və işləyib-işləmədikləri barədə müvafiq araşdırmalar aparılmadan faktiki olaraq müxtəlif təşkilatlarda daimi işləyən işçilərin müvəqqəti işçi kimi bu işlərə cəlb edildiyi;

- ayrı-ayrı ümumtəhsil məktəblərinin özlərinin müstəqil binalarının olmadığı, həmin məktəblərin müxtəlif ünvanlarda dərslərin tədrisi üçün heç bir şəraiti olmayan, məktəb kimi fəaliyyət göstərməsi üçün yararsız və qəzalı vəziyyətdə olan tikililərdə və ayrı-ayrı darısqal otaqlarda yerləşməsinin sənədləşdirildiyi;

- şəbəkə üzrə təsdiq edilmiş sinif komplektlərinin sayına görə sinif otaqları olmadığı və maddi-texniki bazası imkan vermədiyi halda müvafiq qaydada müəyyən edilmiş normadan artıq sinif komplektlərinin və ştat vahidlərinin saxlanıldığı;

- dərslər əsas müəllimlər tərəfindən keçirildiyi və jurnallar onlar tərəfindən yazıldığı halda, dərs saatlarının əvəz edilməsinin digər müəllimlərin adlarına rəsmiləşdirildiyi;

- faktiki olaraq işə davamiyyəti olmayan işçilərə və işğaldan sonrakı dövrdə işə qəbul edilmiş və faktiki olaraq işləyən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əməkhaqqının ödənildiyi;

- alınması rəsmiləşdirilmiş maddi dəyərlilərin maddi-məsul şəxslərin hesabında uçota alınmadığı və onların yoxlama zamanı aparılmış inventarlaşma ilə faktiki mövcud olmadığı;

- musiqi məktəblərindən kənarlaşdırılmış uşaqlara tədris adı ilə, habelə ixtisas fənləri üzrə dərs saatları ilə üst-üstə düşən köməkçi fəndlər üzrə deyilməsi sənədləşdirilən dərs saatlarına görə müəllimlərə əmək haqqı hesablandığı;

- şəraiti olmayan otaqlarda musiqi dərslərinin deyilməsinin sənədləşdirildiyi;

- işdən kənarlaşdırılmış və ümumiyyətlə musiqi məktəbində işləməyən şəxslərin adlarına açılmış plastik kartlara əmək haqqı adı ilə əsassız olaraq böyük məbləğdə vəsait köçürüldüyü;

- rayon baytarlıq idarələrində zərərli iş şəraitində işləməyən işçilərə zərərli iş adı ilə əlavə haqq ödənildiyi, maddi-məsul şəxslərin öhdələrində dərman preparatları üzrə çatışmazlıqların olduğu, xırda və iri buynuzlu heyvanların saylarının artıq göstərilməsi hesabına vaksin preparatlarının artıq silindiyi.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən hesabat dövründə aparılan yoxlamalarla aşkar olunan nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib.(apa)

Hansı banklar biznes krediti verir: SİYAHI

build-quick-way-business-credit-tips.jpg

Bu il Azərbaycanda sahibkarların pula ehtiyacının ödənilməsi üçün büdcədən investisiya xərcləri artıb. 2018-ci il büdcə xərclərinin 78%-i investisiya yönümlüdür. Bəs, bu siyasətə dəstək verən banklar hansılardır?

Araz.az xəbər verir ki, artıq ilin birinci rübünün sonundan başlayaraq, bankların kredit məhsullarını aktivləşdirəcəyi də gözlənilir. Xüsusən də biznes kreditləri sektorunda canlanma və bankların iştirakı hökumətin də xüsusi diqqətində olacaq.

Azərbaycan banklarının verdiyi biznes kreditlərinin həcmini və şərtlərini araşdırdı. Nəticələr göstərdi ki, bir qism bank hələ də ümumiyyətlə kredit vermir. Əsasən dollar alıb-satmaqla gəlirlərini formalaşdıran bu banklar maraqlıdır ki, “exchance bazarı” işə düşəndən sonra neynəyəcəklər.
Biznes krediti verən bankların siyahısı və şərtlərini təqdim edirik:
 

Bank Məbləği(AZN) Müddət İllik faiz dərəcəsi Komissiya haqqı Ödəniş forması Təminat
Bank BTB 300 000 3 - 36 ay  16% 0.5% aylıq bərabər hissələrlə (annuitet) daşınmaz əmlak
VTB 100 000 - 300 000 60 ay 16%-dən
başlayaraq
annuitet daşınmaz əmlak
Expressbank 1 000 - 50 000  36 ay  22%-dən başlayaraq 2%  annuitet Zaminin iş yerindən arayış
Unibank 20 000 –7 000 000 36 ay 17%-dən
başlayaraq
annuitet daşınmaz əmlak
Xalqbank 100 000 -500 000USD 24 ay 23% 0.1% Bank tərəfindən verilən cədvəl üzrə daşınmaz əmlak
Bank of Baku 500-70000 3-36 ay 20-24% Fərdi yanaşma Bank tərəfindən verilən cədvəl üzrə daşınmaz əmlak
Rabitəbank 15-6 000000 36 ay 19% 1 annuitet daşınmaz əmlak
Nikoyl Bank 20 000 - 6 000 000 3-36 ay 20%-dən başlayaraq 0.4% annuitet Daşınar və daşınmaz əmlak
Məişət avadanlığı
Qızıl
Biznes avadanlığı
Zaminlik
AFB Bank 50 000-dən yuxarı 36 ay 20% - 25 % Fərdi yanaşma annuitet daşınmaz əmlak
Turanbank 500-1000000 3-36 ay 20-29% 1.5 Fərdi yanaşma daşınmaz əmlak
Bank respublika 500- 4 000000 24-36 ay 20% 1 annuitet daşınmaz əmlak
ASB Bank 2000 36 ay 27% 1 annuitet daşınmaz əmlak
AGB 300- 8 000 000  3-36 ay 12%-25% -

 
Atabank, Muğanbank ümumiyyətlə kredit vermir. Yapı Kredi Bank Azərbaycan isə yalnız istehlak krediti verir. Azərbaycan Sənaye Bankı və Azəri-Gaz Bank rəsmi internet saytında biznesə dəstək krediti üzrə bəzi şərtləri açıqlasalar da, banklara  zənglərimiz göstərdi ki, biznes krediti məhsulu aktiv deyil. Eləcə də “Bank Silkvey”,  Amrahbank da biznes krediti vermir.

Kapitalbank, Beynəlxalq Bank, NBC Bank, Bank Avrasiya “biznes kreditləri veririk”, desələr də şərtləri açıqlamırlar. Səbəb deyilənə görə, fərdi yanaşma sistemi ilə bağlıdır. FED.az
 
 

"TuranBank"a 36 aylıq əmanət yerləşdirənlərin nəzərinə: Pullarınız bata bilər

1516543790_untitled-1.jpg

"TuranBank" dollarla 36 aya müddətinə yerləşdirilən əmanətlərini sığortalamır.
 
araz.az-ın ölkə.az-a istinadən xəbər verir ki, xəzinə əmanət növündə 36 aylıq dollarla rəsmiləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən sığortalanmır. 
 
Belə ki, ADİF milli valyutada 15%, xarici valyutada isə 3%-lə banklara yerləşdirilən əmanətləri sığortalayır. Sözügedən bank isə ən azı 100 dollar olmaqla banka 36 ay müddətində yerləşdirilən əmanətin faizlərini hər rüb əldə edərsə 3,1%, 6 aydan bir 3,15%, ildə bir dəfə 3,2%, faizi müddət sonu əldə edərsə isə 3,25% -lə əmanət rəsmiləşdirilir. Bu isə ADİF tərəfindən sığortalanmayan əmanətlər sinfinə aiddir.
 
Bu barədə bank istehlakçılara ətraflı məlumat vermir. Bankın buna hazır cavabı da var: "Müştərilərin çoxunun bundan xəbəri".
 
Məlumat üçün deyək ki, sözügedən banka 3 illik dollarla əmanət yerləşdirsəniz, bankın bağlanacağı, və ya lisenziyasının ləğv olunacağı təqdirdə müştərilərin əmanətləri birmənalı olaraq geri qaytarılmayacaq. Yəni, banka dollarla 36 aylıq əmanət yerləşdirmək risklidir.
 
Xatırladaq ki, bankın faiz gəlirləri 4 milyon 036 min manat və ya 12% azalaraq 29 milyon 479 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 864 min manat və ya 61,9% azalaraq 4 milyon 160 min manat olub.
 
Sözügedən bankın aktivləri 50 milyon 906 min manat və ya 9,6% azalaraq 477 milyon 316 min manat olub. Öhdəlikləri isə 50 milyon 641 min manat və ya 10,7% azalaraq 418 milyon 346 min manata bərabər olub.

 

“İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanacaq

152.jpg

Azərbaycan prezidenti İlham Əliyev investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Araz.az-ın Oxu.Az-a əsasən məlumatına görə, Nazirlər Kabineti, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni “İnvestisiya fəaliyyəti haqqında” qanunun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.

Habelə qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, xüsusilə aşağıdakı məsələlər tənzimlənməlidir:

- investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri;

- investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu;

- investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası;

- mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla);

- investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası.

Qanun layihəsi Azərbaycan prezidentinə təqdim olunarkən, ona əlavə olunacaq normativ hüquqi aktın zərurətinin əsaslandırılmasında və məcburi hüquqi ekspertiza rəyində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.3.4-cü maddəsinə və həmin Konstitusiya qanununa əlavə edilmiş məcburi hüquqi ekspertiza rəyinin strukturuna uyğun olaraq ləğv edilməli, dəyişikliklər edilməli, habelə layihəsi hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı verilməlidir.

13 -dən səhifə 24

Əlaqəli xəbərlər