Tikinti şirkətinin vergi maxinasiyası – “Sahil-S İnşaat” vergidən necə yayınır?

z 40 660x330

Yeni Günəşli qəsəbəsində yaşayış binası tikən “Sahil-S İnşaat” MTK-nın rəhbəri Allahverdiyev Taley Şamil oğlunun vergidən yayındığı üzə çıxıb. 


araz.az bildirir ki , bu barədə Qaynainfo-ya həmin binadan mənzil alan sakinlər bildirib. Onların sözlərinə görə, şirkət mənzillərin əksəriyyətini artıq satıb. Sakinlər bildirir ki, hazırda mənzillərin təxminən 97 faizinin sahibi var:
“Lakin Taley Allahverdiyev mənzillərin çoxunun satılmadığını deməklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini aldadır və vergidən yayınır. Payçıları aldatmağı azmış, dövlətə də kələk gəlmək istəyən şirkət rəhbərinin bu əməlinin ciddi şəkildə təftiş olunmasına zərurət var. Dövlət Vergi Xidməti “Sahil-S İnşaat” MTK-nın fəaliyyətini araşdıracağı təqdirdə şirkətin vergidən necə yayındığı aşkar olunacaq. Təbii ki, bunun da cərimə sanksiyası az deyil”.
Şikayətçilərin sözlərinə görə, MTK onlarla imzaladığı müqaviləni qanunsuzluq edərək pozur, xitam verir, yeni müqavilə tərtib edir və mənzillərin qiymətini qaldırır. Bununla razılaşmayanlar isə şirkət tərəfindən məhkəmə ilə hədələnir və evinin əlindən alınacağı bildirilir: 
“Paralel olaraq isə vergi fırıldağına yol verilir. Ona görə də bu şirkətin işi hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə gəlməlidir. Əgər vergidən yayınma faktı aşkarlanarsa, Taley Allahverdiyev barəsində cinayəti işi başlana bilər. Mənzillərin 97 faizi satıldığı halda şirkət rəhbəri qırmızı yalanlar danışa bilir. Bu minvalla vergidən yayındırdığı vəsait mənimsənilir. Halbuki binanın sonuncu mərtəbəsinin tikintisi yarımçıq qalıb. Şirkət ən azı tikintini yekunlaşdıra bilərdi. Amma nə bizə hesabat verilir, nə tikintinin dayanmasının səbəbi izah olunur, nə də normal söhbət aparılır. Bəs bu işi təhvil verə bilməyəcəkdilərsə, yüzlərlə ailənin niyə hissləri ilə oynanılıb və verdikləri pullar hara gedib? Şirkət bir neçə il qabaq telekanallarda və internet mediasında özünü reklam edir, vətəndaşları bu binadan mənzil almağa çağırırdı. Bu da nəticəsi…”
Sakinlər Baş Prokuror Kamran Əliyevə də müraciət ediblər. Bir kvadrat metrini 900 manatdan alan sakinlərə deyilir ki, müqaviləyə xitam verilir, yenisi imzalanır və kvadratı 1050 manatdan hesablanır. Onlar üzləşdiyi problemlə bağlı Baş Prokurorluqdan xahiş edir ki, təcili şəkildə araşdırma aparılsın və “Sahil – S İnşaat” MTK-nin bu fəaliyyəti təftiş olunsun: 
“Cənab Baş Prokuror, biz alnımızın təri, zəhməti ilə pul yığıb ev-eşik sahibi olmaq istəmişik. Bu şirkətlə müqavilə bağlayıb ev sahibi olanda sevinmişdik ki, nəhayət, kirayələrdən canımız qurtarır. Amma çox çəkmədi ki, sevincimizi ürəyimizdə qoydular. Bir müddət sonra şirkət tikintini dayandırdı, sonuncu mərtəbəni indiyə qədər inşa edib təhvil verməyiblər. Biz dəfələrlə müraciət etdik, tikintinin davam etdirilməsini tələb elədik, amma maliyyə problemi ilə əlaqələndirib iş görmədilər. İndisə yeni problemlə üzləşmişik, şirkət nəinki tikinti aparmır, mənzilləri təhvil vermir, üstəlik, müqavilələrə xitam verir, yeni qiymətlər irəli sürür. Bununla kim razı olmursa, məhkəməyə verilir və mənzilinin əlindən alınacağı ilə təhdid olunur. Bu nə özbaşınalıqdır?”.

 

araz.az xəbər portalı.

Azərbaycanın hansı rayonunda alınan krediti qaytarmırlar? – Problemli kreditlərlə bağlı VACİB AÇIQLAMA

kredit bank kollaj
 
"Ölkə üzrə ən çox problemli kredit Gədəbəy rayonundadır – ümumi kredit portfelinin 14,4%-i problemlidir".
 
araz.az Sfera.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert Bakı şəhəri üzrə bu göstəricinin 6,4% təşkil etdiyini deyib:
"Ölkədə problemli kreditlərin həcmi sürətlə artır, son 1 ayda artım 2,5% olub, indi ümumi kredit portfelinin 6,1%-i problemli kreditlər təşkil edir - dünyada kritik hədd 3% sayılır, bizdə bu həddi artıq 2 dəfədən çox keçilib.

Vətəndaşlar biznes üçün götürdüyü krediti qaytarmaqda çətinlik çəkir, çünki son 1,5 il pandemiya dövründə hökumət kreditlərlə bağlı ciddi heç bir dəstək proqramı qəbul etmədi. İşsizlik və nominal gəlirlərin azalması, kiçik-orta biznesin zəifləməsi, yüksək faizlər problemli kreditlərin artmasının əsas səbəbləridir".

N.Cəfərli problemli kreditlərin Naxçıvan Muxtar Respublikasında daha az olduğuna diqqət çəib:
"Maraqlı bir məqam da var ki, ölkə üzrə ən az problemli kredit Naxçıvandadır - Sədərək rayonuda 1%, Şərurda isə 0,8%.".


Əzizə ZEYNAL

Ünvanlı dövlət sosial yardımın məbləği ARTDI

aefasdjpg 1630565833

2021-ci ilin avqust ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği artaraq 233,4 manatdan 262,5 manata çatıb.

araz.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Qurumdan qeyd edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% artım deməkdir.

 

araz.az xəbər portalı.

GDU 2 ədəd “bisetka”, talvar və tualet üçün 90 min manat xərcləyəcək – ŞÜBHƏLİ TENDER

gence dovlet universiteti

Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “TIPI” MMC olub.
“TIPI” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında 2 ədəd istirahət köşkünün, avtonəqliyyat vasitələri üçün talvarın və sanitar qovşağının tikintisi işlərini görəcək və bunların qarşılığında 90 min 300 manat alacaq.
Qeyd edək ki, tender müsabiqəsi 08.07.2021-ci il tarixində elan olunub. Müsabiqənin qalibi olan MMC isə tender müsabiqəsindən cəmi 3 ay əvvəl – 28.04.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 30 manat olan “TIPI” MMC–nin hüquqi ünvanı Nəsimi rayonu, Dilarə Əliyeva, ev 225, m 54-də yerləşir. MMC-nin qanuni təmsliçisi Eyvazov Alim Gülağa oğludur.

Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, bu ilin aprel ayında Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “TIPI” MMC ilə eyni hüquqi ünvanda – Nəsimi rayonu, Dilarə Əliyeva, ev 225, m 54-də yerləşən “Viper” MMC olub.

“Viper” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında abadlaşdırma işləri görəcək və bunun qarşılığında 49 min 95 manat 1 qəpik alacaq.

Maraqlıdır ki, kotirovka sorğusu 12.04.2021-ci il tarixində elan olunub. Elanda bildirilib ki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 12.04.2021-ci il saat 16:00-dan – 16.04.2021-ci il saat 12:00-dək qəbul olunur.
Qalib şirkət “Viper” MMC sənəd qəbulu başa çatdıqdan 7 gün sonra – 24.04.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 30 manat olan “Viper” MMC–nin hüquqi ünvanı Nəsimi rayonu, Dilarə Əliyeva, ev 225, m 54-də yerləşir. MMC-nin qanuni təmsliçisi Həşimova Ayşən Əlizal qızıdır.

 

araz.az xəbər portalı.




“WhatsApp” istifadəçiləri diqqətli olsun – Zərərverici virus aşkarlandı

tia 4de6416cafa9c7f8c2836f6f38348cea kl7qfza852mc6g431ntr 600x336
 
“Kaspersky” şirkəti məşhur “WhatsApp” messenceri üçün əlavələrin birində “Triada troyanı” aşkarlayıb.
araz.az TİA.AZ-a istinadən xəbər verir ki, şirkətin mütəxəssisləri “WhatsApp” messenceri üçün “FMWhatsapp16.80.0” əlavəsində “Triada troyanı” aşkarlayıblar.
Bu troyan digər zərərli modulları yükləyə və işə sala, reklam göstərə və ödənişli abunəlikləri təsdiqləyə bilir.
Əksər “WhatsApp” istifadəçisi onun imkanlarını genişləndirmək istəyir. Daha rahat versiya axtarışı zamanı yeni imkanlar (məsələn, dinamik şablonlar seçmək və ya silinmiş mesajları oxumaq) təqdim edən əlavələr yükləyirlər.
Onların tərkibində tətbiqdə adətən müxtəlif cür bannerlər kimi meydana çıxan reklamlar olur.
Belə olan halda, təcavüzkarlar proqram tərtibatçılarına reklam modulları adı altında zərərli proqramlar verərək bu reklamlardan bir boşluq kimi istifadə edirlər.
2021-ci il ərzində “Kaspersky” həlləri “WhatsApp”la bağlı 33 min hücum, o cümlədən messencerin öz adından istifadə edən və ya əlavə və yeniləmə şəklində olan hücumlar qeydə alıblar.
“Haqqında danışdığımız əlavə istifadəçilər üçün zərərsiz görünür, axı o, doğrudan da nə qeyd olunubsa, onu da edir – əlavə funksiyalar təmin edir.
Amma onun tərkibində təkcə reklam modulları yox, həm də troyan proqramları da quraşdırılıb.
Buna görə də, tətbiqləri yalnız rəsmi mağazalardan yükləməyi tövsiyə edirik. Onların funksionallığı bir az kasad ola bilər, əsas odur ki, özlərilə cihaza çox sayda zərərli fayllar gətirmirlər”, – deyə “Kaspersky”nin təhlükəsizlik üzrə mütəxəssisi İqor Qolovin bildirib.
Xatırladaq ki, troyan proqramlar hazırda dünyada ən geniş yayılmış virus proqramlarıdır.
 
araz.az xəbər portalı.

14 -dən səhifə 58

Əlaqəli xəbərlər