İki dövlət qurumunda yoxlama aparıldı - Materiallar parlamentə göndərildi

hesablama_palatasi_2.jpg

Bu gündən Azərbaycanda işsizlikdən sığortanın tətbiqinə başlanıb. 
 
Araz.az fed.az-a istinadən xəbər verir ki, 2018-ci ildən başlayaraq işsiz vətəndaşlara işsizlikdən sığorta ödənişi veriləcək. 
 
Bununla əlaqədar olaraq Nazirlər Kabineti artıq bütün normativ aktlardan «işsizlik müavinəti» anlayışını çıxarıb. 
 
İşsizlikdən sığorta ilə bağlı yeni qaydalara görə, işsizlikdən sığorta ödənişini o şəxslər alacaqlar ki, onların çalışdığı təşkilat və ya şirkət ləğv edilsin, və ya həmin şəxs ixtisar nəticəsində işdən çıxarılsın. Həmini şəxslər "Məşğulluq haqqında” Qanunla müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmalıdırlar ki, işsizlikdən sığorta ödənişi ala bilsinlər. Başqa sözlə, öz ərizəsi ilə işdən çıxanlara işsizlikdən sığorta ödənilməyəcək. 
 
İsşsizlikdən sığorta ödənişi necə hesablanır?
 
Yeni qaydalara görə, isizlikdən sığorta ödənişinin məbləği işçinin maaşından və sığorta stajından asılıdır. İşçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda, o orta maaşının 50 faizi; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 faizi; sığorta stajı 10 ildən yuxarı olduqda isə 60 faizi həcmində sığorta ödənişi alacaqlar.
 
Amma bu ödəniş daimi olmayacaq. İşsizlər yuxarıda göstərilən məbləğləri bir neçə ay alacaqlar, sonra onların məbləği azalacaq. Yəni işini itirən şəxs ilk 2 ay ərzində məbləğin 100 faizini alacaq. 3–4-cü ayları üçün həmin məbləğin 80 faizi, 5–6-cı aylar üçün isə 70 faizi veriləcək.
 
Daha aydın olması üçün bunu misalla izah edək. Orta aylıq maaşı 1000 manat olan şəxs işsiz statusu alarkən onun üçün işsizliyə görə sığorta ödənişi 600 manat (iş stajı 10 ildən çox olanda), 550 manat (5-10 il olanda), 500 manat (3-5 il olanda) təşkil edəcək. Amma həmin şəxs bu pulu yalnız iki ay alacaq. Sonrakı aylarda ödənişin məbləği ilkin məbləğin 80% (3-4-cü aylarda) və 70% (5-6-cı aylarda) təşkil edəcək.
 
3 ildən az stajı olanlara işsizlik sığortası verilməyəcək
 
Yeni qaydalardan da göründüyü kimi işsizlikdən sığorta ödənişi almaq üçün minimum 3 il əmək stajına malik olmaq lazımdır. Əvvəlki qaydalarda isə belə tələb yox idi və işsizlik müavinətini almaq üçün istənilən işsiz müraciət edə bilərdi.
 
Bəs indiyə qədər müavinət alanların axırı necə olacaq?
 
Yeni sistemin tətbiqi ilə işsizliyə görə müavinət ləğv edilib. Sual doğuran məsələ indiyə qədər işsizlik müavinəti alanların ödənişlərinin bu gündən necə hesablanacağıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq Xidmətindən Fed.az-a bildirilib ki, indiyədək işsizlik müavinəti alanlar buna davm edəcəklər: "Hətta ötən ilin sonunda işsizlik müavinəti təyin edilən şəxslər ödənişlərini köhnə qaydada alacaqlar. Mavinətin müddəti bitdikdən sonra – yəni 6 ayın tamamında vətəndaş sığorta ödənişi üçün yenilən müraciət edə bilər. Amma bu zaman ödəniş yeni sistemə uyğun hesablanacaq”. Yeni sistem də onu deyir ki, ikinci müddətə işsizlikdən sığorta ödənişi cəmi 3 ay ödəniləcək və onun məbləği minimum aylıq əmək haqqı qədər olacaq, yəni 130 manat.

Banklar bağlanır: Borclar da “bağlanır”?

bank.jpg

Araz.az reportyor.az-a əsasən xəbər verir ki. lisenziyası ləğv olunan banklara borcu olan vətəndaşlar müəmma içindədir. Belə ki, borclu vətəndaşlar fəaliyyətini dayandıran banklara ödənişi necə etmək haqqında qərar verə bilmirlər. Fikir ayrılığına səbəb olan əsas məsələ həmin borcların hansı şərtlərlə ödənilməsidir. Borclular bankın bağlanmasını bir növ "sevinc”lə qarşılayırlar. Onlar hesab edir ki, bank bağlandığı üçün onlardan borcu geri tələb edən də olmayacaq.
 
Məlumdur ki, bank müflis olduğu halda ləğvetmə prosesində bütün öhdəlikləri ləğvediciyə (Əmanətlərin Sığortalanması Fondu-müəl.) keçir. Ancaq bank haqqında qanunda müəyyən boşluqlar mövcuddur. Belə ki, müflis olan bank bütün öhdəliklərindən azad olur, borclular isə öhdəliklərini tamamlamaq məcburiyyətindədir. Qeyd edək ki, ləğv olunan bank, hətta zamanında cəlb etdiyi sığortalı və sığortasız əmanətlərin qaytarılmasında da məsuliyyət daşımır. Sığortalı əmanətlərin qaytarılması birbaşa olaraq ləğvedicinin öhdəliyinə düşür. Məlumat üçün bildirək ki, bu günə qədər ləğv olunan bütün banklarda sığortalanmayan əmanətlər geri qaytarılmayıb. Sığortalanan əmanətlər isə hissə-hissə qaytarılsa da, proses tam başa çatmayıb. Yalnız 2015-ci ildə lisenziyası alınan bir bankda ləğvetmə prosesi tam başa çatıb. Həmin bankın ləğvedicisi sığortalanmayan əmanətləri qaytarmayıb. Bu baxımdan ekspertlər hesab edir ki, bankın lisenziyası ləğv olunduğu halda borcluların öhdəlikləri də banka uyğun olaraq üzərindən götürülməlidir. Ancaq hələ ki, bununla bağlı heç bir mexanizm yoxdur. Buna görə də məhkəmə və digər aidiyyəti qurumların hesabına ləğvedici borclu vətəndaşların ödənişini təmin edir.
 
Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, bankın bağlanması ilə ona borclu olanların vəziyyəti dəyişmir: "Yəni, onlar əvvəlki kimi borclarını qaytarmalıdırlar. Hətta faizlərin hesablanması da dayanmır. Təbii ki, hər bir borclu yalnız imkanı daxilində borcunu ödəməlidir. Amma ödəmə imkanı olduğu halda bank bağlandı deyə bilə-bilə borcunu ödəməmək qanunsuzluqdur. Çünki bankda əmanəti olan şirkətlər, fiziki və hüquqi şəxslər var ki, onların bank hesabında pulları qalıb. Onların pulu bankın qaytarılan kreditləri hesabına ödənilir. Yəni, bankın ləğv prosesi əsnasında o kreditləri bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) yığacaq.
 
Bankın lisenziyasının alınması, onun hələ ləğv edilməsi demək deyil. Ləğvetmə prosesi əsnasında həmin kreditlər banka ödəniləcək. Amma ƏSF həmin krediti başqa banka ötürə bilər. Bu zaman tutaq ki, ləğvetmə prosesində olan "Dəmir Bank”la "Beynəlxalq Bank” arasında saziş bağlanır və birinci bank kreditlərin bir hissəsini, yaxud hamısını ikinci banka verir. Bunun əvəzində "Beynəlxalq Bank” "Dəmir Banka” pul verir. Əmanətlərin Sığortalanması Fondu borclulara bu haqda məlumat verməlidir ki, bundan sonra borclarını "Beynəlxalq Bank”a ödəsinlər. Amma əgər bu proses olmayıbsa, kredit götürənlər borclarını əvvəlki qaydada "Dəmir Bank” a ödəyir”.
 
Borclu vətəndaşın lisenziyası ləğv olunan banka borcu ödənməlidir. Amma sığortalanmayan əmanətlər var ki, ləğvetmə prosesində olan bankdan geri qaytarılmır. Burada vətəndaşın hüququ pozulmurmu?
 
Hüquqşünas burada vətəndaşın hüququnun pozulduğunu deyib: "Azərbaycan qanunvericiliyi bu sarıdan ədalətsizdir. Bank müflis elan olunur, ƏSF sığortalanmış əmanətləri qaytarır, sonra bura xərclədiyi pulu ilk növbədə bankın əmlakından götürür, sonda da sığortalanmayan əmanətlərə heç nə qalmır. Bunu ədalətsiz hesab edirəm. Bu, qanunda olan problemdir. Əslində, belə çıxır ki, bankda olan sığortalanan əmanətlər elə sığortalanmayan əmanətçilərin hesabına sığortalanıb. Əlbəttə, bu, düzgün deyil. Yaxın vaxtlarda ölkə başçısına, Milli Məclisə, eləcə də Nazirlər Kabinetinə bununla bağlı qanun layihəsi təqdim edəcəm. Həmin layihəyə əsasən sığortalanmış əmanətlər qaytarılandan sonra, birinci növbədə vətəndaşların sığortalanmayan əmanətləri qaytarılmalıdır. Ümid edirəm ki, dövlət orqanları mənim təqdim etdiyim layihəyə diqqətlə yanaşarlar, bu layihənin ədalətli olduğunu qəbul edərlər. Belə olarsa, vətəndaşların vəziyyəti asanlaşacaq”.
 
Əkrəm Həsənov onu da əlavə edib ki, nə Maliyyə Bazarlarına Nəzarət Palatası, nə də Əmanətlərin Sığortalanması Fondu indiyə qədər ləğvetmə prosesində olan "Dəmir Bank”ın kredit portfeli və digər maliyyə göstəriciləri haqqında açıqlama verməyib: "Bu da həm Palatanın, həm də Fondun qeyri-şəffaf fəaliyyətindən xəbər verir. Bu isə orada korrupsiyaya yol açır. Biz nə bilək ki, orada pərdəarxası hansı oyunlar gedir? Bəlkə kiminsə banka 1 milyon borcu var və ona deyirlər ki, bu məbləğin 500 minini ödə, 100 minini də bizə rüşvət ver, əvəzində biz də sənə 400 min borcu bağışlayırıq. Təbii ki, sabah rəqəmləri elan edəndə həmin 1 milyonu göstərməyəcəklər. Ona görə də inkişaf etmiş ölkələrdə qəbul olunmuş beynəlxalq praktikadan yararlanmaq lazımdır. Belə ki, bank müflis olunan kimi avtomatik olaraq onun bütün maliyyə göstəriciləri açıqlanır. Burada bankın verdiyi kreditin həcmi, kimə verdiyi və nə qədər əmanətin olması barədə məlumatlar öz əksini tapır. Azərbaycanda isə bunu etmirlər. Hələ bir neçə ay keçəcək, bütün pərdəarxası oyunlarını tam bitirəndən sonra çıxıb öz istədikləri məlumatları açıqlayacaqlar. Belə məlumatlar isə etimad doğurmur. Başa düşmürlər ki, bununla bank sisteminə olan inamı tam sarsıdırlar”.

Qarşımızda yeni məcburiyyət və gəl də bundan baş çıxar

408019820.jpg

Hər kəs başını sallayaraq işini görüb və dövlətin haqqını ödəyərkən bu anlaşılmaz qərarlar nəyə lazımdır?

Araz.az supitnik.az-a istinadən xəbər verir ki, "Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və vergi uçotuna sadələşdirilmiş verginin ödəyicisi kimi alınan şəxs verginin məbləğini hesabat rübü ərzində təqdim edilmiş mallara (işlərə xidmətlərə) və əmlaka görə əldə edilmiş hasilatın, habelə satışdankənar gəlirlərin həcminə Bakı şəhərində 4 faiz, digər regionlarda isə 2 faiz tətbiq etməklə hesablayır. Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri müvafiq olaraq 6% və 8% tətbiq etməklə vergini hesablayır.

Hesablanmış verginin məbləği hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq "Sadələşdirilmiş vergi bəyannaməsi" ilə bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir. Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs sahibkarlıq fəaliyyəti üzrə ƏDV və gəlir vergisindən, hüquqi şəxs isə ƏDV-dən və mənfəət vergisindən azaddır" – Vergilər Nazirliyi, "Sadələşdirilmiş vergi ödəyicilərinin vergi öhdəlikləri" bölümü.

Deməli, dövlət VÖEN əsasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin işini qəlizə salmaq deyil, daha da asanlaşdırmaq yolunu seçib ki, həmin şəxslər ordan-burdan qazandıqları gəlirin müəyyən hissəsini (4 faizi vergi, 23.4 manat DSMF) adam balası kimi gətirib dövlətin hesabına ödəsinlər.

İnsafən, VÖEN əsasında fəaliyyət göstərib də, dövlətin qanuni haqqını ödəməkdən boyun qaçıran kimsə qarşıma çıxmayıb. Buna cəhd edilməsi də mümkün deyil, çünki bizim müvafiq strukturlardan icazəsiz buralarda quş uça, qağayı qığıldaya bilməz. Eləysə, niyə?

Niyə adını "Sadələşdirilmiş" qoyduğumuz bu zadı günü-gündən qəlizləşdiririk? Hər kəs başını sallayıb işini gördüyü və gətirib həmin 4 faiz+23.4-ünü ödədiyi halda, həftə səkkiz-mən doqquz çıxarılan bu qədər anlaşılmaz qərarlar niyə?

Məsələn, günün günorta çağı, hələ camaat "qeyri-nağd" anlayışını doğru-düzgün qavramamış, məcburi şəkildə nağdsız ticarətə keçildi. Bankomatın nə olduğu, bank hesabı və plastik kartla necə davranılmalı olduğu sualları əhalinin xeyli hissəsinin qafasını məşğul edərkən, durduğumuz yerdə 4-müz də 6 oldu (əlavə 1 faiz vergi, 1 faiz bank haqqı).

Hələ bank sisteminin özünün buna hazır olmaması, indiyədək xeyli sayda vətəndaşın bank hesabları və plastik kartlarla bağlı problemlər yaşaması da kimsəyə sirr deyil. O zaman niyə? Üstəlik, 2018-ci il yanvarın 1-dən tətbiqinə başladığımız (hələlik son) yenilik niyə?

Belə ki, dekabrın sonlarında vətəndaşlara Vergilər Nazirliyindən SMS gəlib. "01.01.2018-ci ildən etibarən fərdi sahibkarlara mal, iş və xidmət təqdim edərkən e-qaimə-faktura verilməlidir" – məzmunlu.

Deyil dükanda satıcı işləyən Gülsənəm, heç iri şirkətin baş mühasibi olan Mikayıl da baş aça bilmir ki, nə baş verir və niyə baş verir. Azacıq nəsə dərk edənlərin izahı odur ki, bundan sonra hər bir VÖEN sahibi (yəni SADƏLƏŞDİRİLMİŞ vergi ödəyicisi) hər ayın sonunda öz müdirinə elektron şəkildə qaimə-faktura göndərməlidir ki, "sənin üçün filan xidmətləri həyata keçirmişəm, sən də filan qədər xidmət haqqı ödəməlisən".

Kafedə qabyuyan işləyən 60 yaşlı Sənəm xalaya qədər hər kəsin məcburi qaydada müqavilə əsasında fəaliyyətə (SADƏLƏŞDİRİLMİŞ vergi ödəyicisi kimi) cəlb olunduğunu nəzərə alsaq, bir neçə milyon vətəndaşın neçə faizinin "e-qaimə-faktura" adlandırdığımız nəsnədən başı çıxır? Və ya neçə faizinin, bunu anlamayıb vergi cinayətinə cəlb olunmamaq üçün özünə xüsusi bir mühasib tutmağa imkanı çatır? Ya da ölkədə o qədər mühasib varmı?

Bu, hələ SADƏLƏŞDİRİLMİŞimizdirsə, əsl QƏLİZLƏŞDİRİLMİŞimizdən qorxmalıyıq…

Read more: https://sputnik.az/life/20180108/413495995/qarshimizda-yeni-mecburiyyet.html

Cəza çəkməkdən azad edilmiş şəxslərə 2,4 mln. manat ödənilib

img1606629.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən il penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 5 214 nəfər şəxsə 2 419 296 manat birdəfəlik müavinət ödənilib.

Araz.az-ın xəbərinə görə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərdə müvafiq qanunvericiliyə uyğun olaraq, bu təbəqədən olan şəxslərə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət verilir. Azərbaycan prezidentinin 25 dekabr 2017-ci il tarixli sərəncamına əsasən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilməsi ilə əlaqədar həmin birdəfəlik müavinətin məbləği də 12,06% artırılaraq 520 manata çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə peşə hazırlığının təşkili işləri 2017-ci ildə də davam etdirilib. Ötən il ölkədə 10-dan çox penitensiar müəssisənin peşə tədrisi bazalarında əmək bazarının tələblərinə uyğun peşələr üzrə ümumilikdə 14 peşə hazırlığı kursu təşkil olunub. Həmin kurslara qeyd olunan müəssisələrdə cəza çəkmə müddəti başa çatmaqda olan 200 nəfər şəxs cəlb olunub. Peşə hazırlığı kurslarında müvafiq şəxslərə öz seçimlərinə uyğun olaraq avtomobillərin təmiri üzrə çilingər, elektrik-qaz qaynaqçısı, kompüter texnikasının təmiri, inşaat rəngsazı, dülgər-xarrat və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilib. Kursları bitirdikdən sonra həmin şəxslərə peşə şəhadətnamələri verilib.

Ümumilikdə qeyd olunan Tədbirlər Planının icrası işlərinin davamı olaraq, təkcə son beş ildə, yəni 2013-2017-ci illər ərzində penitensiar müəssisələrdə məhkumluq müddəti bitməkdə olanlardan 780 nəfər şəxs peşə hazırlığına cəlb olunub.

Bu kursların təşkilində məqsəd penitensiar müəssisələrdən buraxıldıqdan sonra həmin şəxslərin yeni yiyələndikləri peşələr hesabına əmək bazarına çıxış və məşğulluq imkanlarına şərait yaradılmasıdır. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən digər vətəndaşlarla bərabər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin də kvota üzrə ayrılmış iş yerlərində məşğulluğu təmin olunur.

AG Bankın bağlanacağı iddialarına cavab verildi -AÇIQLAMA

AGBANK-2.jpg

AGBank hal-hazırda əvvəlki qaydada fəaliyyətini davam etdirir.AGBank-ın bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas da yoxdur.

FED.az xəbər verir ki, bankdan daxil olmuş məlumata görə, sadəcə olaraq maliyyə bazarında mövcüd riskləri nəzərə alaraq bank daha ehtiyatlı kredit siyasəti həyata keçirir. Bildiyiniz kimi, AGBank 25 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərir və ən etibarlı banklar sırasındadır. Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 65 bankomatla müştərilərimizin xidmətindəyik”

15 -dən səhifə 24

Əlaqəli xəbərlər