Bakı İrəvandan bunu tələb edəcək

Screenshot 1 50görüş

Moskvada imzalanmış 11 yanvar Bəyanatı 10 noyabr 2020-ci il tarixli Bəyanatın əhatə dairəsini genişləndirir. Qarabağın siyasi məsələləri Azərbaycanın tamamilə daxili işidir və bu səbəbdən beynəlxalq müqavilələrlə tənzimlənməməlidir.

araz.az  xəbər verir ki, bunu Axar.az-a açıqlamasında rusiyalı politoloq, hərbi ekspert Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Qarabağ münaqişəsinin artıq tarix olduğunu söylədiyini xatırlasaq, Moskvadakı görüşdə söhbətin hərbi-siyasi deyil, iqtisadi məsələlərlə bağlı olacağı gözlənilən idi:

“Bu, Frederix Engelsin varlığın şüuru təyin etdiyi tezisinə tam uyğundur. Marksizm burada da bütün şöhrəti ilə özünü göstərib”.

Ekspertin sözlərinə görə, görüş Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması, yəni Azərbaycan və müttəfiqləri tərəfindən rəsmi İrəvanın iqtisadi blokadasına son qoyulması məsələsinin həllinə həsr olunmuşdu, lakin bundan əldə ediləcək faydalar qarşılıqlı olacaq:

“Bununla Ermənistan Rusiya ilə, Azərbaycan Naxçıvan və Türkiyə ilə, Rusiya Ermənistan və Türkiyə ilə birbaşa dəmiryolu əlaqəsi əldə edir. Yəni bu, makroiqtisadiyyat baxımından faydalıdır. Hətta bu istiqamətdə irəliləməni təmin edəcək tədbirlər və bunların həyata keçirilməsinin konkret tarixləri qeyd edilib.

Nəticədə, Azərbaycan-Ermənistan rəsmi təmasları məsələsində ilk qaranquşa çevriləcək daimi üçtərəfli hökumətlərarası işçi qrupu yaradılır. Bu qrupa iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün “yol xəritəsi” hazırlamaqdan ötrü iki ay vaxt verilir. Bundan sonra təkliflər ən yüksək səviyyədə təsdiqlənməlidir.

Görünən odur ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri tezliklə nizamlı xarakter alacaq: “birincisi təsadüf, ikincisi trend, üçüncüsü bir sistem”. Daha bir görüş isə mart ayının ilk ongünlüyündə baş tutacaq. Burada Qarabağın müharibədən sonrakı inkişafının ilk aralıq nəticələri yekunlaşdırılacaq”.

Ekspert üç dövlət başçısının görüşünün hansı məsələlərə həsr olunmasından asılı olmayaraq, siyasi bir görüş olduğunu, bu səbəbdən də yeni razılaşmanın vaxtında və tam olaraq həyata keçiriləcəyinə dair tamamilə təbii və ağlabatan bir sual ortaya çıxdığını əlavə edib:

“Hamımız görürük ki, 10 noyabr tarixli Qarabağ razılaşmasının erməni ordusunun tərk-silah edilməsinə dair müddəalarının icrasına maneə törədilir. Və bu razılaşmaya əməl edilməməsi avtomatik olaraq növbəti müqavilənin yerinə yetirilməməsinə səbəb ola biləcəyi üçün təhlükəli bir presedent yaradır. Lakin yeni razılaşmada atılması asan olan hərbi-siyasi addımlardan daha çox, inzibati-bürokratik addımlar nəzərdə tutur. Hər halda, bundan sonra Qarabağ məsələsinin müharibədən sonrakı həllinə dair bir-birinə tamamilə bağlı olan iki razılaşma var.

Hətta yeni razılaşmanın müddəalarının icrası əvvəlki bəyannamənin həyata keçirilməsi ilə əlaqələndirildiyi zaman Bakının hədəflərinə çatmaq üçün İrəvana yeni bir təzyiq alətinə sahib olduğunu söyləmək olar. Yəni ki, “İran və ya Rusiya ilə Azərbaycan ərazisi vasitəsilə ticarət etmək istəyirsinizsə, o zaman Qarabağda tərk-silah olunun”.

Əlaqəli xəbərlər