Əliyevin dünənki bəyanatına İrəvandan reaksiya: "Ya Zəngəzur dəhlizi, ya müharibə..."

bandicam 2021 12 08 00 22 04 258

"Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər".

araz.az  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşü zamanı deyib.

"Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi. Yol boyunca gələndə gördüm, şəhidlərin şəkilləri vurulub. Hər bir yerdə belədir, - mən son vaxtlar Qarabağ bölgəsinə tez-tez gedirəm, - kəndlərdə şəhidlərin şəkilləri vurulub. Yəni, bu Zəfəri bütün Azərbaycan xalqı əldə edib. Hər bir vətəndaş, hər bir rayon sakini, hər bir nümayəndə. Ona görə bu, tarixi hadisədir və cəmi bir il keçib üstündən, görün nə qədər böyük işlər görmüşük. Mən Qarabağ, Zəngəzur bölgəsinə bəlkə də 10 dəfədən çox getmişəm. Amma, eyni zamanda, Azərbaycanın qalan yerlərini də yaddan çıxarmıram", - dövlət başçısı bildrib.  

Azərbaycan Prezidentinin dünənki çıxışı, xüsusilə, Zəngəzur dəhlizi ilə bağlı mesajlar Ermənistan siyasi dairələrində geniş müzakirəyə və təşvişə səbəb olub. Bir sıra siyasətçilər Zəngəzur dəhlizi açılmayacağı təqdirdə hərbi qarşıdurmanın qaçılmaz olacağını bildirirlər.

Parlamentdə müxalif “Hayastan” (“Ermənistan”) blokundan olan deputat Andranik Tevanyan Paşinyan hakimiyyətini rəsmi Bakı ilə pərdəarxası razılaşmalarda ittiham edib. O,Ermənistan hakimiyyətinin öz hərəkətləri ilə yeni müharibəyə səbəb olacağından ehtiyat edir: "Bizə Soçidə nə barədə razılaşdıqlarını demirlər, baş nazir müavinlərinin Moskvadakı görüşünün əslində niyə uğursuz olduğunu bizdən gizlədirlər. Biz, əlbəttə ki, pərdəarxası məlumat alırıq, lakin arzuolunan olardı ki, səlahiyyətlilər bizə məlumat versinlər”.

Siyasətçi əmindir ki, Ermənistanın indiki rəhbərliyi altında cəmiyyət üçün yeni sarsıntılar və “sürprizlər” qaçılmazdır. Bu “sürprizlərdən” biri kimi o, Prezident İlham Əliyevin məlum dünənki bəyanatını qeyd edib: "Azərbaycan bu gün rəsmi şəkildə Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan vaxt bildirməsini tələb edir. Bakı Zəngəzur dəhlizinin zorla əldə edilə biləcəyini belə gizlətmir. Belə çıxır ki, ya hakimiyyət yeni müharibəyə başlayır, ya da ilkin olaraq Ermənistan üçün əlverişsiz şərtlərlə delimitasiya və demarkasiya aparmağa razılaşıblar".

Tevanyan hesab edir ki, müharibədən sonra Ermənistanın hərbi-siyasi potensialı xeyli zəifləyir və hakimiyyətdə müharibədə məğlubiyyətin simvolu olan komandanın olması vəziyyəti daha da gərginləşdirir: "Bu şəraitdə ölkənin suverenliyi daha çox xarici amillər, xüsusən də Rusiya və İran amili ilə təmin edilir. Eyni “Zəngəzur dəhlizi” hələ də Azərbaycan üçün açıq deyil, o cümlədən buna qarşı çıxan Moskva və Tehranın mövqeyinə görə. İran regional xəritənin dəyişməsində maraqlı deyil və Rusiya Ermənistanın strateji müttəfiqi kimi respublikanın ərazi bütövlüyünü pozmaq istəmir".

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər