ABŞ-ın Azərbaycandakı səfirliyi əfv sərəncamını alqışladı

abs44

ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamını alqışlayıb.

araz.az xəbər verir ki, səfirliyin saytında məlumat dərc olunub.

“Birləşmiş Ştatlar həbsdə olan azərbaycanlıların, o cümlədən jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi müxalifətin üzvlərinin və dini qrupların üzvlərinin əfv edilməsini alqışlayır. Biz Azərbaycanı qarşıdakı aylarda Azərbaycanın beynəlxalq öhdəliklərinə və vətəndaşlarının əsas azadlıqlarının qorunmasına dair öhdəliklərinə uyğun olaraq əlavə addımlar atmağa çağırırıq”, - məlumatda qeyd olunub.

araz.az xəbər portalı.

 

Əlaqəli xəbərlər