İSBAM dəvət etdi, "ASİMDER" təşkilatının rəsmiləri Azərbaycana gəldi - Qərbi Azərbaycan İcması ilə protokol imzalanıb (FOTOLAR)

0000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000jpg-1674398034.jpg

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) dəvəti ilə Türkiyədə fəaliyyət göstərən ASİMDER təşkilatının nümayəndə heyəti ölkəmizə səfər edib.

araz.az   xəbər verir ki, səfər çərçivəsində qonaqların iştirakı ilə Bakı, Bərdə və Tərtərdə bir sıra görüşlər keçirilib.

Bundan başqa, qonaqlar Qərbi Azərbaycan İcmasında olub, burada icma rəhbəri, millət vəkili Əziz Ələkbərli ilə görüşüblər.

Görüşdə icmanın sədri, millət vəkili Əziz Ələkbərli fəaliyyətləri haqqında qonaqlara geniş məlumat verib.

ASİMDER Anadolu başqanı İrfan Ermiş, Mete Çakı və Hüseyn Ali Yücel icmanın binası ilə tanış olub. Tərəflər arasında gələcək planlar, o cümlədən Qərbi Azərbaycanla bağlı strateji məqsədlərə nail olmaq üçün beynəlxalq təşkilatlarla birgə işbirliyi və sair məsələlər ətrafında geniş müzakirələr aparıblar.

Qeyd edək ki, görüş çərçivəsində Qərbi Azərbaycan icması ilə İSBAM arasında əməkdaşlıq protokolu da imzalanıb.

img img img img img img img
 
araz.az xəbər portalı.