“Millət vəkilinin erməni tabutlarını artırmaqla bağlı təklifini sınamağa dəyər”

Cumsud-Nuriyev.jpg
Cümşüd Nuriyev: “Bunun uğurlu olacağına mən də inanıram”
Millət vəkili Elman Məmmədov sherg.az-a açıqlamasında Ermənistanla bağlı maraqlı fikirlər səsləndirib. Millət vəkili qeyd edib ki, Ermənistana gedən əsgər tabutlarının sayının artmasına ehtiyac varvə ordumuz bu yöndəki fəaliyyətini artırmalıdır. E.Məmmdovun sözlərinə görə, bu, Ermənitana təzyiq etmək, onu işğalçı siyasətindən imtinaya vadar etmək baxımındn effektli olar.

Maraqlıdır, Ermənistana yön alacaq “tabut köçü” rəsmi İrəvanı işğalçılıq siyasətindən imtina etməyə, zəbt etdiyi əraziləri azad etməyə vadar edə bilərmi?

Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev millət vəkilinin bu təklifini sınaqdan keçirməkdə problem görmədiyini vurğuladı:

“Elman Məmmədov uzun zaman ermənilərin içərsində işləyib. Həm Xocalının icra başçısı kimi, həm həm də orada doğulub böyüyən bir insan kimi ermənilərin xarakterini gözəl bilir. Təklifin özü maraqlı təklifdir. Əgər E.Məmmədov belə bir təkliflə çıxış edibsə, deməli. bunun yüksək effekti ola bilər. Bir də ki, bu təklifi praktikada yoxlamaq çətin deyil.

Paşinyan son zamanlar həyasızlaşıb. O, artıq BMT-dəki çıxışında da Qarabağın Aərbaycanın ola bilməyəcəyini vurğuladı. Odur ki, hesab edirəm ki, bu təklifi sınaqdan çıxartmaq lazımdır. Bunun uğurlu olacağına mən də inanıram.

Bu, ermənilərdə həm xof yaratmaq, həm Azərbaycan ordusunun həqiqi gücünü ortaya qoymaq, həm də Paşinyanın özünü çətiniyə salmaq baxımından rol oynaya bilər”.

Seymur ƏLİYEV

Əlaqəli xəbərlər