AZƏRBAYCAN PARLAMENTİ NİYƏ BURAXILDI?

Rovsen NovruzogluAzərbaycanın tanınmış politoloqu Rövşən Novruzoğlu "Təzadlar"a Milli Məclisin buraxılmasına dair məsələni şərh etdi:

- Azərbaycan Respublikası Milli Məclisinin buraxılması vacib məsələlərdən biri olaraq beynəlxalq aləmin də diqqətini çəkdi. Artıq zaman öz sözünü dedi.

Parlament kürsülərində yatan, heç bir fəaliyyəti olmayan deputat korpusunun üzvləri yaxşı olardı ki, özlərinə bir hesabat versinlər. Biz nə etmişik? Millət və seçicilər artıq xeyli xarici ölkə saytlarında bu suala cavab veriblər: siz heç nə etməmisiniz, sadəcə, dövlət daxilində dövlət yaratmısınız. Azərbaycan Respublikası Prezidentinin yerlərdə başladığı islahatlara ancaq süni, dekorativ şəkildə müxtəlif teleekranlardan qoşulmusunuz.

Çox təəssüf edirəm ki, bu parlamentdə təmsil olunan deputatların böyük bir qismi sahibkarlıq fəaliyyəti ilə məşğul olurdular. Ona görə də parlamentdə fəaliyyətlərini davam etdirməyə vaxt və imkanları olmurdu.

Bu, vaxtında atılan addımdır. Ümid edirəm ki, oliqarxlara qoşulan deputatların anti-Azərbaycan fəaliyyətinə, onların yaratdıqları “Kölgə dövlətinə” son qoyulacaq.

Mən həm də üzümü Azərbaycandan akkreditasiya olunmuş xarici ölkələrin deputat korpuslarına üzümü tutub, sadəcə, bir vətəndaş xəbərdarlığı edirəm. Gecələr növbəti deputat seçkiləri üçün qəbul etdiyiniz şəxslərin üstündən qələm çəkin. Bu dəfə hər şeyi xalq özü müəyyənləşdirəcək və bununla da həm ölkə başçısına, həm də Birinci vitse-prezidentə dəstək olacaq.

E.ŞİRİNOV

Əlaqəli xəbərlər