Ukrayna Gürcüstanı “yaşıl zona” elan edib

ukraine2 850x560Ukrayna dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyətə görə “qırmızı və yaşıl zona” ölkələri siyahısını yeniləyib.  

NewsBureau xəbər verir ki, Ukraynanın Səhiyyə Nazirliyi Gürcüstanı “qırmızı zona”dan “yaşıl zona”ya daxil edib

Gürcüstanla yanaşı Avstriya, Litva, Slovakiya və Kanada da bu siyahıya daxil edilib.

Qeyd edək ki, “qırmızı zona” elan olunan ölkələrdən Ulraynaya səfər edənlər mütləq şəkildə tibbi müayinədən keçməli və COVID-19 testi verməlidirlər. “Yaşıl zona” ölkələrindən olanlara bu qaydalar şamil edilmir.

Ukrayna avqustun 1-də Gürcüstanı “qırmızı zona”ya daxil etmişdi.

araz.az

Əlaqəli xəbərlər