Milli Şuranın mitinqi insidentsiz ötüşdü. Mətbuat Şurası isə, aksiyada monitorinq keçirdi

mitinq.jpg

Yüzlərlə insanının qatıldığı 23 sentyabr mitinqində, Bakı şəhər Baş Polis İdarəsinin açıqlamasına görə, 1500 nəfər iştirak edib. Yasamal rayonundakı "Məhsul" stadionunda keçirilən icazəli mitinqlə bağlı yayılan digər məlumatlarda isə, bu rəqəmi hərə bir cür göstərir.
araz.az-a daxil olam məlumatda da deyilir ki, Demokratik Qüvvələrin Milli Şurasının təşkilatçılığı ilə saat 15.00-dan 17.00-dək davam edən toplantıda, daha çox, həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, həmçinin Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının üzv və təəssübkeşləri iştirak ediblər.

O da maraqlıdır ki, ictimai asayiş və hüquq qaydalarının kobud şəkildə pozulması hallarının qeydə alınmadığı bu müxalifət tədbirində Azərbaycanla yanaşı, başqa ölkələrin bayraqları, həmçinin radikal dindarların fotoları, onlara dəstək şüarları, eləcə də azadlığa çağırış sədaları qaldırılıb. Diqqəti çəkən digər bir məqam ondan ibarət olub ki, bütün çıxışlarda müxalifyönlu bütün qüvvələrin birliyinin vacibliyi önə çəkilib.
Tədbirdə, AXCP sədri Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin, həmçinin Gültəkin Hacıbəylinin, Rövşən Əhmədovun və Nurəddin Məmmədlinin... çıxışları daha çox diqqəti cəlb edib. Mitinqdəki çıxış və çağırışlarda müxalifət aksiyalarının tez-tez keçirilməsinin vacibliyi önə çəkilib.
Aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunub və asayiş qüvvələrinin rəhbərləri jurnalistlərə ayaqüstü deyiblər ki, tədbirdə təşkilatçıların əvvəlcədən proqnoz verdiklərindən çox az adam iştirak edib.

Azərbaycan Mətbuat Şurası isə, mitinqdə monitorinq aparıb.
Bu barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib.
O, qeyd edib ki, Azərbaycan Mətbuat Şurasınn Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu, İdman Sağlamlıq Kompleksinin stadionunda keçirilən mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb. Daha sonra, o:
"Aksiyada kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə hər hansı maneə qeydə alınmayıb. Həmçinin monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.
Aksiyada mitinqi işıqlandıran jurnalistlərin çox az qismi “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqları qeydə alınıb. Onlara bununla bağlı müvafiq tövsiyələr verilib", - deyə, qeyd edib.

Rüfət Rəhmanoğlu, 

araz.az-ın xüsusi müxbiri

Əlaqəli xəbərlər