Ölkəni aksiyalar bürüdü: Ruspərəst prezident istefaya göndərilir

moldova839.jpg

Moldova paytaxtında başlayan kütləvi etiraz aksiyaları ölkənin digər bölgələrini də əhatə edib. Sentyabrın 23-də başlanmış mitinq və yürüşlərin ayın 25-ə qədər Moldovanın bütün ərazisində keçiriləcəyi gözlənilir. Hüquq-mühafizə orqanları ilə nümayişçiləri arasında baş verən toqquşmalarda xəsarət alanlar var. Siyasi aksiyaların sentyabrın 24-ü və 25-də kütləvi itaətsizliklə əvəz olunması planlaşdırılır. Ölkədə siyasi qarşıdurma təhlükəsi artdığından, separatçı Dnestryanı rejim nəzarətində olan rus icmasına Moldovanın Dnestr çayının sol sahilindəki ərazilərinə keçməməyi tövsiyə edib.

Moldova prezidentinə müxalif mövqedə dayanan Liberal Partiyasının fraksiyası İqor Dodonun səlahiyyətlərindən məhrum edilməsi və onun istefaya göndərilməsinə dair referendumun keçirilməsi haqqında qərar layihəsini parlamentə təqdim edib. Aksiyaların təşkilatçıları İqor Dodonun tərəfdarlarıdır. Onların məqsədi vətəndaşları Moldovanın rus prezidentinə müxalifətdə olan hökumətə qarşı səfərbər etməkdir.

Bunun səbəbi hökumətlə prezident arasında mövcud olan gərginliyin son aylar xeyli artmasıdır. Belə ki, hökumət Maldova hərbi kontingentinin NATO-nun təşkilatçısılığilə Ukraynada keçirilən təlimlərdə iştirakına prezident Dodonun qadağa qoymasını görməzliyə vurmadı. Maldova parlamenti dərhal prezidentin bir neçə qanun layihəsinə veto qoydu. Prezidentin mətbuat xidməti isə hökuməti İqor Dodonu BMT Baş Assambleyasındakı çıxışına mane olmaqda ittiham etdi. Bununla yanaşı, Liberal Partiyasından olan fraksiya prezidentin istefaya göndərilməsi üçün referendumun keçirilməsi barədə sənədi parlamentə göndərib.

Hazırda Maldova prezidenti tam köməksiz vəziyyətdədir. Ona heç Kreml də kömək göstərə bilmir. Mövcud konstitusion şərtlər daxilində elektoral dəstəyi 2018-ci ilin ikinci yarısına qədər eyni səviyyədə saxlamaq imkanı çox aşağıdır. Hökumət qarşısında dövri olaraq baş verən məğlubiyyətlər sosialist prezidentin elektoral mövqeyini zəiflədir.

Ancaq İ.Dodon rəsmən bəyan edib ki, qarşıdan gələn etiraz aksiyaları gücün aradan qaldırılması üçün yalnız bir ilk olacaq. Bu, onun radikal addımlara yaxınlaşdığından xəbər verir.
2018-ci ildə Moldovada gözlənilən parlament seçkilərində prezident Dodon özünün sosialistlərin xeyrinə istifadə etməli olduğu və qanunverici orqan vasitəsilə nəzarət etdiyi seçici dəstəyini indi küçədə daxili müxalifətə qarşı mübarizəyə yönəltməyə məcbur olub. Moldova prezidenti Kişinyovda deyil, bölgələrdəki aksiyalarda konsensusunun tapılacağına əmin olsa da, dövlət orqanlarına münasibətdə bir güc ssenarisinin tətbiq olunacağı gözlənilir.

Hazırda vəziyyət 2016-cı ilin yanvar ayı ilə müqayisə olunur. Həmin vaxt Rusiyapərəst qüvvələr ölkədə sabitliyi pozaraq Maldova parlamentinin binasını tutmağa cəhd etmişdilər. Ukrayna mediası son dövrlər Moldovada Rusiyanın casus şəbəkəsinin fəallaşdığını yazır. Hələlik real dəlil olmasa da, Moldova ərazisində silahlı qrupların olması barədə məlumatlar var. Bu isə dolayısı ilə bir əməliyyatın hazırlanmasından xəbər verir. Ona görə də Dodon tərəfdarlarının aksiyası zamanı hüquq-mühafizə orqanlarının güc tətbiq edəcəyi ehtimal olunur.

Müşfiq Abdulla
Cebhe.info

Əlaqəli xəbərlər