Prezident BMT tribunasından işğalçı Ermənistanı darmadağın etdi

ilhameliyevBMTPrezident İlham Əliyev BMT Baş Assambleyasının 5-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın işğalçı, faşist siyasətini və hücum planlarını növbəti dəfə ifşa etdi. 


Dövlət başçısı çıxışında Ermənistanın işğal etdiyi ərazilərə qanunsuz köçürmə siyasətindən, Azərbaycanın maddi-mədəni irsini məqsədyönlü şəkildə dağıtmasından, terror təşkilatları ilə əlaqələrindən və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasından bəhs edib.


Prezident çıxışında bildirdi ki, Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal edilmiş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur.


“Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz”, - dövlət başçısı bəyan edib.

Açıklama yok.


Ermənistan Beyrutda partlayışdan sonra Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsini sürətləndirdi. İşğalçı ölkə rəsmi açıqlamalarında bu köçürməni açıq şəkildə etiraf edir. Plana görə, ilkin mərhələdə 150 livanlı erməni ailəsi işğal olunmuş ərazilərə yerləşdiriləcək, hətta “Livan koloniyası”nın yaradılacağını bildiriblər. Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərinə qanunsuz köçürmə siyasəti uzun müddətdir davam edir. Beynəlxalq hüquqa zidd olan bu addım indiyə qədər nə Minsk qrupu, nə də digər beynəlxalq təşkilatlar tərəfindən ciddi qınanmayıb.


Bununla yanaşı, Ermənistanın işğal etdiyi torpaqlarda Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmi də illərdir davam edir.


Azərbaycan Prezidenti bu faktı BMT tribunasından dünyanın diqqətinə çatdırdı.


“Ermənistan işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv edib, qanunsuz məskunlaşma siyasəti həyata keçirir, Azərbaycanın təbii sərvətləri qeyri-qanuni istismar edilir. Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər”, - dövlət başçısı bildirib.


Bununla həm beynəlxalq ictimaiyyətin diqqətinə Ermənistanın qanunsuz addımlarını çatdırıb, həm də Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlərə xəbərdarlıq edib.

Son günlər Ermənistanın PKK və ASALA terrorçularını işğal edilmiş ərazilərə gətirildiyinə dair məlumatlar yayılıb. Türkiyənin nüfuzlu media orqanlarının araşdırmalarından məlum olur ki, ən azı 250 terrorçu Qarabağda təlimlərə başlayıb. Bu terrorçular erməni hərbi birləşmələrinin tərkibində Azərbaycana qarşı hücumlarda iştirak edirlər. 

Açıklama yok.


Prezident İlham Əliyev BMT-də çıxışı zamanı Azərbaycanın bu məsələ ilə bağlı etibarlı məlumatlarının olduğunu vurğulayıb: 


“Ermənistan müxtəlif ölkələrdən olan muzdluları və terrorçuları cəlb edir və onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var”.


Dövlət başçısı çıxışında Ermənistanın Azərbaycanafobiya siyasətindən, yeni müharibəyə hazırlaşmasından, Minsk qrupunun heç bir nəticə verməyən fəaliyyətindən və BMT qətnamələrinin yerinə yetirilməməsindən də bəhs edib.


Bildirib ki, Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir: 


“Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməmişdir. Ermənistanın məqsədi işğal ilə bağlı cari status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ Prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Azərbaycan tərəfi həmin bəyanatları alqışlayır, lakin bəyanatlar kifayət etmir. Real addımlara ehtiyac var”.


Prezident dünyaya bəyan edir ki, regional təhlükəsizlik Ermənistan tərəfindən təhdid altındadır. Buna qarşı ya real addımlar atılacaq, ya da yeni müharibə başlaya bilər.


Prezident İlham Əliyev həm də BMT tribunasından Ermənistanın BMT-nin nüfuzuna xələl gətirməsini vurğulayıb: 


“BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir. Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılmalıdır”.


Azərbaycan Prezidenti Ermənistan mövcud hakimiyyətin qeyri-demokratik, insan haqlarına qarşı siyasətini də ifşa edib. Bildirib ki, Ermənistanda iki il bundan öncə rejim dəyişikliyi baş verib, lakin uğursuz dövlətin faşist ideologiyası dəyişməz olaraq qalıb.


“Erməni jurnalist və siyasətçi Mher Yeqizaryan 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi aclıq nəticəsində ölmüşdür. Lakin vəzifələri dünyada demokratiya və insan hüquqlarının müşahidə olunmasından ibarət olan beynəlxalq təşkilatlar buna reaksiya vermədilər. Human Rights Watch, Amnesty International, Freedom House və digərləri Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə göz yumurlar. Buna səbəb dünyada insan haqları ilə məşğul olan bir çox dırnaqarası qeyri-hökumət təşkilatlarına sponsorluq edən Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsi ola bilər”, - dövlət başçısı bəyan edib.


Bu həm Ermənistana, həm də onun havadarlarına verilən mesajlardır. Azərbaycan Prezidenti bütün bunlara görə işğalçı dövlət olan Ermənistana qarşı sanksiyaların tətbiq olunmasının vacibliyini diqqətə çatdırıb.


Zaur Hacılı
Demokrat.az

Əlaqəli xəbərlər