Hikmət Babaoğlu: Həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, səmərəliliyini də artıracaq

Hikmet-Babaoglu.jpgAzərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən struktur islahatları əslində 2015-ci ildən bəri reallaşdırılan dərin hüquqi və institusional islahatların davamı kimi xarakterizə edilməlidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Eldar Namazov: “Azərbaycan ordusunun ikinci əməliyyatı lazım olacaq”

Eldar Namazov

Ermənistanın baş nazir əvəzi 27 dekabrda Nikol Paşinyan Rusiya paytaxtına səfər etdi. Səfərin detalları yəqin ki, qapalı saxlanılacaq. Amma elə təyyarədəcə onun selfi çəkib sevincək “Moskvaya uçuruq” yazması müzakirələrə səbəb oldu. Baxmayaraq ki, Ermənistanın hökumət başçısının həll etməli olduğu ciddi problemlər var idi. Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a durumla bağlı olduqca maraqlı fikirlər söylədi.

"Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq" - Əli Həsənov

2016 10 28 20 44 34eli hesenov yennBu gün ümummilli lider Heydər Əliyevin vəfatından 15 il ötür. Zaman bizi o ağır gündən sürətlə uzaqlaşdırsa da, müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri yaddaşlara dərindən hopmuş, hər bir azərbaycanlının qəlbində silinməz iz qoyaraq tariximizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyevin həyat yolunun möhtəşəm salnaməsini vərəqləyərkən göz qarşısında Azərbaycan tarixinin çətin və şərəfli bir dövrünün dolğun mənzərəsi canlanır. Xalqımızın yetişdirdiyi bu dahi şəxsiyyətin bütün fəaliyyətinin Azərbaycanın inkişaf yolu ilə sıx vəhdət təşkil etdiyini bir daha aydın şəkildə görürük.

Koçaryanla oturub kabab yedim, Heydər Əliyev məni yanına çağırdı və... - Tofiq Zülfüqarov SİRLƏRİ AÇDI

tofiq 300x219"Heydər Əliyevin iş üslubu çox maraqlı idi. Cavan vaxtlarımda mən bu iş üslubu ilə rastlaşdım və bəzi şeyləri illər keçdikdən sonra başa düşməyə başladım".

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com saytına geniş müsahibəsində deyib.

Qarabağla bağlı danışıqlar gələn aya razılaşdırıldı - Məmmədyarov açıqladı

1544075130_untitled-1-recovered.jpgAzərbaycan və Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində İtaliyanın Milan şəhərində keçirilən görüş zamanı danışıqların gələn ay davam etdirilməsi barədə razılıq əldə olunub.

Qaynarinfo xəbər verir ki, bunu 5 dekabr tarixində Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifələrini icra edən Zöhrab Mnatsakanyan ilə baş tutmuş görüşün yekununda XİN rəhbəri Elmar Məmmədyarov şərh edərkən deyib.
Nazir görüşün 3 saata yaxın davam etdiyini bildirib:

5 -dən səhifə 93

Əlaqəli xəbərlər