Avropa Xalq Partiyası AMİP-in etirazını nəzərə aldı

Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhədə qoşunların təmas xəttində başlanmış hərbi əməliyyatlardan sonra 4 aprel 2016-cı il tarixdə Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının Siyasi Assambleyası bununla əlaqədar Təcili Qətnamə qəbul etmişdi. Qətnamədə Siyasi Assambleya Dağlıq Qarabağ problemini daim diqqətdə saxladığını bildirməklə yanaşı tərəflərin 1 aprel tarixinə olan mövqelərə çəkilməsinin zəruri olduğunu vurğulamışdı.

İrəvan məsələsi ilə yenicə məşğul olan dostlara - XATIRLATMA

Məlum olduğu kimi 27 may tarixində Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə "İrəvanın qəsb olunmasının 100 illiyi və tarixi həqiqətlər" mövzusunda konfrans keçiriləcək. Tarixdə məlumdur ki, İrəvanın işğalı 1828-ci ildə Çar Rusiyası tərəfindən həyata keçirilmişdir. 1918-ci ildə isə Müsəlman Milli Şurasının Tiflisdə keçirilmiş iclasında İrəvan güzəştə gedilmişdir. Hesab edirəm ki, bu güzəşt könüllü deyil və tarixi faktlar da sübut edir ki, bu məcburi siyasi qərardır. Bu isə İrəvanın yenidən qəsb edilməsidir. İndi hörmətli dostlar, bunun adına biz qəsb dedik, həm də məcburi güzəşdə getmək deyirik. Bunun üçün polemika açmaq istəyənlər üçün məhz bu tədbiri təşkil etmişik.

Ərdoğandan sərt reaksiya: Azərbaycan sizə Gürcüstan və Ukrayna deyil


Təmas xəttində Azərbaycan ordusu ilə açıq döyüşdə üz-üzə gəlməkdən qorxan Ermənistanın işğalçı qüvvələri dinc yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Belə getsə, düşmən Ağdərə istiqamətində daha sərt cəza alası olacaq. Ona görə ki, qarşı tərəf Azərbaycana hərbi-strateji və taktiki baxımdan ayrı seçim saxlamır.

Sülhəddin Əkbər İlham İsmayıl haqda prezidentə nə deyib? - Qalmaqal

"Aradan 26 il vaxt keçib, o üzdən o vaxt baş verənləri xatırlamıram. İlham İsmayıl mənim yaxın qohumumdu, bir tayfadanıq, bir elliyik, ancaq o vaxt Gəncəyə rəis təyin edilməsi məsələsi yadımda deyil. Xatırlamıram ki, nəyə görə elə bir hadisə baş verib. İlham mənim qohumum olmaqdan əlavə elə bir şəxsiyyətdir, ziyalıdır ki, hansı vəzifəyə qoysan, o vəzifənin öhdəsindən layiqincə gələ biləcək. Sülhəddin Əkbərlə də heç vaxt hansısa ədavətim olmayıb, heç indi də yoxdur”.

Polad Bülbüloğlu: “Həmsədr ölkələr, o cümlədən Rusiya “DQR”in tanınması məsələsi ilə bağlı mövqeyini bildirməlidir”

 “Bu məsuliyyətsiz qərarın nəticələrinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək”

Moskva. Fərid Əkbərov - APA. “Əgər “DQR”in müstəqilliyi Ermənistan tərəfindən tanınsa, o zaman beynəlxalq hüququn bütün prinsipləri pozulmuş olacaq. Bu, ATƏT-in Minsk Qrupunun çoxsaylı təkliflərinin üstündən də xətt çəkəcək. Hesab edirəm ki, bütün həmsədr ölkələr, o cümlədən Rusiya bu məsələ ilə bağlı mövqeyini bildirməlidir”.

 

88 -dən səhifə 97

Əlaqəli xəbərlər