Azərbaycan Hərbi Hava Qüvvələrində hava döyüşləri imitasiya edilir

Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri "TurAz Qartalı - 2015" birgə taktiki təlimlərinə hazırlıq məqsədilə planlı təlim-məşq uçuşları həyata keçirir.

Hərbi hissələrin döyüş hazırlığı yoxlanıb (VİDEO)

Zakir Həsənov: Silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır

Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayan müdafiə naziri Zakir Həsənov bütün bunların nəticəsi olaraq toplantı keçirib.

ANS TV-nin məlumatına görə, nazir real vəziyyəti nəzərə alaraq döyüşə hazırlığa dair tapşırıqlar verib..

Toplantıda cəbhə bölgəsində yerləşən hərbi hissə komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak ediblər. Müdafiə nazirinə hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı məruzələr edilib.

Zakir Həsənov görüşdə bəyan edib ki, silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır. Nazir bəyanatında deyib ki, silahlı qüvvələrin bütün şəxsi heyəti, torpaqları işğaldan azad etmək uğrunda müqəddəs borcularını yerinə yetirməyə hazırdır və qadirdir: "Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcək. Buna heç kimin şübhəsi olmamalıdır".

Zakir Həsənov real vəziyyət nəzərə alınmaqla döyüş və praktiki hazırlığa diqqətin artırılması, döyüş növbətçiliyində sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının dəqiq, vaxtında və müxtəlif hava şəraitində yerinə yetirilməsi ilə bağlı göstəriş verib. O cümlədən nazir bölmələrin və döyüş texnikasının döyüşə hazır vəziyyətə gətirilməsilə əlaqədar müvafiq tapşırıqlar verib.

Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində yeni tikilən hərbi obyektlərə də baş çəkib. Ərazidə aparılan tikinti işləri barədə müdafiə nazirinə ətraflı məlumat verilib.

Novruz Məmmədov: “Prezidentlərin görüşü barədə hələlik razılıq yoxdur“

"Bu ilin yarım ili ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində nəzərə çarpan irəliləyiş olmayıb".

Araz.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report"un məlumatına görə, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

91 -dən səhifə 96

Əlaqəli xəbərlər