Cəzalanacağı günü gözləyən məmurlar

Yaxud prezidentin ayağının altını qazan kimlərdir?

Azərbaycan prezidenti, Cənab İlham Əliyevin yanvar ayının sonlarından başlatdığı antikorrupsiya tədbirləri öz uğurlu nəticəsini verməkdədir. Artıq bir sıra qurumlar normal fəaliyyətə keçiblər, struktur islahatları aparıblar, rüşvətxor məmurları cəzalandırıblar. Məsələn, daxili işlər orqanlarında bu gün neqativlər əhəmiyyətli dərəcədə azalıb. Həmçinin, MTN-də və digər prezidenti doğrudan sevən məmurların başçılıq etdiyi qurumlarda vəziyyət düzəlməyə doğru gedir. Lakin ölkə başçısına arxadan zərbə vurmaqda davam edənlər də təəssüf ki var. Biz nların bir neçəsi haqqında söz açacağıq.

“Azərbaycanda Sabitlik çoxdan, özü də əsaslı şəkildə bərqərar olub”


 

Məmməd Əlizadə: “Sosial, siyasi sabitlik olmayan yerdə tərəqqidən söhbət gedə bilməz”

 

Dosye

Məmməd Əlizadə. 1988-ci ildən Azərbaycan Milli Azadlıq hərəkatı fəallarından biri, Milli Müdafiə Komitəsinin təşəbbüskarı və sədri olmuş, 1990-cı il 20 Yanvar faciəsindən sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən həbs edilərək Moskvanın Lefortovo həbsxanasında 9 ay saxlanılmışdır. 1990-cı ilin sonunda həbsdən azad edilərək yenidən Milli Azadlıq Hərəkatında fəaliyyətini davam etdirmişdir. 1992-ci ildə Demokratik Azərbaycan Dünyası partiyası təşəbbüs qrupunun rəhbəri, 1993-cü ildən həmin partiyanın sədridir.

19  kitabın müəllifidir. Eyni zamanda onlarla kitabın tərtibçisi, redaktoru və elmi, publisistik məqalələrin müəllifidir.

2002-ci ildən 2008-ci ilədək iqtidaryönlü siyasi partiyaların Məşvərət Məclisinin icraçı sədri olmuşdur. Ailəlidir, iki  oğlu var.

Kim OLMUSUNUZ, CƏNABLAR?!

Siyasətçilər siyasətdən

kənarda

Tanınmışlarımızın keçmişi

Biz onları ütülü kostyumlarda, bahalı maşınlarda görməyə adət etmişik. Halbuki çoxlarının həsədlə baxdığı məşhurlar karyeralarının pik nöqtəsinə çatmamışdan öncə adidən adi həyat sürüblər. Aralarında bir vaxtlar fəhləlik edənlər də, müəllim işləyənlər də, alverlə məşğul olanlar da var. Biz Azərbaycan məmurlarının və  siyasətçilərinin əsl ixtisaslarını və peşələrini araşdırmaq qərarına gəldik. Hər halda sizlər üçün maraqlıdır və oxumağa dəyər!

AZƏRBAYCAN MİLLİ DÖVLƏTÇİLİK PARTİYASININ BAŞQANI, İRƏVAN MÜHACİR HÖKÜMƏTİNİN RƏHBƏRİ SABİR RƏHİM OĞLU TARVERDİYEVİN BƏYANATI

Sumqayıtda yaşadığımdan, şəhər mənə doğma və  bütün sferalarda fəaliyyətim bu şəhərlə bağlı olduğundan, habelə  rəhbəri olduğum partiyanın və təşkilatın mərkəzi ofisləri burada yerləşdiyindən onun taleyi məni həmişə narahat edib;  Bütün sahələrdə uğurlarına sevinmiş,  problemlərinə görə  həmişə  məyusluq hissi keçirmişəm. Bir də ki, mənən, ruhən və  qəlbən Ümummilli Liderimiz Heydər Əliyevə bağlılıq, onun fanatı olmağım həmişə  narahatlığımın  daha da artmasına səbəb olub.  Çünki bu şəhər onun üçün də olduqca doğma idi.

DYP rəisi əhalini hakimiyyətə qarşı hazırlayır

Ramiz Zeynalovla İlham Rəhimov birliyi...

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun rəhbərlik etdiyi sistemdə “bazar” açması haqda ötən sayımızda yazmışdıq. Qeyd etmişdik ki, Zeynalov son vaxtlar özündə fövqəladə bir arxayınçılıq hiss edərək, yol polisi sistemini özünün “şəxsi təsərrüfatı”, yaxud da biznes obyekti kimi idarə edir. R.Zeynalovun həmyerlisi, Rusiyada yaşayan milyonçu, özünü Rusiyanın baş naziri Vladimir putinin dostu kimi qələmə verən İlham Rəhimovla əlbir olaraq onunla biznes ortaqlığına başlaması generalın özünü bir məmur kimi unutması ilə nəticələnib. Zeynalovun özfəaliyyəti o həddə çatıb ki, cərimə meydançasında saxlanılan avtomobilləri satışa çıxarıb, bu meydançaları maşın bazarına çevirib.

Diqqətə çatdıraq ki, R.Zeynalov İ.Rəhimov cütlüyünün bu əlbir fəaliyyəti ilə bağlı Milli Dövlətçilik Partiyası bəyanat da verib. Partiya bu özbaşınalıqlara son qoyulmasını, Zeynalovun tutduğu posta qanunlara söykənərək fəaliyyət göstərməsini tələb edib.

Partiya bir daha bəyan edir ki, R.Zeynalovun bu qanunsuz əməlləri daim diqqətdə saxlanılacaq.

Qeyd edək ki, Milli Dövlətçilik Partiyasının bəyanatına digər partiyalar və ictimai təşkilatlar, nüfuzlu şəxslər də dəstək veriblər. Yaxın günlərdə onların birgə bəyanatla çıxış edəcəyi gözlənilir.

“Araz” qəzeti olaraq isə bizim apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, yol polisi sistemində rüşvətxorluq və digər özbaşınalıqlarla yanaşı yerlibazlıq da ifrat həddə çatıb. Son vaxtlar yol polisi sistemində Ramiz Zeynalov onunla eyni regiondan olmayan kadrları sıxışdırmağa başlayıb. Bu sistemə o, birmənalı olaraq öz həmyerlilərini cəlb edir. Digər regiondan olan ixtisaslı kadrlardan isə yol polisində işə düzəlmək üçün 30-50 min manat civarında rüşvət tələb edilir.

Nəzərə çatdıraq ki, yol polisində baş verən neqativlər zaman-zaman mətbuatın diqqətində olub. Hətta bir müddət öncə rəsmi dövlət qəzetlərində də Ramiz zeynalovun rəhbərlik etdiyi sistemin əhalini hakimiyyətə qarşı narazılıq yaratması barədə sərt tənqidi materiallar dərc olunmuşdu.

Doğrudan da, baş verən neqativlərlə Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov sosial partlayışa zəmin hazırlayan məmurlar sırasına qoşulub. Yol polislərinin və nəqliyyat müfəttişlərinin özbaşınalığı hər an ölkədə sosial partlayışa səbəb ola bilər. Adi bir yol hərəkəti qaydasını pozan sürücü ilə yol polisi mübahisə edirsə və bu mübahisəni seyr etmək üçün onların başına xeyli adam toplaşırsa, kiçik bir qığılcım bəs edər ki, iki nəfər arasındakı söz deyişməsi ictimai asayişin kütləvi şəkildə pozulması halına çevrilsin, yaxud da toplanan narazılıqlar günlərin birində kütləvi aksiya ilə nəticələnsin.

Anar MUSTAFA

95 -dən səhifə 97

Əlaqəli xəbərlər