RUSİYADAKI NÜFUZLU DİASPOR TƏŞKİLATLARIMIZIN RƏHBƏRLƏRİ XEYRİYYƏÇİ DİASPORÇU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT ETDİLƏR

show_image.jpg
Diaspor rəhbərləri Rusiya vətəndaşı olan iş adamı,fəal diasporçu Rəfail Hümmətovun başına gətirilənlərə qanun çərçivəsində qiymət verilməsi üçün ölkə başçısına müraciət edirlər
 
“Rusiya vətəndaşı olsa da, Rəfail Hümmətovun qəlbi həmişə doğma Azərbaycanla döyünən və Sizin də böyük inam bəslədiyiniz xeyriyyəçi iş adamı olan həmyerlilərimizdəndir”
 
“Hümmətovların təqib-təzyiqlərə məruz qalmalarının başlıca səbəbi, Rəfail Hümmətovun bu beş il müddətində Anar Məhərrəmova külli miqdarda pulunu qanuni yolla ondan geri tələb etməsidir”
 
Çox hörmətli Cənab Prezident!
Bu yaxınlarda rəhbəri olduğumuz və Rusiya Federasiyasının Novosibirsk vilayətində uzun zamandır faydalı diaspor fəaliyyəti ilə məşğul olan Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun və Türkdilli Xalqlarla Slavyan Xalqları arasında «Sodrujestvo» Əməkdaşlıq Fondunun ünvanlarına, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində başdansovdu aparılmış bir araşdırma prosesesinə dərin narazılıq ifadəsi olan məktub daxil olub. Məktub müəllifi – Rusiya vətəndaşı, fəal diaspor nümayəndəsi və iş adamı Rəfail Talıb oğlu Hümmətovun doğma Vətəni Azərbaycanda başına gətirilənlər, Rusiyanın hər yerindəki nüfuzlu diaspor qurumlarında olduğu kimi, bizim təşkilatlarda da, ciddi reaksiya doğurdu.
Əslən Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Rəfail Hümmətov, öz məktubunda qeyd edir ki, beş ilə yaxındır həmkəndliləri –Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbəsinin rəisi Anar Məhərrəm oğlu Məhərrəmovun və «Seyidəli» ləqəbli Əli Həsən oğlu Seyidovun qanunsuz hərəkətləri, özbaşınalıqları, təhdid və hədə-qorxuları ilə üz-üzədir. Onların hegemonçuluq xarakterli əməllərindən, Rəfail Hümmətovun Düz Qırıqlı kəndində yaşayan həyat yoldaşı və üç övladı da, olmazın əzab-əziyyət çəkirlər.
Hümmətovların təqib-təzyiqlərə məruz qalmalarının başlıca səbəbi, Rəfail Hümmətovun bu beş il müddətində Anar Məhərrəmova, Əli Seyidovun təklifi ilə, üst-üstə verdiyi külli miqdarda pulunu –166.700 (yüz altmış altı min yeddi yüz) ABŞ dollarını və 7.000(yeddi min) manatı – qanuni yolla ondan geri tələb etməsidir.
Məbləği böyük olan bu pul, Tovuz rayonunda şərikli iş qurmaq adıyla, Rəfail Hümmətovdan «qoparılıb». Lakin edilən təkliflər sonda dələduzluğun bariz nümunəsi kimi ortaya çıxıb. Aldandığını görən pul sahibinin verdiklərini xahiş-minnətlə geri istəməsi xeyli müddət nəticəsiz qalıb; Üstəlik, özü qarışıq, ailəsi də, sabiq «mtnçinin» təqib-təzyiqlərindən, hədə-qorxularından, təhdidlərindən təngə gəliblər.
Rəfail Hümmətov məcburiyyətdən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib; Pullarının geri alınmasını, özünün və ailəsinin pozulmuş hüquqlarının bərpasını, əsl günahkarların məsuliyyətə cəlb olunmasını onlardan xahiş edib. Respublika Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə dəfələrlə etdiyi şikayətlərin müsbət nəticəsi olmayıb.
Naəlac qalan Rəfail Hümmətov, sonda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət ünvanladığını bildirir. Prezident Administrasiyasından baxılması üçün DTX-yə göndərilmiş müraciətinə də, eynən Daxili İşlər Nazirliyindən və Baş Prokurorluqdan aldığı cavablar kimi, başdansovdu cavab alıb. DTX-nin idarə rəisi Faiq Şamilovun imzası ilə verilən cavabda da, göstərilib ki, şikayətçinin ərizəsi əsasında xidməti yoxlama aparılıb və nəticədə, DTX əməkdaşı Anar Məhərrəmovun ona külli miqdarda pul borcunun olması ilə bağlı bildirdiyi xüsusatlar təsdiqini tapmayıb: Guya ki, onların ortaq tanışları – Şəmkir rayon sakini Əli Müseyib oğlu Rzayev qeyd edilən külli miqdarda pulu Rəfail Hümmətovdan şəxsi biznes qurmaq üçün aldığını, pulları biznes fəaliyyətinə sərf etdiyini, həmin pulların DTX əməkdaşı Anar Məhərrəmova heç bir aidiyyatının olmadığını bildirib.
Çox hörmətli Cənab Prezident!
Rəfail Hümmətov yazdığı məktubunda onu da göstərib ki, şikayət xarakterli bu müraciətini yalnız bizim rəhbəri olduğumuz diaspor təşkalatlarına deyil, həm Rusiyanın ayrı-ayrı regionlarında nüfuzu olan digər diaspor qurumlarımıza, həm də Rusiyanın Azərbaycandakı, Azərbaycanın Rusiyadakı səfirliklərinə, hətta Federasiyanın hüquq-mühafizə orqanlarına ünvanlayıb. Elə, bu xoşagəlməz səbəbdən doğan ciddi narahatçılıq da, bizi şəxsən Sizə müraciət ünvanlamağa vadar edib. Çünki Rusiyanın bu böyük regionunda uzun zamandır nüfuz sahibləri olan bu təşkilatlarımız, bütün dövrlərdə, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan dövlətçiliyi, milli maraqlarımız naminə çalışıb, onun layiqli davamçısı kimi, ölkə rəhbəri postunda Sizin apardığınız möhtəşəm daxili və xarici siyasətə, birmənalı şəkildə, inam, ehtiram, sədaqət və güclü dəstək nümayiş etdirib. Daim fəxrimizə çevrilən bu möhtəşəm siyasətinizə kölgə salacaq hər hansı məsələnin  doğma Azərbaycan səviyyəsindən kənarda müzakirəyə çıxarılmasının əleyhinə olub: Bu istiqamətdə olduqca çətin mübarizələrdən belə, heç vaxt çəkinməyib – hesab etmişik ki, belə xoşagəlməz işlər Azərbaycan xalqına başucalığı gətirməz.  
Çox hörmətli Cənab Prezdient!
Məhz, bu səbəbdən, Sizdən xahiş edirik ki, Rusiya vətəndaşı olan fəal diasporçu Rəfail Hümmətovun başına gətirilənlərə qanun çərçivəsində qiymət verilməsi üçün, əlaqədar dövlət qurumlarına ciddi göstərişlərinizi verə, bu işi öz nəzarətinizdə saxlayasınız! Biz Sizə arxayınıq və ədalətli qərar qəbul edəcəyinizi gözləyirik. Bizcə, bu, həm də doğma Vətəndən kənarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanınmış həmyerlilərimizin Azərbaycana sərmaye qoyub, iş yeri açmaları üçün Sizin tribunalardan etdiyiniz çoxsaylı çağırışlara daha bir inam yaradardı.
Sonda, onu da nəzərinizə çatdırırıq ki, Rusiya vətəndaşı olsa da, Rəfail Hümmətovun qəlbi həmişə doğma Azərbaycanla döyünən və Sizin də böyük inam bəslədiyiniz xeyriyyəçi iş adamı olan həmyerlilərimizdəndir. Uzun zaman doğma Vətənindən uzaqlarda min bir əziyyətlə qazandıqlarını el-obasının rifahı naminə xərcləməkdən  heyfislənən də deyil. Doğulub, boya-başa çatdığı Tovuz rayonunun abadlaşdırılması üçün əlindən gələni əsirgəməyib. Burada gördüyü alqışalayiq xeyriyyə işlərindən hamı ağızdolusu danışır. Lakin onun özü etdiyi yaxşılıqlar barədə danışan, bunu reklam edən də deyil.
Sonda dediklərimizi nəzərə alıb, dara düşənə kömək əli uzadacağınıza bir daha qəti əminik və ona göstərəcəyiniz köməyə görə, biz də, Sizə qabaqcadan minnətdarlığımızı bildiririk
      08.01.2018
 
      Dərin hörmətlə,
 
      Mirtağı Heydər oğlu Seyidov
 
      Heydər Əliyev adına Beynəlxalq Azərbaycan
 
      Forumunun Prezidenti,
 
      Ünvan: Россия. 630004, г. Новосибирск, ул. Ленина 57   
 
 
     Fərman Tağı oğlu Rəsulov
 
     Türkdilli Xalqlarla Slavyan Xalqları Arasında
 
     «Sodrujestvo» Əməkdaşlıq Fondunun Prezidenti
 
     Ünvan: Россия. 630004, г. Новосибирск, ул. Челюскинцев, 18/57,
 

365İNFO.AZ

Qərbi təlaşa salan “SSRİ planı”: Kreml nə hazırlayır?

450px-Sovet_Sosialist_Respublikaları_İttifaqı.jpg

Araz.az bildirir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo Rusiya prezidenti Vladimir Putinin keçmiş Sovet respublikalarına dair planını açıqlayıb.“Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, MKİ başçısı Putinin Rusiyanın keçmiş imperiya sərhədlərini bərpa etməyə çalışdığını diqqətə çatdıraraq deyib ki, o, keçmiş SSRİ-ni bərpa etmək niyyətindədir.“Putinin niyyətlərinə dair fikrimiz dəyişməyib. O, hələ də hesab edir ki, XX əsrin ən böyük uğursuzluğu SSRİ-nin dağılması olub. O, əvvəlki SSRİ-nin şöhrətini və əzəmətini bərpa etmək niyyətindədir. O, hər gün bu fikirlə yuxudan oyanır, onun ikinci fikri isə təkrar prezident seçilməkdir”, – deyə Mayk Pompeo qeyd edib.

“Heç kəsi inandıra bilmirəm ki, SSRİ-ni yenidən qurmaq istəmirəm”

SSRİ-nin dağılmasından sonra ilk dəfə Rusiyanın keçmiş imperiya gücünü geri qaytarmaq niyyətində olduğu Vladimir Putinin hakimiyyətə gəlişindən sonra gündəmə gəldi.Ukraynanın Krım bölgəsinin federasiyaya ilhaqı və Donbasın rus separatçılar tərəfindən işlağ edilməsi, bu ehtimalı daha da gücləndirdi.Krımın ilhaqı ABŞ və Avropa İttifaqının siyasi gündəliyində “Putin Sovet İtifaqını yenidən qurmaq üçün qollarını çırmaladı”, başlıqlı tezislərlə özünə şərh tapırdı. Krımın ələ keçirilməsinədək irəli sürülən ittihamlar qarşısında həmişə susan Kreml başçısı nəhayət ilk dəfə bunlara cavab verdi. 2015-ci ilin aprelin 1-də “Rossiya 1” telekanalında çıxış edən Vladimir Putin dedi ki, keçmiş Sovet İttifaqını yenidən qurmaq niyyətində olmadığını heç kəsə inandıra bilmir. “Qərb dövlətləri Ukrayna üzərində yaranmış anlaşılmazlığı aradan qaldırmaq yerinə, Sovet İttifaqının yenidən qurulmasının qarşısını almağa çalışırlar.Lakin heç kəsi bu niyyətdə olmadığıma inandıra bilmirəm”, – deyə o qeyd etdi.Amma bu çıxışın aprelin 1-nə, yəni, “Gülüş”, yaxud “Aldatma” gününə təsadüf etdiyini nəzərə alsaq, Putinin zarafat etdiyini, hər kəsi aldatdığını zənn edə bilərik. Çünki onun keçmiş imperiya sərhədlərini bərpa etmək niyyətində olması, az qala dəlillərlə sübut edilmiş bir məsələdir.

Putinin imperialist səyləri

Vladimir Putinin özü dəfələrlə etdiyi çıxışlarında SSRİ-nin dağılmasını “XX əsrin ən böyük fəlakəti” adlandıraraq, bu ittifaqı parçalamaqda ittiham etdiyi Mixail Qorbaçovu məhkəmə qarşısına çıxarmağa cəhd də edib. Bu istəyi reallaşmasa da zaman-zaman keçmiş Sovet məkanında yerləşən respublikaları yenidən bir “çətir” altına yığmağa cəhdlər edir. “SSRİ-nin yeni modeli” adlandırılan Avrasiya İttifaqının təsis edilərək vaxtilə SSRİ-yə daxil olmuş bir sıra respublikaların bu birliyə cəlb edilməsi, Ukrayna ərazilərinə olan iddialar, Krımın ilhaqından sonra bu ölkənin tamamilə Rusiyaya birləşdiriləcəyinin gündəmə gətirilməsi, Gürcüstan ərazilərinin işğal edilməsi, Qazaxıstanın Şimal bölgələrinə olan iddialar, Moldovanın ilhaqına dair məsələnin gündəmə gəlməsi, Belarusun Rusiyaya birləşdirilməsinə yönəlik cəhdlər və s. kimi səylərini Putinin bu ambisiyasına bağlamaq olar. Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həll prosesinin dayandırılması fonunda ara-sıra Moskvadan Cənubi Qafqaz respublikalarına dair “Rusiyanın keçmiş əraziləri” tezisi üzərində fokuslanmış bəyanatların səsləndirilməsi də bu qəbildəndir. 

Post-Sovet məkanı yenidən ABŞ-ın diqqətində

MKİ başçısının iddiasını şərh edən bir sıra analitiklər bunun Rusiyaya ediləcək yeni təzyiqlərin anonsu olduğunu istisna etmirlər.Hesab edilir ki, mart ayında Rusiyada keçiriləcək prezident seçkilərində qalib gəlmək şansı yüksək olan Putinin növbəti dəfə federasiyaya rəhbərlik etməsi ilə razılaşmaq istəməyən ABŞ, yaxud Qərb buna görə də Moskvaya edilən təzyiqləri daha da sərtləşdirəcək.Söhbət seçkilərə müdaxilə, bu cəhdlər də effektli olmayacağı halda, seçkilərdən sonra Putinin keçmiş Sovet respublikalarını ələ keçirmək niyyətində olduğunu əsas götürərək NATO-nun bu məkanda mövqelərinin gücləndirilməsi cəhdlərindən gedir.Bu baxımdan, ehtimal etmək olar ki, Vladimir Putinin növbəti hakimiyyəti illərində keçmiş SSRİ-yə daxil olan ölkələrdə Rusiyanın nüfuz dairəsinin zəiflədilməsi ABŞ-ın xarici siyasətinin priotitetlərindən biri olacaq. Prezident Donald Trampın açıqladığı “ABŞ-ın Təhlükəsizlik Strategiyası”nda da Rusiyanın ətraf dövlətləri təhdid etdiyi diqqətə çatdırılaraq, növbəti illərdə Rusiya ilə mübarizənin prioritet olacağı qeyd edilir.

“Həqiqətən də Putin SSRİ-ni bərpa etmək istəyir”

Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə açıqlamasında Putinin keçmiş Rusiya imperiyasını yenidən qurmaq istədiyini bildirib. O, Pompeonun iddiasının əsaslı olduğunu deyib:

“Gennadi Zyüqanov və Vladimir Jirinovski dəfələrlə Putinin adından keçmiş SSRİ-nin yenidən qurulmasının vacibliyindən danışıblar. Hesab etmək olar ki, Putin keçmiş ittifaqı yenidən dirçəltməyi özünün bir nömrəli vəzifəsi kimi qəbul edir.Rusiya həqiqətən də bu niyyətdədir. Yenə də Jirinovski və Zyüqanov Putinin adından diqqətə çatdırırlar ki, Cənubi Qafqazdakı münaqişələr o halda həll olunacaq ki, bu bölgədə yerləşən respublikalar – Azərbaycan, Gürcüstan və Ermənistan Rusiyanın tərkibinə daxil olacaqlar. Yəni, Rusiya müxtəlif bəhanələrlə keçmiş Sovet məkanında yerləşən ölkələri özünün ərazisi hesab edir.Krımın ilhaqından sonra Rusiyadan rəsmi və qeyri-rəsmi səviyyələrdə o bəyanatlar verildi ki, Ukrayna da Rusiyanın tərkibinə daxil ediləcək.Ukrayna hələ də Rusiyanın bu təhdidi altındadır.Bütün bunlar onu göstərir ki, Rusiyanın imperiya ambisiyası olduqca güclüdür.Rusiya təkcə post-Sovet məkanını yox, daha geniş ərazilərə iddia edir.İmperiya ambisiyası, əsrlərdir Kremlin siyasi təfəkküründə oturuşmuş bir anlayışdır.Məsələn, Krımı ilhaq edəndən sonra Putinin daxildəki reytinqi sürətlə artdı.Suriyaya qoşun yeritdi, bu da onun nüfuzunu gücləndirdi.Yəni, ruslar Putinin imperiya siyasətini alqışlayırlar və onu sevirlər.Bu baxımdan, Mərkəzi Kəşfiyyat İdarəsinin iddiası ilə razılaşmaq olar, amma bunun həyata keçəcəyi qeyri-mümkündür”.


Qabil Hüseynli Qərb, yaxud ABŞ-ın Rusiyada keçiriləcək prezident seçkilərinə müdaxilə edəcəyini istisna etmir, bu baxımdan, Mayk Pompeonun bu xəbərdarlığını Putinə ediləcək təzyiqlərə işarə ola biləcəyini də qeyd edir:

“Müdaxilələr mümkün ola bilər. Amma zənn etmirəm ki, Qərbin bu müdaxilələri effektli olacaq.Çünki Putinin daxili reytinqi olduqca yüksəkdir.Putin seçkilərdən əvvəl özü üçün elə bir şərait yaradıb ki, prosesdə onun qabağına çıxa biləcək güclü alternativi yoxdur. O, indidən bütün maneələri aradan qaldıraraq kürsüdə oturub. Buna görə də kənar müdaxilələrin işə yarayacağını düşünmürəm”.    /Cebhe.info/

TƏCİLİ!!! Dəhşətli sonluğun ANONSU, İrəvanı vəlvələyə salan İLDIRIMSÜRƏTLİ ƏMƏLİYYAT…

1517082398_qarabag_muharibe.jpg

Araz.az bildirir ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan XİN başçılarının Krakov görüşünün detallarını açıqlayıb. Türkiyə və Azad Suriya Ordusunun həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edir. Afrin əməliyyatını uğurla davam etdirən Türkiyə bölgədə ABŞ-la üz-üzə gələ bilər. Ankara Vaşinqtonun “Suriyada əməkdaşlıq” təklifinə şərtlə cavab verib. Suriya Milli Dialoq Konqresində PYD-nin iştirak etməyəcəyi dəqiqləşib. Davos Dünya İqtisadi Forumunun 48-ci iclası keçirilib. İran Qərbi İŞİD terror qruplaşmasının döyüşçülərini Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirməkdə ittiham edib. KXDR bir neçə ay sonra ABŞ-a nüvə zərbəsini vurmaq gücündə olacaq. Ukrayna prezidenti Pyotr Poroşenko Qərbi 
Ukraynanı Rusiyadan müdafiə etməyə çağırıb.

Azərbaycan, Dağlı Qarabağ

23-26 yanvar tarixlərində Davosda Dünya İqtisadi Forumunun 48-ci iclası keçirilib. İclasa 100-dən çox ölkənin 3000-ə yaxın iş adamı, siyasətçi və akademiki qatılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündə əsasən münaqişə zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsi məsələsi müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verdilər". Bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan XİN başçılarının Krakov görüşünü şərh edən deyib.

“Global Firepower” təşkilatı növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayıb. 2017-ci il üçün hazırlanan “Global Firepower Index”in müəllifləri təxminən 50 meyar üzrə dünya ordularının gücünü qiymətləndiriblər.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Qazaxıstan rotasiya qaydalarına uyğun olaraq hazırda Şuraya rəhbərlik edir. Ermənistan Qazaxıstanın Qarabağ məsələsini Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyindən və Azərbaycanı ərazi bütövlüyünün pozulduğu faktını beynəlxalq ictimaiyyətin qarşısında qaldıracağından narahatdı

Ermənistan ordusunda 2010-2017-ci illər ərzində 531 itki qeydə alınıb. Bu barədə Ermənistanın “Sülh dialoqu” ictimai təşkilatının hazırladığı hesabatda deyilir. Bu hesabat erməni ictimaiyyətində ciddi rezonansa səbəb olub.

Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan baş nazir seçkilərinin aprelin 17-si saat 12:00-da keçiriləcəyini açıqlayıb. Bu açıqlamanın verildiyi gün Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfər getdi. Sarkisyan Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşdü. Aprelin 9-da prezident səlahiyyətlərini təhvil verəcək Sarkisyanın Fransa səfəri təsadüfi deyil.
Erməni şərhçi Ermənistanı anarxiya günlərinin gözlədiyini də qeyd edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma "erməni soyqırımı" ilə bağlı çıxışında Ermənistanı əllərindəki bütün faktları ortaya qoymağa çağırıb.
Bu sözləri Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Bursada partiyanın rayon təşkilatının konfransında çıxışı zamanı dilə gətirib. O bildirib ki, həqiqətlərin üzə çıxması üçün Ermənistan bütün arxivləri açmalıdır

Azərbaycanın Rusiyadan aldığı yeni silahlar həmişəki kimi, yenə də Ermənistanda ciddi narahatlığa səbəb olub. Yanvarın 19-da Rusiyadan yeni hərbi texnikanın növbəti partiyası Azərbaycana gətirilib.

Ermənistan mediası ağır texnikanın cəbhəyə göndərilməsinin Dağlıq Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələri üçün təhlükəli nəticələrə səbəb olacağına diqqət çəkir.

Türkiyənin uğurlu Afrin əməliyyatı Ermənistanı təşvişə salıb. Ermənilər Türkiyənin güclənməsindən və gələcəkdə Dağlıq Qarabağın azad olunmasına töhfə verməsindən qorxurlar. Erməni siyasi şərhçi K.Ambartsum Amerikanı Türkiyənin qarşısını almamaqda ittiham edib.

“Görünür, sabah Ankara və Bakı Qarabağda hərbi əməliyyata başlasa, Türkiyənin gücü qarşısında heç kim səsini çıxara bilməyəcək və heç kim Ermənistanı müdafiə etməyəcək”, - deyə o bildirib.

Ermənistan milli elmlər akademiyasının şərqşünaslıq institutunun direktoru, politoloq Ruben Safrastyan Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini hesab edir.

Ermənistan ordusunda müdafiə naziri Viqen Sarkisyana qarşı gizli təşkilatlanma başlayıb. Ordudakı generallar nazirin “vurulması” üçün gizli görüşlər və məsləhətləşmələr aparırlar.

Erməni siyasi şərhçi Naira Ayramyan yazır ki, generallar sistem dəyişikliyindən sonra Azərbaycanın erməni ordusunu Qarabağdan asanlıqla təmizləyəcəyindən qorxurlar.

Türkiyə, İran, Yaxın Şərq

Yanvarın 20-də Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordudu (ASO) Suriyanın Afrin bölgəsində PYD-yə (PKK terror təşkilatının Suriya qanadı –red.) qarşı “Zeytun budağı” əməliyyata başladı. Türkiyə KİV-inə istinadən Afrin əməliyyatı ilə Türkiyənin çatmaq istədiyi əsas hədəfləri təqdim edirik.

Afrinin şərq cəbhəsin yerləşən strateji əhəmiyyətli Burseya dağına nəzarət yanvarın 24-də tamamilə ələ keçirilib. Burseya dağı Afrin mahalının mərkəzindən 16 kilometr məsafədə yerləşir. Dağ həmçinin Afrinin şərq cəbhəsində PYD (PKK terror təşkilatının Suriya qanadı - red.) terror təşkilatının ilk müdafiə xəttini təşkil edirdi. “Mehmetçik şimalda 3, qərbdə 2, şərq cəbhəsində də 1 istiqamətdən terror təşkilatının nəzarət etdiyi ərazilərə daxil olub.

Yerli mənbələrin məlumatına görə, PYD/PKK İŞİD terror qruplaşmasının əsirlikdə olan döyüşçülərini azad edib. İŞİD döyüşçülərinin qarşısına Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu ilə döyüşmək şərti qoyulub. İnformasiya sonradan rəsmi Ankara tərəfindən də təsdiqləndi.

ABŞ-ın Suriyanın şimalına 5 min TIR silah-sursat gətirdiyini deyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onların terror təşkilatlarına paylaşıldığını bildirib. Prezidenti Afrində bir addım geri atılmayacağını söyləyib.

Yanvarın 23-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Parisdə ABŞ Dövlət katibi Reks Tillersonla görüşüb. Tillerson və Çavuşoğlu “Zeytun budağı” əməliyyatını müzakirə ediblər.

Reks Tillerson Türkiyəyə Suriyada 30 kilometr dərinlikdə təhlükəsizlik xəttinin qurulmasını və Suriyanın şimali-qərbində təhlükəsiz zonanın yaradılmasını təklif edib. Təklifə cavab verən Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ “silahları toplayın” çağırışı edib.

Mövlud Çavuşoğlu isə bu məsələnin müzakirəsinin zamanı olmadığını deyib.
Reks Tillersonun “təhlükəsiz zonanın yaradılması üçün Türkiyə ilə birlikdə çalışa bilərik” şəklində bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 il əvvəl irəli sürdüyü planı yada saldı. Ərdoğan 2013-cü ilin may ayında baş nazir postunda olarkən ABŞ-a səfər etmiş və Suriyada uçuşa qadağan bölgənin elan edilməsini təklif etmişdi.

Ərdoğan həmçinin, evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlar üçün təhlükəsiz bölgənin yaradılması və koalisiya gücləri ilə ortaq quru əməliyyatın həyata keçirilməsini nəzərdə tutan 3 mərhələli planı təqdim etmişdi. Lakin plan dövrün ABŞ prezidenti Barak Obama tərəfindən qəbul olunmamışdı.

Reks Tillersonun “təhlükəsiz zona”nın yaradılması və Suriyada 30 kilometr dərinlikdə təhlükəsizlik xəttinin qurulması barədə Türkiyəyə etdiyi təkliflərin arxasında çirkin məqsədlər dayanır. Ekspertlərin sözlərinə görə, məqsəd Aralıq dənizinə çatdırılması planlaşdırılan “PKK/PYD dəhlizi” və “PKK/YPG sərhəd birliyi” layihələrindən Ankaranın diqqətini yayındırmaqdır

"Rusiya Afrin əməliyyatını diqqətlə müşahidə edir və Suriya ilə Türkiyənin nümayəndələrilə daim əlaqə saxlayır". Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Peskov əvvəlki kimi Suriyanın ərazi bütövlüyünün saxlanılması prinsipini əsas hesab etdiklərini deyib.

Kremlin sözçüsü ABŞ-ın Vaşinqtondakı hərəkətlərini də tənqid edib. Onun sözlərinə görə, ABŞ ya Suriyada təxribatla məşğuldur, ya da ölkədəki vəziyyətlə bağlı informasiya çatışmazlığı yaşayır.

ABŞ kürd müttəfiqləri vasitəsilə Türkiyə-Suriya sərhədinə nəzarəti ələ keçirmək istəyir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

“Biz çoxdan ABŞ-ın Suriyanın əhəmiyyətli hissəsində alternativ hakimiyyət orqanları yaratması kursunu götürdüyünə diqqət edirik. Bu xəttin inkişafı Suriyanın daxili işlərinə kobud müdaxilədir. Bir neçə gündə Suriyanın Türkiyə və İraqla sərhədi boyunca təhlükəsizlik qüvvələrinin yarandığı elan edildi. Sonradan bu inkar edildi, amma faktlara əsasən, Suriyanın Türkiyə və İraqla sərhədinin nəzarətə alınması prosesi davam etdirildi”, – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ kürdləri Dəməşqlə dialoq aparmamağa inandırmağa çalışır və onlar arasında separat əhval-ruhiyyəni yayır.

Yanvarın 24-də Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı Ərdoğan amerikalı həmkarını Suriyadakı kürd silahlı birləşmələrinə dəstəyə son qoymağa çağırıb. Öz növbəsində Tramp Afrində vəziyyətin gərginləşməsindən narahatçılığını ifadə edib.

Yanvarın 23-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub. Prezidentlər Türkiyə ordusunun Suriyanın Afrin bölgəsindəki əməliyyatını və Soçidə 29-30 tarixlərində Suriya üzrə milli dialoq konqresinə hazırlıq işlərini müzakirə ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatından sonra atılacaq iki addımı açıqlayıb. Ərdoğan Münbiçin terrorçulardan təmizlənəcəyini və İraq sərhədinə qədər heç bir terrorçunun qalmaması üçün mübarizənin davam etdiriləcəyini deyib.

PYD/YPG qüvvələri Afrinə doğru hərəkət edərsə, ABŞ-ın dəstəyini itirəcək. Bu barədə Pentaqonun yanvarın 23-də yaydığı bəyanatında deyilib.

Rusiya “Zeytun Budağı” əməliyyatından az öncə PYD-yə Afrindən çıxmasını təklif edib. Bunu PYD liderlərindən biri olan Aldar Xəlil söyləyib.

“Rusiya əməliyyatdan öncə bizə əlimizdəki bölgələri Suriya hökumətinə verməyimizi istədi. Biz bunu qəbul etmədik. Bütün bölgələri müdafiə edəcəyik”, – deyə o bildirib.

“Zeytun budağı” əməliyyatının ilk günlərində böyük uğurlar əldə etməsi terrorçuları qorxutmağa başlayıb. PYD-nin (PKK terror təşkilatının Suriya qanadı - red.) liderlərindən olan Saleh Müslim “Euronews” kanalına müsahibəsində ABŞ və digər ölkələrdən Türkiyənin dayandırılması üçün kömək istəyib.

PYD həmçinin Suriya hökumətini Türkiyəyə qarşı savaşda onlara kömək etməyə çağırıb. Bu barədə informasiya Afrin Muxtar Administrasiyasının rəsmi saytında yer alıb.

“Biz Suriya dövlətini öz suveren öhdəliyini yerinə yetirməyə və sərhədlərini Türkiyədən qorumağa səsləyirik. Suriya dövlətindən öz ordusunu Afrində yerləşdirərək, sərhədləri gücləndirməsini istəyirik”, – müraciətdə deyilirdi.

Afrin əməliyyatını uğurla davam etdirən Türkiyə bölgədə ABŞ-la üz-üzə gələ bilər. Afrindən fərqli olaraq, Münbiçdə amerikalı hərbçilər mövcuddur. Məlumata görə, Türkiyə ordusunun artıq Münbiç əməliyyatı planı hazırdır. Vaşinqtonu ən çox narahat edən də məhz bu plandır.

ABŞ “Zeytin budağı” əməliyyatı və Suriya ordusunun qələbələrindən sonra bölgədən “qəbul edilə bilən” şərtlərlə çıxmağı müzakirə edir. Bu haqda ABŞ-ın Xarici Əlaqələr Şurasının mətbu orqanı olan “Foreign Affairs” son məqaləsində Suriya ordusunun qəti qələbəsini etiraf edib.

Məqalədə PKK/PYD terror təşkilatının Suriya ilə razılaşmasının yeganə həll variantı olacağı fikri ön plana çıxarılıb.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tomas Bossert Davosda keçirilən Dünya İqtisadi Forumunda “Zeytun budağı” əməliyyatını dəyərləndirib. Onun sözlərinə görə, ABŞ Ankaranın Afrindən çəkilərək YPG ilə döyüşməməsi istəyir.

ABŞ-ın hərbi məsləhətçilərinin də bölgədə olduğunu deyən Trampın məsləhətçisi hər hansı yanlış hesablamanın ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

Yeni Nazirlər Kabinetinin formalaşmasına qədər Almaniya hökuməti Türkiyəyə silah ixracını dayandırıb. Bu haqda vitse-kansler və Xarici İşlər Nazirliyinin başçısı Ziqmar Qabrielə istinadən “Spiegel” nəşri bildirir.

Nəşrin məlumatına görə, ixracın dondurulması Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyatla bağlıdır. Qabriel bildirib ki, Berlin Suriyanın şimalında hərbi münaqişəyə görə çox narahatdır.

Almaniya həmçinin “Leopard” tanklarının modernləşdirilməsi üzrə proqramları dayandırıb. “Spiegel” yazır ki, qərar Qabriel və kansler Angela Merkel arasında uyğunlaşdırılıb.

“Zeytun budağı” əməliyyatının əsl məqsədi PYD-nin həyata keçirdiyi assimilyasiya siyasətini aradan qaldıraraq bölgəni əsl sahiblərinə təslim etməkdir”. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını şərh edən türkiyəli ehtiyatda olan general İhsan Başbozkurt “Yeni Şəfəq” nəşrinə müsahibəsində deyib.

Generalın sözlərinə görə, əməliyyatın ən kritik nöqtəsi coğrafi olaraq Tel Rıfat, Minnığ və İdlibdəki müşahidə nöqtələrinin olduğu xəttin birləşdirilməsidir.

Onlarla xarici döyüşçü Afrinda Türkiyəyə qarşı döyüşür. Bu haqda PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin sözçüsü Redur Xəlil “Röyters” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ, İngiltərə və Almaniya vətəndaşları PYD-nin sıralarında Türkiyəyə qarşı döyüşlərdə iştirak edir.

“Böyük Yaxın Şərq layihəsi iflasa uğrayan ABŞ-ın əlində yalnız kürd kartı qalıb”. Bunu “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin “Aydınlıq” qəzetinə müsahibəsində deyib.

ABŞ Suriyadakı məğlub vəziyyyətinə düşdüyünü deyən Duqinin sözlərinə görə, Vaşinqton Avrasiya ölkələrinin birliyini poza biləcək təxribatlara əl ata bilər. Politoloq hesab edir ki, indi Türkiyə baxımından ABŞ ilə strateji ittifaqı pozmanın zamanıdır.

Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını “işğal” olaraq qiymətləndirib. Suriyalı diplomat Böyük Britaniyanın BBC-yə verdiyi açıqlamasında Türkiyəyə cavab verəcəklərini söyləyib.

Yanvarın 22-də Suriyanın hökumət qoşunları və könüllü müdafiə dəstələri İdlib vilayətində “Ən-Nüsra” Cəbhəsi qruplaşmasına qarşı əməliyyata başlayıb. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Suriya ordusu 1500-dən çox döyüşçünü mühasirəyə alıb və onların məhv edilməsinə başlayıb. Terrorçularda tanklar, piyada döyüş maşınları, səhra artilleriya sistemləri və minaatanların olduğu bildirilir.

Yanvarın 20-də isə Suriya ordusunun bölmələri əyalətin cənubi-şərqində yerləşən Abu Duhur təyyarə bazasını ələ keçirib. Yanvarın əvvəlindən baza uğrunda döyüşlərdə hökumət qoşunları, İŞİD, “Ən-Nüsra” Cəbhəsi və “Hayat Tahrir aş-Şam” qruplaşmaları iştirak edirdi.

Baza “Ən-Nüsra” Cəbhəsinin əsas qalası hesab olunan İdlib şəhərinin 40 kilometrliyinə yerləşir.

PYD (PKK terror təşkilatının Suriya qanadı hesab edilir - red.) Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak etməyəcək. Diplomatik mənbələrdən əldə olunan məlumata görə, Türkiyə bu mövzuda İran və Rusiya ilə razılaşma əldə edib.

Qeyd edək ki, Suriya Milli Dialoq Konqresi 29-30 yanvar tarixlərində Rusiyanın Soçi şəhərində keçiriləcək.

Diplomatik mənbələr həmçinin, terrorçulara qarşı əməliyyatın Afrinlə məhdudlaşacağına dair Rusiyaya söz verildiyinə dair iddiaları təkzib edib.

Fələstin lideri Mahmud Abbas Avropa İttifaqını tezliklə Fələstin dövlətini tanımağa çağırıb. Mahmud Abbas bu haqda Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər Nazirliyinin başçıları ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Kiçik” ABŞ səfirliyi 2019-cu ildə Qüdsdə açılacaq. Bu haqda ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə deyib.

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri prezidentliyə namizədliyini verə bilər. Bu iddia ilə İsrailin “Maariv” qəzeti çıxış edib. Qəzet Kerrinin bu etirafı Londona Fələstin lideri Mahmud Abbasın köməkçilərindən biri ilə görüşü zamanı etdiyini bildirib. Kerri Fələstindən səbirli olmağı və Trampın yaxın iki il ərzində öz vəzifəsində qala bilməyəcəyini söyləyib.

İŞİD-lə mübarizə sahəsində sünni müttəfiqlərə ehtiyacımız var. Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo danışıb.

“Pentaqon PYD-YPG və sünni qruplarla birlikdə çalışaraq yaxşı iş gördü”, - Pompeo deyib.

MKİ rəhbəri, həmçinin, Afrin barədə səssizliyi ilə fərqlənən ABŞ Prezidenti Donald Trampın hər səhər mütəmadi olaraq məlumat aldığını və məsələni yaxından izlədiyini bildirib.

ABŞ və müttəfiqlərinə qarşı mübarizə aparmaq üçün Rusiyanın iştirakı ilə yeni alyans formalaşdırmaq olar. Bunu “Fars” agentliyinə açıqlamasında İranın Ali dini lideri Əli Xameneinin hərbi müşaviri Yəhya Səfəvi söyləyib.

“Vaşinqton İranı qorxutmaq, bununla da özünün siyasi, iqtisadi və hərbi hədəflərinə çatmaq istəyir. İran Rusiya, Pakistan, İraq və Suriyanın iştirakı ilə ABŞ alyansına qarşı dayanmaq üçün regional koalisiya yaratmalıdır”, – deyə o bildirib.

Qərb gücləri İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətindən sonra döyüşçüləri Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirir. Bu haqda İranın keçmiş müdafiə naziri Əhməd Vahidi bildirib.

“Qərb gücləri İŞİD-i dəstəkləyərək onun İraq və Suriyada məğlub olmamasına çalışırdılar. Amma bu ölkələrdə İŞİD-in məğlubiyyətindən sonra terror qruplaşmasının üzvlərini Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirirlər”, - o deyib.

Əfqanıstanda İŞİD-in mərkəzinin yaranması postsovet sərhədləri, xüsusilə, Rusiya üçün təhlükə təşkil edir.

İŞİD-in İraq və Suriyadan Mərkəzi Asiyaya “köçməsi” isə regiona yaxın olan Azərbaycan üçün də təhlükənin olduğunu deməyə əsas verir.

İsrail İranın Suriyada hərbi mövcudluğuna dair məxfi məlumatları səsləndirməyə hazırdır. Bunu BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı İsrailin BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Dani Danon söyləyib.

“Suriyada İran hakimiyyətinə birbaşa tabe olan 82 min döyüşçü var. Bu döyüşçülərdən 3 mini İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləridir. Hizbullah da Suriyada 3 min döyüşçü saxlayır, 10 min döyüşçünü isə İran İraq, Əfqanıstan və Pakistandan buraya gətirib. Üstəlik, İran 66 min Suriya hərbçisinə birbaşa komandanlıq edir”, – deyə o bildirib.

Qərb, Rusiya, Rusiya-Qərb münasibətləri

ABŞ Ukraynanın ətrafında yaranmış vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları genişləndirib. Xüsusi olaraq bəzi simalar və müəssisələr sanksiyalara məruz qalıb. Siyahıya "Surqut neft qaz"la bağlı 12 şirkət daxil edilib.

“Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiyanın böyüklüyünü bərpa etməyə çalışır”. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Mayk Pompeo Vaşinqtonda çıxışında bildirib.

ABŞ Nüvə Təhlükəsizliyi Milli İdarəsi yeni nüvə döyüş başlıqlarının yaradılması proqramına başlayıb. Bunu “Defens Nyus”a müsahibəsində idarənin rəhbəri Frenk Klots söyləyib. Onun sözlərinı görə, yeni nüvə başlıqları sualtı gəmilərdəki ballistik raketlər üçün nəzərdə tutulub. Bu başlıqların daha az təsir imkanları olacağı vurğulanıb.

Klots həmçinin B61-12 bombardmançılarının bombalarının, eləcə W80-4 qanadlı raketlərinin döyüş başlıqlarının modernləşdiriləcəyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl “Nyusvik” nəşri ABŞ-ın yenilənmiş nüvə doktrinasında nüvə silahının yeni, praktikada tətbiq edilə bilən formasının yaradılmasına izn verildiyini bildirmişdi. İddiaya görə, buna səbəb Rusiya və Çinlə müharibə riskinin artmasıdır.

Böyük Britaniyanın infrastrukturuna Rusiyanın hücumu minlərlə ölümə gətirib çıxara bilər. Bunu “Teleqraf” qəzetinə müsahibəsində Britaniyanın müdafiə naziri Gevin Uilyamson bildirib.

Onun sözlərinə görə, Kreml Böyük Britaniyanın infrastrukturunun kritik əhəmiyyətli nöqtələrini araşdırır və istənilən başqa ölkə üçün “tamamilə qəbuledilməz” hesab olunan hərəkətlərə hazırlaşır.

Xüsusi halda, Uilyamson hesab edir ki, Rusiyanın hədəfində krallığı qitə ilə bağlayan qaz kəmərləri və elektrikötürücü xətlər ola bilər.

ABŞ Prezidenti Donald Tramp söyləyib ki, ehtiyac yaranacağı təqdirdə, ABŞ Londonun müdafiəsinə gələcək. “Mənim sizin (Britaniya nəzərdə tutulur – red.) baş nazirinizlə münasibətlərim yaxşıdır. Onun dediyi çox şeyi dəstəkləyirəm. Hərbi planda da Britaniyanı çox güclü dəstəkləyirəm. Biz nə isə baş verəcəyi halda sizin müdafiənizə gələcəyik”, – deyə o bildirib.

ABŞ-ın raket əleyhinə yerüstü müdafiə sistemi Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikasını (KXDR) nüvə zərbələrini dəf etməyə qadir deyil. Belə fikirlə “Washington Examiner” nəşrində dərc etdiyi məqaləsində Konqres üzvü Elis Stefanik çıxış edib.

Siyasətçi xatırladıb ki, raket hücumundan müdafiə sisteminin 18 sınağından yalnız 10-u müvəffəqiyyətli olub.

Kibertəhlükəsizlik üzrə Niderland Məxfi Xidmətinin (AIVD) agentləri 2016-cı ildə seçkiqabağı kampaniya zamanı ABŞ-ın Demokratlar Partiyasının serverlərinin qırılmasında şübhəli bilinən Rusiyanın “Cozy Bear” haker qruplaşmasının seçkilərə müdaxiləsini onlayn şəkildə izləyirdilər. Bu haqda “deVolkskrant” qəzeti bildirib.

Xüsusi xidmət orqanının agentləri Rusiya hakerlərinin qərargahına 2014-cü ildən girişə malik idilər. Onlar 2014-2017-ci illər arasında əldə etdikləri informasiyanı Amerika Milli Təhlükəsizlik Agentliyi (NSA) və Milli Kəşfiyyat Agentliyinə (CİA) verirdilər.

Rusiya ilə NATO arasında başlaya biləcək hər hansı bir müharibə nüvə savaşına çevriləcək. Bu barədə Amerikada fəaliyyət göstərən “The National Interest” dərgisi məqalə yayımlayıb.

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikası (KXDR) bir neçə ay sonra ABŞ-a nüvə zərbəsini vurmaq gücündə olacaq. Bunu CBS telekanalına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Mayk Pompeo bildirib.

Onun sözlərinə görə, KXDR-in nüvə proqramı genişlənir, nüvə döyüş başlıqları daha güclü və daha etibarlı olur.

Ukrayna

Rusiya Donbasdan qoşunlarını çıxartmağı və Krımı geri qaytarmağı planlaşdırmır. Bu sözlər amerikalı ekspert Stiven Blankın “Atlantic Council” analitik mərkəzinin saytında dərc olunan məqaləsində yer alıb. Məqalədə vurğulanıb ki, Kremlin bu siyasəti Moskvanın çökməsinə səbəb ola bilər:

“Rusiya Krıma S-400-lər göndərməklə burada hərbi mövcudluğunu artırır. Moskva hazırda israr edir ki, Ukrayna sui-qəsd xarakteri daşıyan Minsk razılaşmalarına qoşulsun. Bu razılaşma faktiki olaraq Ukraynanı konfederasiyaya çevirə və nəticədə Donbas üzərində Kiyevin suverenliyi hər an yox ola bilər. Yaranmış çətin vəziyyətin əsas səbəbi Rusiyanın hələ də Ukraynanı müstəqil dövlət hesab etməməsi ilə bağlıdır. Moskvanın aqressiyasından sonra Ukraynanın taleyi yenidən Rusiyanın əlinə keçib. Lavrov və Putinin açıqlamaları göstərir ki, onlar imperiyanın əlçatmaz olduğunu etiraf etməkdən imtina edirlər. Onlar sadəcə öz layihələrinin necə yox olacağını tezləşdirirlər”.

Qərb sivilizasiyasının gələcəyi üçün Ukraynaya yardım edilməlidir. Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib. Onun sözlərinə görə, Ukrayna hazırda bütün dünyanı Rusiyadan müdafiə edir:

“Rusiya hazırda bütün dünyaya yalan xəbərləri yaymaqla məşğuldur. Bu yalan xəbərlər Moskvadan çox gözəl idarə edilir. Bu, sadəcə hibrid müharibəsinin bir hissəsidir”.

Rusiyanın qalmaqallı siyasətçisi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna və Polşanın milli himnlərini açıq şəkildə təhqir edib. Jirinovski fikirlərini “Rossiya 1” telekanalın efirində “60 dəqiqə” proqramında səsləndirib.

Jirinovski daha əvvəl bildirib ki, martın 18-də keçiriləcək seçkilərdə qələbə qazanacağım halda, artıq martın 20-də Kiyevin üzərində Rusiya bayrağı dalğalanacaq və Ukraynanın bütün ordusu məhv ediləcək. Qaynarxett.az

Əli Həsənov nədən hədəfə götürüldü?

1517131622_elihesenovpa2.jpg

Doğrusu, hazırda işsiz-gücsüz adamam, hər hansı redaksiya qarşısında yazmaq öhdəliyim olmadığı kimi, gündəmdə qalmaq sayaq bir qayğım da yoxdur.

Bu yazını da sırf vicdanımın hökmü ilə yazdığımı hər kəsin bilməsini istəyirəm. Dəfələrlə demişəm, mənim hakimiyyət düşərgəsində Prezidentin köməkçisi, sözün bütün mənalarında MİLLİ ADAM saydığım Əli Həsənova xüsusi sayğım var. Lakin bu yazı simpatiyanın daha bir dəfə nümayiş etdirilməsinə də xidmət etmir. Hər halda bunu məndən nə tələb edən var, nə də uman, gözləyən…
Bu yaxınlarda bir təcrübəli həmkarımla rastlaşmış, müxtəlif mövzularda söhbət etmişdik. Söhbət əsnasında dedim ki, təxminimə görə, tezliklə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova qarşı mediyada hücumlar olacaq. Niyə belə bir ehtimal yaranmışdı məndə?
1) Qarşıdan prezident seçkiləri gəlir və ictimai-siyasi proseslərlə bağlı hakimiyyətin analitik-informasiya siyasətinin tənzimləyicisi kimi Əli Həsənova qarşı hücumlar gözləniləndir.
2) Əli Həsənov Azərbaycan Prezidentinə ən sədaqətli kadrlardan biri olmaqla yanaşı, eyni zamanda idarəçilikdə son dərəcə səriştəli, müsbət reputasiyalı fiqurdur, ona qarşı qaralama kampaniyasının aparılması hakimiyyətə qarsi psixoloji basqı səciyyəsi daşıyacaq.
3) Əli Həsənovun yüksək ranqlı bir məmur kimi dövlət maraqlarının qorunmasında ardıcıl və prinsipial mövqe tutması bəzi mərkəzləri ona qarşı cəbhə açmağa hazır vəziyyətə gətirib. Bu mərkəzlər seçkiqabağı istər-istəməz fəallaşacaq və fəallaşma əsnasında Prezidentin köməkçisini hədəfə alacaqlar. 
Sözün açığı, mən gözlənilən hücumun dozor manqası kimi vaxtilə Prezident Administrasiyasında şöbə müdiri vəzifəsi tutmuş Elnur Aslanovun kurasiyasında fəaliyyət göstərənləri, o cümlədən FETÖ-nun Azərbaycan mediyasındakı simpatizanlarını təsəvvür edirdim. 1995-ci ildən- 18 yaşımdan mediya sektorunda olan bir adam kimi olduqca dəqiq bilirəm ki, milli və dövlət maraqlarından uzaq hisslərlə "yaşayıb-yaratmış” bir çoxları Elnur Aslanovun kütləvi informasiya vasitələrinə böyük təsir göstərdiyi, qəzetlər, portallar himayə etdiyi, baş redaktorlara paralar sızdırdığı günlərin xiffətini çəkirlər. Bu xəttin Əli Həsənovun adı ətrafında yaratmağa cəhd göstərəcəyi ajiotajı gücləndirməyə amadə bir qrup da var -Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri olduğu dönəmdə qılınclarının dalı da, qabağı da kəsən "reket” qəzet və portalların rəhbərləri. Heç bir müqəddəs meyar, qırmızı cizgi tanımayan bu şərəf və ləyaqət killerlərinin Əli Həsənova aqressiyaları hələ MTN-nin mövcud olduğu zamanlardandır. Nəhayət, mənim adına ümumi şəkildə "Xədicənin dəstəsi” dediyim, amma qrant uğrunda mübarizədə bir-birlərinə qarşı bizim sırf öz imzamıza hörmətdən dolayı onlar haqqında yazmaq istəmədiklərimizi, yaza bilməyəcəklərimizi səsləndirməkdən də çəkinməyən "5-ci kolon” hərəkətə keçirilə bilərdi. Nəhayət, uzunmüddətli müşahidələrimə əsaslanıb birmənalı şəkildə deyə bilərəm ki, Əli Həsənov şəxsən tanıdı-tanımadı, hər zaman mediyamızdakı sekulyar xəttin dirəncinin qırılmamasına dəstək verib, bu üzdən anti-sekulyar zehniyyətin daşıyıcılarının da həmin həmlələrdə iştirakı gümanlar sırasında idi.
Fəqət hücuma "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev keçdi. Mehman Əliyev təcrübəli isimdir, yaxşı təhsilə malikdir, hər zaman islahatlar naminə konsensus imkanlarının dəyərləndirilməsini müdafiə etmiş insandır. Lakin şəxsən mənim nəzərimdə Azərbaycan mediyasının bu günlərə gəlməsində onun mənəvi, bəzən də birbaşa məsuliyyəti var. Xatırlayıram ki, "Soros” Fondunun Azərbaycan bölməsinə rəhbərlik etdiyi dönəmdə ona dəfələrlə müraciət etmiş, mediya layihələrimə 20 min dolları aşmayan məbləğdə dəstək istəmişəm, heç zaman da nəticə görməmişəm. Ümumiyyətlə, mənim fikrimcə, yeni və ictimai maraqlara faydalı olan təşəbbüslər ACİYF-da Fərda Əsədovdan başqa heç vaxt heç kimi maraqlandırmayıb. Elə buna görə də bir insan olaraq haqqındakı mənim də qatıldığım bütün müsbət rəylərə rəğmən, Mehman Əliyev nəzərimdə "ictimai vicdanın mübarizə və prinsipiallıq ünvanı” deyil.
Əvvəla, artıq yuxarıda dediyim kimi, o, Qərbdən Azərbaycanda müstəqil mediyanın inkişafı üçün ayrılan pulların iqtidardan və müxalifətdən eyni məsafədə dayanacaq jurnalistlərin layihələrinə çatmasına deyil, bilərəkdən və ya bilməyərəkdən son nəticədə bəlli bir şəbəkə tərəfindən mənimsənilməsinə şərait yaradıb. İkincisi, öz layihələrinə, o cümlədən fərdi biznesinə zaman-zaman hakimiyyətin, hakimiyyətin müxtəlif iri fiqurlarının ən azı loyal münasibət göstərməsi üçün müəyyən əməkdaşlıqlara gedib. Mehman Əliyevin "Turan”dan kənarda müəyyən biznesə malik olması barədə "Azadlıq” qəzetinin məşhur redaksiyasında çoxları danışırdı. Üçüncüsü, Mehman Əliyevin hakimiyyətlə münasibətləri bəzən hətta o qədər sıcaq olub ki, AXCP, daha doğrusu, AXCP daxilindəki "Yurd”un maraqlarının təminatı üçün müəyyən danışıqlar şəxsən onun vasitəçiliyi ilə aparılıb. Bu barədə Mehman Əliyev özü də zaman-zaman açıqlamalar verib. Fəqət onu bir ictimai-siyasi persona olaraq mənim nəzərimdə tənqidi müstəviyə keçirən hadisə 2013-cü ilin avqustunda baş verdi. Həmin ərəfədə Mehman Əliyev Rusiya Prezidenti Vladimir Putinə məktub imzalamışdı və "şanlı namə”də Azərbaycanın şimal qonşuluğunda yerləşən super dövlətin rəhbərindən faktiki olaraq ölkəmizin iç işlərinə müdaxilə və Azərbaycanın ali qanunlarının pozularaq Rusiyadan Bakıya namizəd ixrac edilməsi xahişində bulunurdu. Sadəcə, bu fakt yetərlidir ki, zamanında böyük amallar daşıyıcısı olmasına rəğmən, ən azından 2013-cü ildən sonra Mehman Əliyevin Azərbaycan dövlətçiliyi üçün qırmızı cizgiləri gözləmədiyinə qənaət hasil edəsən.
Bunun səbəbləri isə müxtəlif ola bilər. Doğrusu, təfsilatına varmaq çətindir, daha əhatəli araşdırma tələb edən mövzudur. Ancaq səbəblər sırasında Mehman Əliyevin bir mediya kapitanı kimi ümumi planda uduzması və öz gəmisini batırması faktı olmamış deyil. Hər halda "Turan” yayım şəbəkəsindən və nəşriyyatdan asılı müxalifət qəzeti deyildi, müstəqillik görüntüsü yaratmış informasiya agentliyi idi, öz kluarında bir zamanlar Azərbaycanın ən böyük media quruluşu sayılırdı. Amma bu gün həmin agentliyin, nəinki APA kimi böyük holdinqlə, hətta ortabab bir xəbər saytı ilə rəqabət aparmaq imkanı yoxdur və bunun əsl səbəbi heç də hakimiyyətdən alınan, yaxud alınmayan pullar deyil. Bu iflasın məsuliyyətini də açıq və ya dolayı şəkildə ranqından asılı olmayaraq hər hansı məmurun, hətta Azərbaycan prezidentinin üzərinə atmaq mümkünsüzdür.
Mehman Əliyev iddia edir ki, onun həbsi ideyası Azərbaycan Prezidentinə Əli Həsənov və Baş prokuror Zakir Qaralov tərəfindən verilib, təklif isə belə əsaslandırılıb ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərində "Turan”ın direktoru müxalifətin vahid namizədi ola bilər. Öz müsahibəsində Mehman Əliyev bir neçə dəfə Əli Həsənova müraciət edir və ondan bu məsələyə aydınlıq gətirməsini istəyir. Əli Həsənov isə bu barədə "Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə qəti şəkildə bildirib: "Tam qətiyyətlə bildirirəm ki, bu iddia absurddur və qətiyyən həqiqətə uyğun deyil. Kökündən yanlış fikir və mülahizələrdir, dövlətin informasiya siyasətini və bu işə birbaşa məsul şəxs kimi mənin reputasiyamı qaralamaq məqsədi daşıyır.”.
Əli Həsənov daha sonra deyir: "Mehman Əliyev məqsədyönlü şəkildə səsləndirdiyi bu tipli açıqlamalara heç özünün də inanacağı qədər sadəlövh insan deyil. O, Azərbaycan dövlətinin media siyasətinin 90-cı illərdən başlayaraq necə formalaşdığını və həyata keçirildiyini, bu siyasətin keçən dövrdəki effektli nəticələrini, xarici dairələrin onun rəhbərlik etdiyi agentlik və digər qurumlar vasitəsilə ölkədaxili proseslərə müdaxilə cəhdlərini və buna nail ola bilmədiklərini çox yaxşı bilir. Qoy mənə dünyada ölkə göstərsin ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına buraxır. Odur ki, Mehman Əliyev də nə dediyinin fərqindədir və bu fikirlərin səsləndirilməsi sadəcə olaraq onun aldığı növbəti tapşırıqdır”.
Sözün açığı, mən Mehman Əliyevin həbsinin Prezident, o cümlədən Prezidentin Administrasiyasında sanksiyalaşdırıldığını güman etmirəm. Əgər belə olsaydı və bu həbsdə Əli Həsənov hər hansı rol oynasaydı, açıq deyəcəm, Mətbuat Şurası "Turan” İnformasiya Agentliyi direktorunun müdafiəsinə qalxmazdı. Əksinə, Mehman Əliyevin azadlığa çıxması üçün Mətbuat Şurasının müraciətlə çıxış etməsi hər kəsdə o qənaəti yaratmışdı ki, Əli Həsənov Mehman Əliyevin azadlığa çıxmasını istəyir. Mehman Əliyev də hər halda Əli Həsənovun dediyi kimi, heç də "sadəlövh adam” deyil, sadəlövh olmayan bir adamın da təşəkkürü hər halda bu səpkidə olmalı deyildi. Sadəlövh olmayan adamlar onu da gözdən qaçırmadılar ki, Fazil Məmmədovun hələ nazir olduğu zamanda Vergilər nazirliyinin saytında azadlığa çıxmış Mehman Əliyevlə bağlı məlumatlar bir neçə dəfə dəyişdi. Görəsən, Mehman Əliyev niyə öz müsahibəsində Fazil Məmmədovla kəsişən maraqları (uzlaşan və ya toqquşan, fərq etməz) barədə danışmır? Onun həbsinin səbəblərini bu ünvanda, azadlığa çıxmasına təkan verən qərarların isə Prezident Administrasiyasında qəbul edildiyini düşünmək daha məntiqli deyilmi?
Azərbaycan müxalifəti çox təəssüflər olsun ki, məntiqini çoxdan itirib. Əks halda, Rüstəm İbrahimbəyov şarlatanlığından, Cəmil Həsənli avantürasından sonra "yeni ortaq namizəd” axtarışına çıxmaz, Mehman Əliyev də AXCP və Müsavat kimi siyasi resursları tükənmiş və marginallaşmış siyasi dərnəklərin namizədi olmaq havasına girməzdi. Mehman Əliyevin nəinki prezident, hətta parlament seçkilərində hakim partiyanın ortabab bir namizədini udmaq şansı yoxdur. Elə bu səbəbdən də azacıq reallıq hissi olan siyasi texnoloq hakim düşərgənin mənfəəti üçün ona çalışar ki, İlham Əliyevin müxalif rəqibləri məhz bu cür zəif və əliyalın siyasi xarakterlər olsun.
Mehman Əliyevin açıqlamasında bir məqam da var. Onun iddia etdiyinə görə, Emin Hüseynov yaratmaq istədiyi telekanala efir dalğası almaq üçün tenderdə iştirak edib. Eminin iştirak məqsədi isə bu imiş ki, tenderin formal olduğunu sübut etsin. İnsan qərəzlə, qeyri-səmimi danışanda doğrudan da kələfi qarışdırır. İştirak məqsədi tenderin formal olduğunu sübut etmək olan bir adamın və bir layihənin tenderi qazanması nə dərəcədə məntiqli və faydalı olardı, əcaba? Söhbət həm də o Emin Hüseynovdan gedir ki, bəzi məqamlarda elə Mehman Əliyevin dəstəyi ilə Azərbaycanda jurnalistika adına milyonlarla qrant aldığı halda, hələ bircə ciddi yazının altına imza qoymayıb. Adamlar arasındakı kəskin ictimai vicdan fərqi də elə bu məqamda üzə çıxır: Mehman Əliyev əlindəki imkanlarla istedadsız və qabiliyyətsiz, imza kimi özünü hətta təsdiqləməyə də cəhd etməmiş Emin Hüseynovun milyoner olmasına dəstək verib, Əli Həsənov isə əksəri müxalif mətbuatda çalışmış və Emin Hüseynovların üzərindən böyük qrant layihələri udduğu yüzlərlə jurnalistin ev-eşik sahibi olması üçün çalışıb… Dahası, Əli Həsənov doğrudan da Mehman Əliyevin iddia etdiyi sayaq, böyük xəzinə, ləl-cəvahirat sahibidirsə, o zaman nədən sözünü etdiyi "Araz TV” bu günə qədər efirə çıxa bilməyib?
Tam gözlənildiyi kimi, Mehman Əliyevin açıqlaması Əli Həsənovu qaralamaq üçün marıqda yatan bəzi fürsətçiləri dərhal hərəkətə gətirdi. Estafeti Aslan İsmayılov davam etdirdi və dərin bir nalə çəkəndən sonra deyir: "Əli Həsənov… "Yumurta mafiyası”nın üzvü Mürvət Həsənlinin qulluqçusuna, insanlarda nifrət obyekti olan Hafiz Hacıyevin isə patronuna çevrilib”.
Aslan İsmayılov bunu o gün yazmışdı ki, Hafiz Hacıyevlə məhkəmə çəkişməsi vardı, prosesə məcburi qaydada gətirilməsi haqqında hakim qərarı olmasına rəğmən, nə evində, nə də iş yerində tapılmamış, aradan çıxmışdı. Adama deyərlər, madam haqlı olduğuna, fəaliyyətinin hüquqiliyinə və hüquqşünas kimi savadına, insan kimi cürətinə bu qədər arxayınsan, məhkəmədən niyə yayınırsan? İkincisi, Mürvət Həsənli tanınmış iş adamıdır, bəlkə də hansısa tədbirdə Əli Həsənovu beş-altı metr məsafadən görüb, bir-iki dəfə də yaxınlaşıb salamlaşmaq imkanı olub. Amma Aslan İsmayılov görün nə qədər qərəzli və ictimai maraqlar baxımdan ziyankar biridir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri postunu tutan ciddi bir dövlət adamının, bu yerlərə sadə xalqın içindən çıxaraq öz zəhməti, alın təri ilə gəlmiş vətənsevər bir aydının adını sırf konyuktur maraqları çərçivəsində məhkəmələrdə üzləşdiyi adamlarla birgə çəkir?!. Elə onun adını çəkdiyi Elşən Musayev də pis-yaxşı bir siyasətçidir, partiya sədridir, siyasi mövqeyini və üslubunu kimlərsə bölüşə, kimlərsə bölüşməyə bilər. Amma Elşən Musayev məhz Aslan İsmayılov kimi öz xırda maraqları və intriqaları naminə dövlətin məsuliyyətini daşıyan adamlar haqqında zəvzəməz!!! afn/az

Etibar Məmmədovdan sensasion açıqlama: “Hakimiyyəti zəbt edən silahdaşını niyə dayandırmadın?!”

2017-10-23-12-09-24etibar-memmedov72a1.jpg

Araz.az saytı xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin keçmiş üzvü Etibar Məmmədov haqqin.az-a açıqlamasında İdarə Heyətinin başqa keçmiş üzvü Zərdüşt Əlizadənin 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı dediklərinə münasibət bildirib.

Etibar Məmmədov hesab edir ki, Zərdüşt Əlizadə tarixi faktları təhrif edib: “Əgər Əlizadə unudubsa, onda mən ona xatırladıram: Sovet qoşunlarına qarşı intifada (silahlı mübarizəyə-red.) birinci çağıran məhz o idi. Əgər onun yaddaşı belə qısadırsa, onda ona başqa bir faktı da xatırladıram: Azərbaycanda qanuni hakimiyyəti ilk dəfə Lənkəranda onun silahdaşı Əlikram Hümbətov devirdi və regionun başçısı oldu, sonra bu ssenari üzrə respublikanın 17 başqa rayonunda da qanuni hakimiyyəti zəbt edildi”.

E.Məmmədov qeyd edib ki, əslində onda AXC seçkilərə hazırlaşırdı, qarşıdurmaya yox. Amma SSRİ-nin və respublikanın rəhbərliyindəki müəyyən güclər bu hərəkatın yolunu dəyişdirə bildilər: “Bunu təsdiq edən sənəd var. 30 dekabr 1989-cu il tarixində Bakıda keçirilən mitinqdəki çıxışımın stenoqramını təqdim edə bilərəm, harada ki, mən aydın şəkildə demişəm: “biz seçkilərə gedirik və bizdə qarşıdurmaya getmək niyyəti yoxdur”. Əlizadə deyir ki, biz gündəlik mitinqlər təşkil edirdik, ancaq o burada da unudur ki, AXC-nin həmin mitinqlərə ümumiyyətlə heç bir aidiyyəti yox idi.

Mitinqlər müəyyən insanlar tərəfindən təşkil edilirdi, hansılar ki, Cəbhə ilə heç bir əlaqəyə malik deyildilər. Bəs hakimiyyət onları niyə qovmurdu? Bu sualı SSRİ-nin və respublikanın o vaxtkı rəhbərlərinə ünvanlamaq daha yaxşı olardı. Bizdə bir hədəf var idi – seçkilərdə qanuni yolla qalib gəlmək. Və yeri gəlmişkən, biz onda Baltikyanı yolu seçmişdik və bütün fəaliyyətimiz seçki prosesinə yönəldilmişdi. Və əgər Ali Sovet seçki qanununu qəbul etsəydi, onda artıq iki-üç aydan sonra seçkilər olardı. Amma Qorbaçovun başçılığı ilə SSRİ-nin o vaxtkı rəhbərliyi, 1990-cı ilin yanvarında təxribat təşkil edib, bizim bütün planlarımızı pozdu. Bundan başqa, həmin ərəfədə Nemət Pənahlı və başqaları kimi radikal fəallar, həmçinin Zərdüşt Əlizadə öz adamları ilə Cəbhənin İdarə Heyətindən getmişdilər. İndi ondan soruşmaq istəyirəm: bir halda ki, o, radikal metodlara qarşı idi, onda Lənkəranda qanuni hakimiyyəti zəbt edən silahdaşı Əlikram Hümbətovu niyə dayandırmadı və hətta bu addımı qınamadı?”.

E.Məmmədovun dəmir yolundakı tətillərə də öz baxışı var və o, Z.Əlizadədən fərqli olaraq hesab edir ki, bu həmin dövr üçün bəraət qazanmış mübarizə metodu idi.

“Bu tətillərlə biz müəyyən hədəfləri təqib edirdik: birincisi, respublika hakimiyyətinə təzyiq göstərirdik ki, onlar müstəqillik haqqında Konstitusiya qanununu qəbul etsinlər. İkincisi, istəyirdik ki, Ermənistanın blokadası təşkil olunsun, çünki respublikamıza qarşı təcavüzkar hərəkətlərə təşəbbüs göstərirdi. Bu hədəflərə də nail olunmuşdu: artıq sentyabrda müstəqillik haqqında Konstitusiya qanunu qəbul edilmiş və Volskinin başçılığı ilə fəaliyyət göstərən Xüsusi İdarəetmə Komitəsi buraxılmışdı. Bu tətillər olmadan, SSRİ-nin və respublikanın o vaxtkı rəhbərliyinin bu addımlara getməyəcəyini isə Əlizadə özü də etiraf edir”, – E.Məmmədov vurğulayıb.

Və axırda o, Zərdüşt Əlizadəyə məsləhət görüb ki, “bəzən öz yaddaşını təzələsin və yoxlanılmamış faktları necə gəldi səpələməsin”. Paytaxt.org

98 -dən səhifə 136

Əlaqəli xəbərlər