Eldar Namazov: “Bu, Azərbaycan üçün növbəti siyasi tələdir”

Eldar Namazov“Bakıya gələcək erməni jurnalistləri təyyarə meydanından aparıb Müdafiə Nazirliyinə təhvil vermək lazımdır”

Qarabağ danışıqlarının Moskva raundunda əldə olunan razılaşmalar Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində olduqca ilginc fikirlər söylədi.

Əli İnsanov həbsdən alovlu çıxdı və...susdu - mübhəm

Eli-İnsanov.jpgMusa Quliyev: “Yaşlı adamdır, oturub evində, siyasətdən kənardır”; Bəxtiyar Sadıqov: “Elə bildi ki, hamısı başına toplanacaq, ətəyindən öpəcəklər”

Sabiq səhiyyə naziri Əli İnsanov əfv fərmanı ilə azadlığa buraxılandan sonra odlu-alovlu çıxışlar edirdi, mətbuat konfransı keçirəcəyini anons etmişdi, gah Şəhidlər Xiyabanına baş çəkirdi, gah mübarizə aparacağını söyləyirdi.

Amma Ə.İnsanov qəfildən səhnədən çəkildi, danışmadı, mətbuat konfransı keçirmədi və susmağa üstünlük verdi. Halbuki onun bəyanatı ciddi müzakirələrə yol açmışdı, müxtəlif təhlillər aparılırdı, proqnozlar səslənirdi, ehtimallar irəli sürülürdü. Analitiklər onun müxalifətə qoşulacağını, kimisi Milli Şura ilə birgə olacağını yazırdı, kimisi regional faktoru irəli çəkirdi. Lakin bunların heç biri baş vermədi.

2 -dən səhifə 93

Əlaqəli xəbərlər