İntiharımın məsuliyyəti "NBC Bank", “Aqrolizinq” rəhbərliklərinın və Nəsimi rayon prokurorunun üzərinə düşəcək -- PREZİDENTƏ ŞİKAYƏT

“Cəbhə bölgəsindən qayıdan gənc insanların peşə və bacarıqlarına uyğun işlə təmin olunması çox vacibdir. Bu, həm sosial müdafiə tədbiridir, həm də o insanlara uğrunda vuruşduğu dövlətin və cəmiyyətin hörmətinin ifadəsidir. İşi və məşğulluğu təmin olunmuş şəxsin mülki həyata psixoloji adaptasiyası da tez və rahat keçir. Dövlət Məşğulluq Xidməti tərəfindən veteranların, şəhid ailələrinin, müharibə əlillərinin birinci növbədə işlə təmin olunması üçün qanunvericlikdə müəyyən kvotanın nəzərdə tutulması da bu məqsədə xidmət edir”.
araz.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, özünüməşğulluq proqramının bu il daha da genişlənməsi planlaşdırılır: “Bu məqsədlə İşsizlikdən Sığorta Fondunun büdcəsində 68 milyon manat nəzərdə tutulmuşdur ki, bu vəsait 16 mindən artıq ailənin öz mikro və kiçik biznes layihəsini həyata keçirməyə imkan verəcək”.
Komitə sədri bidlirib ki, bu il 60 min haqqı ödənilən sosial iş yeri açılacaq ki, o işlər də ilkin olaraq sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərə təqdim ediləcək. /Report
Bu gecə bezinin və dizelin qiymətinin qalxması artıq əksər ərzaq məhsullarının bahalaşmasına səbəb olub.
BİA.AZ super marketlərdən BakuPost-a daxil olan məlumata görə, hələ Tarif Şurasının qərarı açıqlanmadan onlara ərzaqların yeni qiymətləri təqim olunub.
Yeni siyahıda donmuş məhsullar orta hesabla 15, yağlar 10, yuyucu vasitələr 20 faiz artıb. (Bu barədə geniş siyahını gün ərzində təqdim edəcəyik-red.)
İqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, Tarif Şurasının qərarı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq: "İlk növbədə taksi, ictimai nəqliyyat xidmətlərində, eləcə də nəqliyyatda daşımaların məsrəfi artdığına görə, istehlak mallarından tutmuş tikinti mallarınadək bahalaşacaq. Ən çox bahalaşmaya məruz qalan sahələrdən biri də kənd təsərrüfatı məhsulları olacaq. Çünki, kənd təsərrüfatı istehsalında dizel yanacağı daha çox istifadə olunur. Məlumat üçün qeyd edim ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 881,3 min ton dizel yanacağı, 1 milyon 66,3 min ton avtomobil benzini istehsal olunub. İstehsal olunmuş dizel yanacağının 25 faiz kənd təsərrüfatında istehlak olunub”.
Onun fikrincə, hazırkı qiymət artımı böyük özəlləşdirmə qabağı həyata keçirilən preventiv addımların bir hissəsidir: "Odur ki, bu son deyil, digər ictimai xidmətlərin nəqliyyatda gediş haqqının, suyun, elektrik enerjisinin, digər kommunal xidmətlərin də qiyməti bahalaşdırılacaq”.
Qeyd edək ki, bu gecdən Aİ-92 benzini 1 manat, dizel yanacağı 80 qəpik müəyyənləşib.
Ölkədə gənc nəslin inkişafına hər zaman xüsusi önəm verən “Nar”ın dəstəyilə “Breyn Rinq” intellektual bilik yarışının on altıncı mövsümü davam edir.
Asiya.az xəbər verir ki, bu gün saat 22:00-da İctimai Televiziyada yayımlanacaq buraxılışda “Norm Sement” və “Xızı” komandaları 1/8 final oyunlarının son yarışında mübarizə aparacaqlar.
Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışır. Bundan başqa yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVID-19 testindən keçməlidir. Qeyd edək ki, bu mövsümdə yarışa qoşulmuş 16 komanda “Bilik” kuboku uğrunda mübarizə aparır. Yarışı hər həftənin cümə günü saat 22:00-də İctimai Televiziyada izləmək mümkündür.
“Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlayacağını açıqlasa da, vədinə əməl edə bilmədi. Buna səbəb isə illərdir “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu göstərilir. Borc yüksək olduğundan, qazanxanaların qaz təchizatı dayandırılıb.
Təəssüf ki, illərdir iki qurum arasında olan borc qalmaqalının əziyyətini vətəndaşlar çəkir.
1 -dən səhifə 75