"Azərişıq"dan toplu ŞİKAYƏT: "Evdə olmadığımız İKİQAT halda işıq pulu gəlib"

131631617607Son zamanlar "Azərişıq"dan qiymətlərin artması ilə bağlı şikayətlər çoxalıb.

araz.az  Sonxeber.az-a istinadən xəbər verir kii, "Facebook"da istifadəçilər bununla bağlı iradlarını bildirib, hətta faktlar da atıblar.

Elyar İslamoğlu: ""Azərışıq" ASC-nin avqust ayında abonentlərə verdiyi qəbzlərdəki məbləğ ötən aylardan 2 dəfəyə yaxın çox olub. Deyəsən, "Azərişıq" ASC etdiyi yeyintini növbəti dəfə abonentlərin cibindən çıxmağa çalışır. İyul və avqust aylarında işlətdiyimiz elektrik cihazları eyni olub, əlavə elektrik avadanlıqları qoşulmayıb. Amma avqustdakı borc iyuldan daha çox yazılıb".

Kamil Emirli: "İşıq pulu normalda 20-30 manat olduğu halda bu dəfə 40 manat gəlib".

Zamin Mürsəlov: "Evdə olmadığmız halda bizə 30 manat borc gəlib".

Ramil Vəliyev: "Hər zaman 14-15 manat gəlirdi, bu dəfə 33 manat gəldi. Düşündüm ki, yəqin, kondisioner işlədilib və ona görə də avqust ayında çox ödəniş gəlib. Amma ətrafımda olanlar da elektrikdən hər zamankı qaydada istifadə etdikləri halda 2 dəfə artıq borcun yazıldığını bildirdilər. Müəmmalı məsələdir".

Zeynəb Kazımova: "Biz avqust ayında şəhərdə olmadığımız halda 73 manat borc gəlib".

Ləman Kərimova: "Bizə təzə sayğac qoyublar. Əvvəl aya 100-110 manat yazırdı, bu ay isə 150 manatı keçdi. Kondisioner də eyni qaydada istifadə olunub"

İlahə Vəliyeva: "İyulda bütün günü evdə olmuşuq, 42 manat yazıb, avqustda evdə olmamışıq, 48 manat"

Nicat Aydın Qarayev: "Bizdə normalda 20 manat olan işıq pulu bu ay 66 manat olub".

Könül Ayxan: "Bağda olmağımıza rəğmən, 64 manat işıq pulu gəlib".

Arzu Ağaverdi: "Biz normalda təxminən 17 manat ödəyirik. İyul ayı üçün 46 manat ödədik, avqust ayı üçün isə 30 manat gəlib. Halbuki hamımız ailəlikcə "COVID-19" olmuşduq, heç kondisioner işlətmədik".

Dilşad Musa: "Ayın yarısını evdə olmadığımız halda 83 manat gəlib".

Məleykə Mirzəli: "Bizdə də həmişə 17-18 manat olurdu, avqustda 41 manat gəlib. Özü də Bakıda olmamışıq".

Zaur Əhməd: " Əvvəlki aylara nisbətən 30 faiz artım olub".

Adlarını qeyd etmədiyimiz istifadəçilər tərəfindən bu tipli şikayətlər çoxdur. Onların hamısı keçən aylara nisbətən qiymətlərin 2 dəfəyə qədər artıq olduğunu qeyd edirlər.

Məsələ ilə bağlı "Azərişıq" ASC ilə əlaqə saxlamağa çalışsaq da, birinci zəngdə telefon üzümüzə bağlandı, ikinci dəfə isə ümumiyyətlə zəngimizə cavab verilmədi.

 

 

araz.az xəbər portlı.

Əlaqəli xəbərlər