Mirşahin Ağayev: “Bəzi qazilərin intiharını siz təşkil edirsiniz”

mirsahinagayev12

REAL TV-nin rəhbəri Mirşahin Ağayev media nümayəndələrinə müraciət edib.

araz.az-ın xəbərinə görə, müraciətdə deyilir:

Hörmətli media nümayəndələri!

Xahiş edirəm, qazilərin problemləri ilə bağlı mövzularda son dərəcə ehtiyatlı olasınız! Xüsusilə indi. Emosianallığın açıq nerv vaxtlarında. Başlıqlarda, təqdimatlarda diqqətli olun. Sizin say və layk naminə seçdiyiniz başlıqlar qızğın həyəcan halında təhrikedici səciyyə daşıya bilər. Unutmayın ki, bu yolla, bəzi qazilərin intiharçılığını Siz təşkil edirsiz! Ona görə də suisit edəcəyini bildirən Qazinin çıxışının videosunu çəkmək, sonra da hələ bir ardınca düşərək yanğın aktını sona qədər izləmək, çəkilişi sosial şəbəkələrdə yerləşdirmək əvəzinə Qazini fikrindən daşındırın. Bacarsanız, yanğın törədilməsində istifadə oluna biləcək vasitələri əlindən zorla da olsa alın. Unutmayın: baş verə biləcək hər özünüqətldə siz də iştirak edirsiz! İntihar mövzusu çox təhlükəlidir. Burda odla oynamaq olmaz! Odlar Yurdu ifadəsinin bizə qürur verən mənasına layiq olmağa çalışaq, özünə od vuranların ocağını manqal kimi yelləməyək! Dövlətin ən qiymətli Tarix Kitablarıdı Qazilərimiz! Kitablara od vurulmasına yol verməyək! Həlli mümkün olmayan problem yoxdur! Dözüm vaxtıdır! Ləyaqət və mərhəmət vaxtıdır! Hər şey sizin əlinizdədir: Alışqan belə! Belə hadisələrdə sosial şəbəkələrdə-təfəkkürcə hazır və mənən layiq olmadığı sərbəstlik, azadlıq əldə etmiş avantürist boşboğazların, youtube kanallarında özünü tv sayaraq alova benzin tökənlərin rolu çox böyükdür. İntihar xəbərlərini paylaşmaqla daha böyük özünüqətl imkanları, müstəvisi yaradırlar. Adamın çıxışını çəkirlər, sonadək izləyirlər, özünü yandırma anınadək!!! Son kadrlarını da yayırlar. Hanı Sabirabadda son kadrları çəkən şəxs? Niyə məsuliyyətdən kənarda qala bilib bu saatadək?!! Qazinin intihar həddinə çatmasımda onun xüsusi rolu  var axı! O dialoqdakı müdaxilələri ilə Qazini daha da qızışdırır! Görünür axı kadrda! Yalnız status deyil, şərh yazan şəxslərin də monitorinqi aparılmalı, kimin virtual, kimin real müəllif olduğu aydınlaşdırılmalıdır. Ən sərt və ən obyektiv şəkildə!!! Qazi özünə qaldırdığı əli dərhal saxlamalı, imtiharının Dövlət üçün nə qədər ağır zərbə olacağını düşünməlidir. Media intihar xəbərlərini ictimailəşdirməməlidir. Belə məlumata malik olanlar dərhal müvafiq qurumıara müraciət etməlidir. Polisə, təcili yardıma, FHN-ə. Amma heç bir halda mediaya, sosial şəbəkələrə yox! Belə xəbərlər bir qayda olaraq yoluxucu səciyyə daşıyır. Məgər görünmür ki, Qazi-Vətən qarşıdurması yaradılır? Hüquq-mühafizə orqanları, Sizə inanıram!”

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər