Əhməd İsmayılov: “Əsas hədəfimiz mediada məzmun rəngarəngliyinə nail olmaqdır”

ehmedismayil

“Agentlikdən maliyyə yardımı alan qəzetlərin və saytların yalnız bu ilin altı ayı ərzində aparılmış monitorinqinin və ardıcıl həyata keçirdiyimiz tədbirlərin nəticəsi pozitiv dinamikanı görməyə imkan verir”.

araz.az  xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

İcraçı direktor qeyd edib ki, bir çox saytların texniki problemləri aradan qaldırılmış, bəziləri tamam yeni tərtibata keçmiş, bir çox saytlar yeni rubrikalar yaratmış və ən əsası gündəlik 20 özəl material tələbini yerinə yetirmək artıq gündəlik iş normasına çevrilməkdədir.

“Bütün media subyektlərinin daim şikayət etdikləri “copy-paste” hallarının əsaslı şəkildə azaldığını müşayət edirik, Azərbaycan dilinin ədəbi üslubunun tələblərinə ciddi əməl edilməsi diqqət mərkəzimizdədir. Bəzi saytlarda özünü göstərən xəbər lentinin “Google” platformasının mexaniki tərcümə proqramından istifadə etməklə doldurulması prosesinin qarşısının alınması yönümündə atdığımız addımlar qısa vaxtda öz effektini verir”.

Ə.İsmayılov bildirib ki, əsas hədəf mediada məzmun rəngarəngliyinə nail olmaqdır: “Dəfələrlə qeyd etdiyimiz kimi hər bir media subyektinin öz siması, özünəməxsus xüsusiyyətləri olmalıdır. Tərcümə materiallarından asılılığı janr müxtəlifliyi ilə əvəzlənmək media subyektinin özünü inkişaf konsepsiyasının əsasının təşkil etməlidir. Təqdir olunan haldır ki, Agentlikdən dəstək alan media subyektlərində media etikasının pozulması halları yox dərəcəsindədir”. 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər