ehmedismayilov 2

"Media reyestri fəaliyyətə başladıqdan sonra jurnalistlərin güzəştli ipotekadan istifadə etmək hüquqları mümkün olacaq".

araz.az bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin icraı direktoru Əhməd İsmayılov ASAN Radionun "QəbuldaASAN" verilişində deyib. O bildirib ki, hal-hazırda media reyestri ilə bağlı proqram təminatı üzərində iş yekunlaşmaq üzrədir:

"Düşünürük ki, sentyabr ayının sonuna qədər bu işlər yekunlaşacaq və reyestr fəaliyyətə başlayacaq. Növbəti etapda jurnalistlərimizin güzəştli ipotekadan yararlanması üçün hüquqi baza və infrastruktur mövcud olacaq".

araz.azx xəbər portalı.