bandicam 2022 08 18 12 53 39 621

“Xüsusən, tabeçilik münasibətləri əsasında işləyən işçi  bu məsələdə əsasən qadın hüquq-mühafizə, məhkəmə sistemi, bu kimi xüsusi istedad, ağıl tələb olunmayan sahələrdə belə hallar çox olur. Bu sahələrdə kənardan obyektiv qiymət vermək olmur. Yəni, onun uğur qazanması, vəzifə, maaş artımı təyinat və s. bunu heç kəs dəyərləndirə bilmir və bu, tamamilə rəhbərin əlindədir. Bu sahələrdə rəhbərə nə qədər çox tabe olunursa, işçinin o qədər irəli getmə şansı da çox olur. Bunu şou-biznesə də aid etmək olar. Bu sahədə də indiki texnologiyalara görə, xüsusi istedad lazım deyil. Biz də bunun bu cür müsbət nəticələrini  görürük”.

araz.az bildirir ki,bu sözləri Yenisabah.az a hüquqşünas Əkrəm Həsənov “Təmiz Dünya İctimai Birliyi”nin sədri Mehriban Zeynalovanın Baş Prokurorluğa Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki Zaur Mirzəyevin iş yerində nazirliyin qadın işçilərə qarşı etdiyi hərəkəti seksual qısnama kimi dəyərləndirilməsi ilə bağlı müraciətinə münasibət bildirərkən deyib.

Hüquqşünas  əlavə edib ki, burada heç nəyi istisna etmək olmaz: cinsi qısnama da ola bilər: “Amma hər bir halda burada zorakılığın olmadığı aydındır. Yəni, bunu cinsi zorlama adlandırmaq olmaz. Son dövrdə cinsi qısnama geniş yayılmış anlayışdır. Bu anlayış məxsusi olaraq qərb dövlətlərindən gəlir. Qərbdə qadınların azad olduqlarını, onların haqlarının  qorunduğunu, Azərbaycanda isə qadına qarşı münasibətin pis olduğunu bizə şüuraltı yeridilirdi. İndi isə qərbin dövlət orqanlarında, şou biznesində elə hər qadının bu cinsi qısnamaya məruz qaldığı məlum oldu. Əslində, cinsi qısnamanın da meyarları da bəlli deyil. Məlum hadisəni hamı cinsi qısnama adlandırır. “Burada cinsi qısnama varmı” sualına belə izah verək: Prinsipcə qadın kişidən işinə görə asılı vəziyyətdədir. Buna görə də ona “yox” deyə bilmir. İşinin bundan da daha çox irəliyə getmək xatirinə kişinin xahişini və ya tələbini yerinə yetirir. Burada qadınların etirazı yoxdur.

Mənim deyəcəyim bəzi nüanslar çoxlarının xoşuna gəlməyəcək. Qadın həmişə güclü kişi axtarır. Güclü yalnız fiziki cəhətdən yox, halbuki bu da bir çox qadınlar üçün vacibdir, çünki əsrlər əvvəl təkamül nəticəsində kişinin nə qədər çox fiziki gücü var idisə, bir o qədər daha uğurlu idi. Ona görə də qadınlar indi də zahirən daha hündürboy güclü  kişilərə meyllidir. 

Halbuki, indiki dövrdə bu heç də vacib deyil. Bu, vacib olmasa belə, qadınların genində qalıb. Hazırkı dövrdə daha çox  kişi nə qədər vəzifəlidirsə, pulu varsa, istər-istəməz qadınların belə kişilərə meylliliyi çox olur. İndiki cəmiyyətlərdə ailə institutu zəiflədiyi üçün eyni zamanda qadınlar da daha çox azadlıq əldə etdiyi üçün işləmələri bu halları artırıb. Mən bununla  qadınların işləməməli olduğunu demək istəmirəm. İşləyən qadınların hamısının o qadınlar kimi olduğunu da demirəm. Amma əksər hallarda yuxarda bildirdiyim nüansların belə vəziyyətlərə gətirib çıxarması halları daha çoxdur. Bu, təkcə,  Azərbaycanda deyil, başqa yerdə də belədir. Çünki qadınlar maddi nemətlərə daha çox istəklidirlər. Daim ərlərini digərləri ilə müqayisə edirlər.

Hərbiləşdirilmiş sahələr və ya hüquq-mühafizə orqanlarında çalışan kişi və qadınlarının hamısının  belə olduğunu demək deyil. Əlbəttə ki, bu sahələrdə çalışan özlərini belə şeylərdən kənar qoyan namusunu ailəsini qoruyan qadın və kişilər var. Amma əksər hallarda belə şeylərə risk var. Kişilər belə şeylərə daha çox meyllidir. Kişilər poliqamdır, nə qədər üçün nə qədər çox qadın olsa, onun üçün yaxşıdır. Bu, faktdır. 

Kişinin tabeçiliyində ondan asılı nə qədər çox qadın varsa, bundan istifadə etməyə də istəklidir. Bu baxımdan da ola bilər ki, bəzi kişilər bunu iş yerində etmir. Eyni zamanda onlara bu mənada təklif edən rəhbərlərinə “yox” deyən qadınlar da var. Bəzi kişilərin iş yerində prinsipləri, dəyərləri olduğundan belə işlərlə gündəmə gəlmirlər. Daha çox bu dinə bağlı olan insanlardır. Amma bu da  vacib deyil. 

Vəzifəli kişilər isə əksər hallarda bunu etməyə arzuludur. Mən bunu ətrafımda da görürəm. 

Amma  qadınlarda bir az vəziyyət başqadır. Elə qadınlar var ki, işləsə də buna meylli deyil. Əsasən də mən dediyim sahələrdə yəni tabeçilik münasibətləri daha güclü olan sahələrdə bu hallar mövcuddur. Qadınların buna könüllü razı olmasının səbəbi qadın “mən burdan çıxıb gedib nə edəcəm?” deyə fikirləşməsidir. Bir var ki, qadın işləyir və bilir ki, burdan çıxıb başqa yerdə işləyəcək orta məktəb müəllimi, hüquqşünas, jurnalist olsa, bu sahələrdə fəaliyyət göstərə bilər.   Amma hərbi, hüquq-mühafizə şou biznes nümayəndələri hara gedəcək?!

İkinci halda isə qadının buna istəkli amma rəhbərinin ona meyl etmədiyi hallar da ola bilər. Mən əxlaqsıza haqq qazandırmıram. Sırf bu hadisədə seksual qısnamanı başa düşmürəm. Hər iki tərəfin buna iradəsi, istəyi olduğunu hesab edirəm. Kişi istəyir, qadın da işinə vəzifəsinə görə buna razılaşıb. Əksər hallarda da bu, ona xoşdur. İllər keçəndən sonra özü də həyat yoldaşından ayrılması qarşılığında həmin  qadınlar o kişinin də arvadından boşanıb onunla ailə qurmasını istəyir. Bir müddətdən sonra məsələ açıqlığa çıxanda qadın küsür və sən demə, kişinin tək onunla münasibət yaşamadığını bilir. Nəzərə alaq ki, hadisə 2014-də olub, həmin qadınlar  heç yerə bununla bağlı şikayət etməyiblər. Buna  görə də burada hansısa cinsi qısnamadan söhbət  gedə bilməz”.

Əkrəm Həsənov məsələyə dövlət orqanında xidmət vaxtı baş verməsi çərçivəsindən yanaşmağın vacib olduğunu bildirir:

“Mən bu hadisə baş verən vaxt videoları yalnız heç kəsin şəxsi həyatına qarışmaq olmaması nöqteyi-nəzərindən qiymətləndirirəm. Kim kiminlə və kimlərlə nikahı olaraq və ya olmadan cinsi münasibət qurur, özü bilər. Bunu videoya çəkib yaymaq isə əxlaqsızdır. Məsələyə ancaq dövlət orqanında iş yerində bu cür hadisənin baş verməsi çərçivəsindən baxmalıyıq. 

Kiminsə özəl şirkəti olsaydı və o şirkətin sahibi olsa, buna qarışmaq olmaz. Amma bu hətta özəl şirkət rəhbəri də olsa şirkət ona məxsus olmasa, bu hal onu məsuliyyətə cəlb edə bilər. Hər kəsin özünə aid olan yerdə, cinsi zorakılıq yoxdursa, buna heç kim qarışa bilməz. Burada heç bir cinsi qısnama yoxdur. 

Bu məsələyə cinsi qısnama yönündən yanaşanlar düşünür ki, vəzifədə olan şəxslə tabeliyində olan şəxs arasında sevgi olarsa, deməli, buna da cinsi qısnama kimi yanaşmaq mümkündür.  FHN hadisəsində cinsi qısnamanın heç bir meyarı yoxdur. Kişinin qadına diqqətini cinsi qısnamayla dəyərləndirmək düzgün deyil. Kişinin qadının rəğbətini qazanmaq üçün müəyyən aktivlik etməsi təbii haldır. Qadın həqiqətən də bunu istəmirsə, kişiyə “yox” deyə, şikayət edə bilər. Qadın bunu etmirsə, deməli, bu haldan xoşlanır. Bu hal kişinin vəzifəsinə görə və ya həqiqətən də kişiyə aşiq olmasından qaynaqlandığına görəmi baş verir, burada dəqiq meyar göstərmək mümkün deyil”.

araz.az xəbər portalı.