Azərbaycanda işçilər bu xərcdən azad olunur

isci-haklari.jpg

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcək.

araz.az  bildirir ki, bununla bağlı dəyişiklik Milli Məcəlləsin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı mümkün xərclərin çəkilməsindən işçilərin qorunması sahəsində sözügedən Konvensiyanın 21-ci maddəsinin bütövlüklə tətbiqi milli qanunvericiliklə tam təmin edilmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranmışdır.

Yuxarıda qeyd olunanların tənzimlənməsi məqsədi ilə hazırlanmış qanun layihəsi Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur.

araz.az xəbər portalı.