Onların bir qələminizə belə ehtiyacı var! - Ucqar kənd məktəbləri üçün yardım yığılır

62C0FAD5 0AA1 4958 A91F C4D3FAE79E60İstanbulun “Beşiktaş” komandasının Azərbaycandakı azarkeşləri kənd məktəblərinə yardım kampaniyası təşkil edib.

Araz.az xəbər verir ki, kampaniya çərçivəsində ölkənin ucqar bölgələrində yaşayan azyaşlılara humanitar yardım edilməsi nəzərdə tutulub.

Bu il ikinci dəfə təşkil olunan yardım kampaniyasında toplanan vəsaitlər cəbhə bölgəsinə aparılacaq. “Beşiktaş”lılar Ağdamda yaşayan məktəbliləri müxtəlif dərs, geyim və oyun ləvazimatları ilə təmin etmək niyyətindədir. Kampaniyanın ümumi məqsədi isə imkansızlıq səbəbilə təhsildən uzaq qalan azyaşlılara imkan daxilində töhfə verməkdir.
İanələr, əsasən, sosial şəbəkələr vasitəsilə toplanır. Yardım etmək istəyənlər feysbukda “Kənd məktəblərinə yardım” qrupuna müraciət edərək öz yardımlarını cəbhə bölgəsinə göndərə bilərlər.
Qeyd edək ki, “Beşiktaş”ın könüllü qrupu kampaniya çərçivəsində bu ilin aprel ayında ilk yardımı Daşkəsən rayonunun Şahvələdli kənd ümumi orta məktəbində və kənd ətrafındakı bütün tədris yerlərində oxuyan ibtidai sinif şagirdlərinə edib.
Zümrüd

/Publika/

Əlaqəli xəbərlər