Özümüzə 11 qəpiyə satılan elektrik enerjisi xaricə 7 qəpiyə satılır - RƏSMİ MƏLUMAT

isiq001Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan xarici ölkələrə 891 milyon 211,3 min kVt.saat elektrik enerjisi ixrac edilib.
Araz.az Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, bu həcmdə elektrik enerjisinin dəyəri 38 milyon 438,1 dollar olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı miqdar ifadəsində 27,3%, dəyər ifadəsində isə 13,4% artıb.
Xaricə satılan elektrik enerjisinin 1 kVt.saatının gömrük dəyəri 4,3 sent və ya mövcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 7,3 qəpik təşkil edir.
Məlumat üçün onu da qeyd dək ki, hazırda 1 kVt.saat elektrik enerjisinin daxili bazardakı qiyməti aylıq istehlak 300 kVt.saatadək olduğu zaman 7 qəpik (4,1 sent), 300 kVt.saatdan artıq olduqda isə 11 qəpiyə (6,5 sent) bərabərdir.
Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, xaricə satılan elektrik enerjisinin qiyməti daxili bazarla müqayisədə ucuzdur. /Yeniavaz.com /

Əlaqəli xəbərlər