98 yaşlı Qarabağ qaçqını Prezidentə müraciət etdi-FOTO/VİDEO

1556543271_received_650117638745148.jpg
1992-1993-cü illərdə DQ və ətraf rayonların mənfur erməni işğalçı qüvvələri tərəfindən ələ keçirməsi səbəbindən, dədə-baba torpaqlarından qaçqın düşənlərin olmazın problemlərlə üz-üzə qalmaları, bu gün də çoxsaylı olayların əmələ gəlməsi ilə nəticələnməkdədir.

Ümumi narazılıq hissinin “pik nöqtə”yə çatmasına səbəb olan amillərdən birinin də, Azərbaycan Respublikası Qaçqınların və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində həyata keçirilən “bezpredel idarəçiliyin” olduğu bildirilir. Belə ki, olmazın problemlərin burulğanında boğulan və uzun illər ərzində məşəqqətli həyat tərzi keçirən qaçqınlardan bəziləri iddia edirlər ki, adı çəkilən Komitədə heç də hər qaçqına eyni cür münasibət bəslənilmir. Yəni, bu qurumda kimin “daydayısı” varsa, o halda həmin şəxsin mənzilə və digər təminolunmalara olan ehtiyacı zamanında ödənilir.

98 yaşlı Qarabağ qaçqını Prezidentə müraciət etdi-FOTO/VİDEO


Elə ki, kiminsə “arxa-dayağı” yoxdur, deməli o halda həmin şəxs uzun illər ərzində gözlərini “uzanan yollara” dikməlidir ki, bəlkə haçansa arzusuna qovuşa bildi. 23 ildən çox müddət ərzində gözləri yollarda qalan, bugünə kimi Qaçqınların və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ünvanladığı ərizə və müraciətlərinin heç birinə əsaslı cavab verilməyən qaçqınlardan biri də, hal-hazırda 98 yaşında olan Məmmədova Mənzər Aslan qızıdır.

98 yaşlı Qarabağ qaçqını Prezidentə müraciət etdi-FOTO/VİDEO


Mənzər nənə 1920-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olsa da, o, uzun illər ərzində Laçın rayonunun Kürdhacı kəndində yaşamalı olur. Onun yeddi il bundan öncə dünyasını dəyişmiş həyat yoldaşı Məmmədov Bəhlul Teymur oğlu məşhur Soltan bəyin nəslindən olub. Onu da bildirək ki, adı çəkilən xanımın özü də bəy qızı olub.

98 yaşlı Qarabağ qaçqını Prezidentə müraciət etdi-FOTO/VİDEO


Laçın rayonu erməni işğalçı qüvvələri tərfindən ələ keçirildikdən sonra, digər qaçqınlar kimi Mənzər nənənin də həyat yollarının məşəqqətli anları başlayır. Belə ki, o, ilk vaxtlar digər ünvanlarda yaşasa da, artıq 23 ildən çoxdur ki, Mingəçevir SES-nın yaxınlığında heç bir şəraiti olmayan darısqal bir otaqda yaşamaqdadır. Elə ki, bir neçə gün bundan öncə Mənzər Məmmədovanın yaşadığı darısqal otaqda olduq, o halda həm gördüklərimizdən, həm də eşitdiklərimizdən dəhşətə gəldik.

98 yaşlı Qarabağ qaçqını Prezidentə müraciət etdi-FOTO/VİDEO


Yəni, ümumi söhbətimiz zamanı bəlli oldu ki, bu günə kimi adı çəkilən xanım mənzilə olan ehtiyacının ödənilməsi məqsədilə Qaçqınların və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə bir neçə dəfə ərizə və müraciətlərini ünvanlayıb. Sonuncu müraciətinə beş ay bundan öncə cavab verilib və verilmiş cavab məktubunda “mənzilə olan ehtiyacınızın ödənilməsi məsələsinə komissiyada baxılacaq” deyə qeyd olunub. Komitənin səlahiyyətli şəxsləri tərəfindən belə bir cavabın verilməsinə baxmayaraq, bugünə kimi də heç bir addım atılmayıb.

98 yaşlı Qarabağ qaçqını Prezidentə müraciət etdi-FOTO/VİDEO


Hətta, Mənzər nənə bizimlə söhbətində “indiyə kimi bizə heç bir köməklik belə göstərilməyib, yalnız ildə bir-iki dəfə yardım adı altında cüzi köməkliklər olunub. Dolanışıq vəziyyətimizin ağırlığı səbəbindən hələ bir neçə il bundan öncə ünvanlı sosial yardım almaq məqsədil sənədlərimizi toplayıb, ƏƏSMN-nin yerli şöbəsinə təqdim etdik. Bu məsələdə də bir kimsə bizə köməklik göstərmədi. Bu gün dolanışığımızı dövlətdən aldığım 21 manat çörəkpulu hesabına təmin etsək də, hal-hazırda olmazın çətinliklərlə üz-üzə qalmışıq.

98 yaşlı Qarabağ qaçqını Prezidentə müraciət etdi-FOTO/VİDEO


Çünki, mənzilə olan ehtiyacımı ödəmirlər ki, yaşayış şəraitimi müəyyən qədər qaydaya sala bilim. Mən ölkə rəhbəri cənab İlham Əliyevdən xahiş edirəm ki, bir qaçqın və ağbirçək ana olaraq mənzilə olan ehtiyacımın ödənilməsində mənə öz köməkliyini göstərsin. Cənab Prezident təqribən bir ay bundan öncə humanist addımını atıb 10 milyonuncu Azərbaycan vətəndaşına mənzil verdi. Düşünürəm ki, ölkə rəhbərimiz 98 yaşımın varlığını nəzərə alacaq və mənə də mənzil verilməsi üçün, daha bir humanist addımını atacaq. Düşünürəm ki, əgər mən olmasaydım o halda 10 milyonuncu Azərbaycan vətəndaşımız da olmayacaqdı.

98 yaşlı Qarabağ qaçqını Prezidentə müraciət etdi-FOTO/VİDEO


Deməli mən varam ki, 10 milyonuncu vətəndaşımız da oldu. Möhtərəm Prezidentimiz həmişə xalqını düşünüb, daha çox yaşlı nəslin nümayəndələrinə hörmət və izzətlə yanaşıb. Belə bir addımları atmaq, məhz onun xarakterik xüsusiyyətindən, yüksək insani münasibətinin varlığından irəli gəlir” deməyi də unutmadı.
Biz KİV nümayəndəsi olaraq, hal-hazırda 98 yaşında olan Məmmədova Mənzər Aslan qızının üz-üzə qaldığı çətinliklərin varlığını, onun dözülməz şəraitdə yaşadığını öz gözlərimizlə gördük.

98 yaşlı Qarabağ qaçqını Prezidentə müraciət etdi-FOTO/VİDEO


Düşünürük ki, məqalənin dərcindən sonra aidiyyəti qurumlar Mənzər nənənin dözülməz həyat şəraitinin varlığını nəzərə alıb, onun mənzilə olan ehtiyacının ödənilməsi yöndə lazımi addımlarını atacaqlar. Əslində adı çəkilən ağbirçək nənənin dözülməz şəraitdə yaşaması, xalqımız və dövlətimiz üçün utanc gətirən halın varlığıdır.
Bir faktı da qeyd edək ki, ötən illər ərzində Qaçqınların və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini dədə-baba torpaqlarından qaçqın düşənlərin əksəriyyəti “topa tuturdular”.

98 yaşlı Qarabağ qaçqını Prezidentə müraciət etdi-FOTO/VİDEO


Onlar belə bir yanaşmalarını, məhz sabiq Komitə sədrinin həyata keçirdiyi yarıtmaz idarəçiliklə bağlayırdılar və onu da güman edirdilər ki, qurum rəhbərinin dəyişdirilməsi yeni bir ab-havanın əmələ gəlməsi ilə nəticələnəcək. Bu gün onlar idarəçiliyin oxşar qaydada həyata keçirildiyini gördüklərindən, bir daha adı çəkilən qurumun rəhbərini açıq-aşkar şəkildə ittiham etməkdən belə çəkinmirlər. Çünki, uzun illərdir ki, oxşar problemlərin məngənəsində boğulan bəzi qaçqınlar, bu gün də eyni aqibəti yaşamaqdadırlar.
Mövzunu diqqətdə saxlayacağıq.

Videoları izləmək üçün linkə daxil olun;

https://www.youtube.com/watch?v=KXBpkzJZYBk&feature=share

https://www.youtube.com/watch?v=-CDrIbaHsts&feature=share

GundemXeber.Az

Əlaqəli xəbərlər