Repressiya və İşgəncələr Əleyhinə Komitənin BƏYANATI

1573908863_received_547228712763842.jpeg

"Repressiya və İşgəncələr Əleyhinə Komitə" ictimai-siyasi xadim, tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyevin avtomobillə vurulma hadisəsi ilə əlaqədar qaranlıq məqamları müzakirə edərək, bir daha aşağıdakıları bəyan edir:

Oktay Gülalıyev "Siyasi Məhbusları Müdafiə Mərkəzi" və "Repressiya və İşgəncələr Əleyhinə Komitə" adlı hüquq-müdafiə təşkilatlarının koordinatoru idi. Özünə və ailəsinə qarşı hakimiyyət tərəfindən real təhlükələr olmasına baxmayaraq, "Eurovision işi", "Nardaran işi", "Tərtər işi", "Gəncə işi" üzrə siyasi motivlərlə həbs edilmiş, işgəncələrə məruz qalmış məhbusların, həmçinin mühakimə edilmədən güllələnərək öldürülən şəxslərin hüquqlarının müdafiəsini təşkil edirdi. O, həm də siyasi məhbus siyahılarının hazırlanması üzrə ixtisaslaşmış hüquq müdafiəçisi idi. Onun hüquq müdafiəsi sahəsindəki ardıcıl və prinsipial mövqeyi Azərbaycan hökumətini narahat edirdi. Təsadüfi deyil ki, Oktay Gülalıyev dədələrlə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə çağırılmış, ondan hüquq-müdafiə işindən əl çəkməsi təkidlə tələb edilmiş, təzyiq və təhdidlərə məruz qoyulmuşdur.
Oktay Gülalıyevin avtomobillə vurulma anına aid video-görüntünün təhlilinə dair müstəqil ekspert-mütəxəssis rəylərinə əsasən, "Repressiya və İşgəncələr Əleyhinə Komitə" olaraq, bildiririk ki, Oktay Gülalıyevin avtomobillə vurulma hadisəsi heç də ehtiyatsızlıqdan baş vermiş adi avtomobil qəzası deyil və burada insan həyatına açıq-aydın sui-qəsdə dair çox sayda təkzibedilməz faktlar mövcuddur.

Repressiya və İşgəncələr Əleyhinə Komitənin BƏYANATI



"Repressiya və İşgəncələr Əleyhinə Komitə"nin araşdırmaları göstərir ki, Oktay Gülalıyevlə onu vuran sürücü heç vaxt bir-birini tanımayıb və aralarında əvvəllər hər hansı ədavət olmayıb. Belə olan halda, sui-qəsdin Oktay Gülalıyevin siyasi mövqeyi və hüquq müdafiəsi sahəsindəki prinsipial ictimai fəaliyyətinin qarşısının alınması məqsədilə və müvafiq hakimiyyət orqanları tərəfindən təşkil edilməsinə dair məntiqi əsaslara söykənən şübhələr yaranır.
Daxili İşlər Nazirliyinin hadisə barədə açıqlamasında Oktay bəyin absurd günahlandırılması və sürücünü müdafiə cəhdi açıq-aydın görünür. Həmçinin Təcili Tibbi Yardım Xəstəxanasındakı KT (kompüter tomaqrafiyası) zamanı beyində aşkar edilmiş hemotoma barədə məlumat gizlədilib və KT çəkilişi nə xəstənin doğmalarına, nə də xəstənin dəyişdirildiyi "City Hospital"a verilməyib. Beləliklə də toplanmış qan kütləsinin təzyiq yaradaraq xəstənin beynini sıradan çıxarmasına cinayətkar şərait yaradılıb. "City Hospital"da isə xəstə ağır koma halına düşdüyü halda, dərhal KT və ya MRT edilməyib, adekvat tibbi yardım göstərilməyib və təxminən, 15 saatdan sonra, yəni xəstənin beyninin sıradan çıxma ehtimalı tam reallaşandan sonra ikinci KT edilib. Beləliklə də qan kütləsinin xəstənin beynini sıradan çıxarmasına təkrar cinayətkar şərait yaradılıb və bundan sonra cərrahi əməliyyata dair qərar verilib.
"Repressiya və İşgəncələr Əleyhinə Komitə" hesab edir ki, tibb müəssisələrində baş verən cinayət tərkibli bu əməl və fəaliyyətsizliklər adi halda hər iki tibb müəssisəsində ardıcıllıqla davam edə bilməzdi. Məntiq onu deyir ki, Oktay Gülalıyevin maşınla vurulması əvvəlcədən planlaşdırılmış və terror məqsədilə törədilmiş sui-qəsddir və tibb müəssisələrində onun ölümünə hesablanmış cinayətkar əməl və fəaliyyətsizliklərin arxasında O.Gülalıyevin hüquq müdafiəsi sahəsindəki fəaliyyətinin qarşısını almağa çalışan xüsusi xidmət orqanları durur.
Bildiririk ki, Oktay Gülalıyevin xaricdə müalicəsinə aid xərcləri öz üzərinə götürmüş "Heydər Əliyev Fondu"nun onu İstanbuldakı neyrocərrahiyyə üzrə heç bir şöbə və reanimasiyası olmayan "Avrasiya Hospital"ına yerləşdirməsinin özü də Oktay Gülalıyevin sağalmasına xidmət etmir və şübhəlidir.
"Repressiya və İşgəncələr Əleyhinə Komitə" hesab edir ki, hakimiyyət Oktay Gülalıyevin tanınmış ictimai xadim olmasını nəzərə almalı, onun Avropa ölkələrindəki ixtisaslaşdırılmış klinikaların birində müalicəsini və həyata qayıtmasını təmin etməlidir.
Hesab edirik ki, Oktay Gülalıyev hadisəsinin, həmçinin hadisədən sonra müalicəsinin düzgün aparılıb-aparılmamasının araşdırılması məqsədilə "Beynəlxalq İstintaq Qrupu"nun yaradılmasına ehtiyac var və bu təsisatın yaradılmasına yardım göstərməyi beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatlarından xahiş edirik.

Bakı şəhəri, 15 noyabr 2019-cu il.


İngiliscə tərcüməsi:

Committee Against Repression and Tortur Statement


The Committee against Repression and Torture, discussing dark moments in the case of a political activist, well-known human rights activist Oktay Gyulaliyev, says:
Oktay Gulaliyev was the coordinator of human rights organizations called the Center for the Protection of Political Prisoners and the Committee against Torture. Despite real threats from the authorities against him and his family, he defended the rights of political prisoners, tortured prisoners, prisoners who were tortured and killed without trial, he was also involved in Eurovision, Nardaran, Tartar and Ganja. He was also a human rights defender specializing in compiling lists of political prisoners. His consistent and principled stance in the field of human rights protection worries the Azerbaijani government. It is no coincidence that Oktay Gulaliyev was summoned to the General Prosecutor's Office and the Ministry of Internal Affairs of the Republic of Azerbaijan and demanded that he give up law enforcement work, and he was subjected to pressure and threats.
According to an independent expert review of video recordings of the moment when the car hit Oktay Gyulaliyev, the Committee against Repression and Torture reports that the car accident Oktay Gulaliyev is not a simple accident. It is an attempt on life. There are many irrefutable facts about the apparent attempted murder.
Investigations by the Committee against Repression and Torture show that Oktay Gulaliyev and the driver who shot him down never knew each other and never experienced hostility among themselves. In this case, there is a logical suspicion that the murder was organized by the relevant authorities in order to interfere with the political position of Oktay Gulaliyev and the principle public activities in the field of protecting human rights.
A statement by the Interior Ministry about the incident clearly shows Oktay's absurd accusations and attempts to protect the driver. In addition, information about the hematoma detected in the brain during a CT scan (PC scan) in the emergency hospital was hidden, and the CT scan was not transmitted to the patient’s relatives, nor to the city hospital where the patient was transported after . Thus, criminal conditions were created for hemorrhage in the brain, as well as increased blood pressure and destruction of the patient's brain. In the city hospital, when the patient was in a severe coma, they did not immediately have a CT scan or an MRI scan, and there was no adequate medical care. And the second CT scan was performed about 15 hours after the stroke and the patient's brain failure was clearly noticed. Thus, repeated criminal conditions were created for damaging the patient’s brain with a mass of blood, and then it was decided to undergo surgery.
The Committee against Repression and Torture believes that criminal acts and omissions that occurred in medical institutions could not be overlooked by both medical institutions. Logic says that a hit by Oktay Gulaliyev with a car is a pre-planned and terrorist attack, and medical institutions are behind criminal actions and inaction that were intended to lead to the death of O. Gulyaliyev.
The fact that the Heydar Aliyev Foundation, which was involved in the treatment of Oktay Gulaliyev abroad, actually simply determined his placement in the Eurasian hospital, which does not have the neurosurgery and resuscitation departments that are so vital for him in Istanbul.
The Committee against Repression and Torture believes that the government should take into account the interests of the well-known public figure Oktay Gulaliyev and ensure his treatment and return to life in one of the specialized clinics in Europe.
We believe that it is necessary to create an “International Investigation Group” to investigate the case of Oktay Gulaliyev, as well as to consider the consequences, and we ask international human rights organizations to assist in the creation of this institution.

Baku, November 15, 2019

Əlaqəli xəbərlər