MASALLINI BU CÜR GÖRMƏK İSTƏMƏZDİM

WhatsApp Image 2020-01-07 at 02.15.17.jpegBir-neçə gün öncə, dostlarımla birgə güzarımız təxminən 27-28 il əvvəl yolüstü ötüb-keçdiyim Masallıya düşdü. Düzü, onun küçələrindən keçəndə, bazarətrafı yerləri görəndə çox məyus oldum. Sanki "sovetlər"dən sonra oralarda heç nə dəyişməyib - müasir memarlıqdan uzaq, yöndəmsiz görünüşlü tikililər, köhnə-təzə dükanların pərakəndəliyi, xoşagəlməz görkəmləri, yaşıllığın azlığı, palçıqlı küçələr, bazarın səliqəsizliyi, necə gəldi yerə düzülmüş mallar və s. Bütün bunlar təmiz qəlbli, mehriban və zəhmətkeş masallılara yaraşmadığından mənə çox pis təsir etdi. Axı, Masallı rayonu Azərbaycanın gözəl, zəngin təbiətli bir guşəsidir, həm də mənim çox gözəl şair, jurnalist, rejissor dostlarımın doğma yurdudur. Onların torpağını, yurdunu bu cür qəlb küsdürən bir vəziyyətdə görmək istəməzdim. Bəs, ötən illər ərzində burda "başçı" olanlar nəyə "başçılıq" ediblər?

Bəlkə də, son illər son dərərəcə inkişaf edərək, daha da abadlaşmış və gözəlləşmiş Sumqayıtla müqayisədə Masallının mərkəzdən kənar yerləri mənə çox solğun, boz, görkəmsiz göründü? Bəlkə də. Yəqin ki, bu da var. Ancaq bütün hallarda Masallıda çox geniş abadlaşdırma, yeniləşdirmə işlərinə ehtiyac var. Bunun üçün, əlbəttə, Masallıda da Sumqayıtın İcra Hakimiyyəti başçısı kimi yaradıcı-qurucu, təşəbbüskar bir rəhbərin olması vacibir. Deyilənə görə, rayona yeni təyin edilmiş İcra başçısı - Ağcabədini tanınmaz dərəcədə abadlaşdırmış, gözəl bir diyara çevirmiş və bu səbəbdən yeni "təyinatı" bura verilmiş Şahin Məmmədov qollarını çırmalayıb, ilk gündən bu cənub rayonunda geniş miqyaslı işlərə başlayıb. Çox yaxşı! İşi avanda olsun! Masallı camaatı abadlığa, gözəl şəraitə, yaxşı yaşayışa layiq adamlardır!.. RƏHMAN ORXAN, jurnalist.

Əlaqəli xəbərlər