MASALLINI BU CÜR GÖRMƏK İSTƏMƏZDİM

WhatsApp Image 2020-01-07 at 02.15.17.jpegBir-neçə gün öncə, dostlarımla birgə güzarımız təxminən 27-28 il əvvəl yolüstü ötüb-keçdiyim Masallıya düşdü. Düzü, onun küçələrindən keçəndə, bazarətrafı yerləri görəndə çox məyus oldum. Sanki "sovetlər"dən sonra oralarda heç nə dəyişməyib - müasir memarlıqdan uzaq, yöndəmsiz görünüşlü tikililər, köhnə-təzə dükanların pərakəndəliyi, xoşagəlməz görkəmləri, yaşıllığın azlığı, palçıqlı küçələr, bazarın səliqəsizliyi, necə gəldi yerə düzülmüş mallar və s. Bütün bunlar təmiz qəlbli, mehriban və zəhmətkeş masallılara yaraşmadığından mənə çox pis təsir etdi. Axı, Masallı rayonu Azərbaycanın gözəl, zəngin təbiətli bir guşəsidir, həm də mənim çox gözəl şair, jurnalist, rejissor dostlarımın doğma yurdudur. Onların torpağını, yurdunu bu cür qəlb küsdürən bir vəziyyətdə görmək istəməzdim. Bəs, ötən illər ərzində burda "başçı" olanlar nəyə "başçılıq" ediblər?

İsmayıllı şəhər bazarı da, “EuroHome” tikinti materialları bazarının taleyini yaşaya bilər -- GÜCLÜ YANĞIN TƏHLÜKƏSİ

WhatsApp Image 2019-12-10 at 16.41.09.jpegİsmayıllı şəhər bazarındakı acınacaqlı durumla bağlı, ölkə mətbuatı ilə bərabər, araz.az saytı da, ciddi narahatlıq ifadəsi olan yazılar dərc edib. Lakin aidiyyatı dövlət qurumları yazılanlarla maraqlanmaq istəmir. Hətta bazardakı antisanitariya rayonun səlahiyyət sahiblərinin belə veclərinə deyil.

CAVİD QURBANOVUN YAXIN ADAMI TƏRƏFİNDƏN ALDADILAN VƏTƏNDAŞLARDAN DÖVLƏT BAŞÇISINA CİDDİ ŞİKAYƏT VAR

demir yollariTENDER QALIBİ LƏKİ-QƏBƏLƏ DƏMİRYOLU XƏTTİNİN TİKİNTİSİNDƏ İŞLƏYƏNLƏRİN ƏMƏK HAQQLARINI VERMİR

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanova məxsusluğu deyilən "Azəryol-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeçiliyində aylarla işləyən, lakin indiyədək əmək haqqlarını ala bilməyən bir qrup şəxs tərəfindən araz.az saytına məktub daxil olub. Narazı həmin vətəndaşlar mətbuat vasitəsi ilə ölkə başçısına və Birinci vitse-prezidentə şikayət xarakterli müraciət ünvanlayıblar.

"XALQ BANK" "YASMİN" TİCARƏT MƏRKƏZİNİ HƏRRACA ÇIXARMAQLA, İŞ ADAMLARINA CİDDİ ZƏRBƏ VURUR -- İTTİHAM

MƏMUR-OLİQARXLARIN NƏZARƏTİNDƏ OLDUĞU DEYİLƏN BU BANKIN RƏHBƏR HƏYƏTİNDƏKİLƏR İSTƏDİKLƏRİNİ EDİRLƏR

ÖLKƏ BAŞÇISININ SAHİBKARLIQ FƏALİYYƏTİNƏ MANE OLANLARIN CİDDİ CƏZALANDIRILACAĞINI AÇIQ MƏTNLƏ BƏYAN ETMƏSİ DƏ, SANKİ ONLARIN VECLƏRİNƏ DEYİL

Banklardan böyük həcmdə kredit götürdükdə girovla bağlı meydana çıxan çətinliklər müstəqil Azərbaycanın həlli müşkül ən böyük probleminə çevrilib. Cəmiyyət arasındakı getdikcə daha da artan narazılıqların böyük əksəriyyəti də, məhz, bu problemlə bağlıdır. Ağır cinayət kimi törədilən bu qanqaraldıcı problemin səbəbkarlarının bank və tikinti şirkəti rəhbərlərinin olduğu hamıya məlumdur. Ölkənin hüquq-mühafizə orqanlarında və məhkəmələrində bu yöndən olan cinayət işlərinin sayı da, digər işlərdən dəfələrlə çoxdur. Eyni zamanda, əksəriyyəti kreditlərlə bağlı olan banklarla qarşıdurma və mübahisələrdə daha çox əziyyət çəkənlər üçüncü tərəf -- iş adamları olur. Eynən, paytaxt Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən "Yasmin" ticarət mərkəzindəki müxtəlif ölçülü obyekt və ofislərin külli miqdarda qiymətləndirilən dəyərlərini tam ödəməklə, öz adlarına alıb, bizneslərini quran 22 nəfər iş adamı kimi. Bu biznes mərkəzi ətrafında çoxdan yaranan və səngimək bilməyən dərin qalmaqalların, hətta polis və prokurorluq orqanlarında, müxtəlif instansiya məhkəmələrində mübahisə obyektinə çevrilməsi də deyilənlərin sübutudur. Doğrudan da, "Xalg Bank" "Mars-M" şirkətinin başçısı ilə birlikdə, bu iş adamlarına qarşı misli görünməmiş bir vəhşilik ediblər.

Prezident “əhalini incitməyin” deyir, “Azəristilik” isə...

istilik sistemi 0087Azərbaycanda hər il noyabrın 15-i tarixini gözləyənlər böyük xəyal qırıqlığı yaşayırlar. “Qafqazinfo” xəbər  verir ki, dövlət tərəfindən istiliyin veriləcəyi, evlərinin, övladlarının, yaşlı valideynlərinin isinəcəyi ümidi ilə yaşayanların arzusu hər il demək olar ki, puç olur. Fakt olaraq, təkcə son 3 ilə nəzər salsaq, deyə bilmərik ki, 15-i tarixindən etibarən paytaxt Bakıda “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanaları normal rejimdə işə düşüb. 

3 -dən səhifə 69

Əlaqəli xəbərlər